logo
AZ

Xəbərlər

Türkiyə Respublikasında İnsan Hüquqları və məhkəmə islahatları ilə bağlı yeni Fəaliyyət Planı qəbul ediləcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bəyan ediləcək İnsan Hüquqları ilə bağlı yeni Fəaliyyət Planının mətn layihəsi məlum olub.

 

İnsan Hüquqları  ilə bağlı yeni Fəaliyyət Planında məhkəmə  islahatları  ilə bağlı geniş tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

 

Yeniliklərdən biri bundan ibarətdir ki, Plana əsasən hakimlər və prokurorların məhkəmə müraciətlərini və s. sənədləri vaxtında icra etmələri və süründürməçiliyə yol verməmələri  üçün bal sisteminin planlaşdırılması nəzərədə tutlur.

 

Bal sistemi- apellyasiya şikayətinə və Ali Məhkəmənin verdiyi ballara görə müəyyən edilən qiymətləndirmə sistemi əsasında yaradılacaq. Qiymətləndirmə hakimlər və prokurorların, məhkəmə sistemi əməkdaşlarının sonrakı karyera üzrə irəliləməsinə təsir edəcəkdir. Müəyyən edilmiş baldan aşağı qiymətləndirilən  hakim və prokurorlar apellyasiya məhkəmələrinə təyin oluna bilməyəcək və məhkəmə sədri və ya baş prokuror vəzifəsini tuta bilməyəcəklər.

 

 

Apelyasiya məhkəmələrinin təftiş edilməsi

 

Layihəyə əsasən apelyasiya məhkəmələrinin fəaliyyətini artırmaq üçün yeni qaydalar da planlaşdırılır. Yerli məhkəmə ilə Ali Məhkəmə arasında qərarın vaxtaşırı uzadılması ilə bağlı problemlər olduğu bildirilsə də, apelyasiya məhkəmələrində hakim, prokuror, personal sayının və müvafiq otaq sayının artırılması qiymətləndirilir. Həmçinin, problemləri aradan qaldırmaq üçün yerli məhkəmələrin verdiyi bəzi qərarlarının birbaşa Ali Məhkəməyə göndərilməsi də gündəmdədir. Bununla, İnsan Hüquqları ilə bağlı yeni Fəaliyyət Planındakı yeniliklərdən razı qalmayanların da olduğu bildirilir.

 

Hüquq fakültələrinin fəaliyyətində nəzərdə tutulan yeniliklər

 

Hüquq fakültələrinin tədris proqramının yenilənməsi də planlaşdırılır. Yeniliklər qanunun keyfiyyətini artırmağı hədəfləyir. XXI əsr hüquq elminin tələblərinə uyğun olaraq fakültələrdə - hava və kosmik hüquq, kiber-təhlükəsizlik, məhkəmə genetikası, nüvə və dəniz hüququ kimi ixtisaslaşmış sahələrin hüquq ixtisaslarının tədris proqramına daxil edilməsi gözlənilir.

        

Türkiyə Respublikasında İnsan Hüquqları  ilə bağlı yeni Fəaliyyət Planının ilkin layihə mətni 80 səhifədir.

 

Məhkəmə və hüquq islahatlarının əsasını təşkil edəcək 80   fəaliyyət planında müəyyənləşdirilən başlıca 10 hədəf aşağıdakılardır:

 

  1. İnsan hüquqlarının qorunmasının güclü  sisteminin yaranması;
  2. Məhkəmələrin müstəqilliyi;
  3. Ədalətli mühakimə;
  4. Hüquqi proqnozlaşdırma və şəffaflıq;
  5. İfadə, toplaşma və din azadlıların hüquqi müdafiəsi;
  6. Şəxsi azadlıq və təhlükəsizliyin genişləndirilməsi;
  7. Vətəndaşların fiziki və mənəvi həyatının qorunmasını təmin etmək;
  8. İnsan hüquqlarını qoruyan çevik  icra sistemini formalaşdırmaq;
  9. Mülkiyyət hüquqlarının qorunması;
  10. Cinayət qurbanlarının hüquqlarının qorunması.

    Lalə Əkbərova
PAYLAŞ

Oxşarlar

“Şərqdə qadın: tarix, cəmiyyət, elm” adlı beynəlxalq elmi konfrans keçirilib

“Şərqdə qadın: tarix, cəmiyyət, elm” adlı beynəlxalq elmi konfrans keçirilib

29 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin baş məsləhətçisi, sosioloq Humay Axundzadə mötəbər elmi tədbirdə işt… ƏTRAFLI

"Vətən Müharibəsi həm də..."- Sinan Oğandan ŞƏRH

09 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin qonağı Türkiyə Parlamentinin keçmiş millət vəkili, tanınmış ictimai xadim Sinan Oğan olub.   O, Vətən M&uu… ƏTRAFLI

Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm

Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm

23 Fevral 2021

Zahid Oruc: “Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!   Azərbaycan xalqı Qələbədən sonra, iti… ƏTRAFLI