Xəbərlər

STM-in əməkdaşı Sübhan Padarovun kitabı çap olunub

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Sübhan Padarovun "Entropik Dünya: Xaosun Kosmos üzərində zəfəri"" kitabı çapdan çıxıb.

 

Bu kitab Modernizm əsrinin yaşadığı böhran nəticəsində ortaya çıxan entropik dünya və onun simptomları haqqında bəhs edir. Bu spiritual entropiya dünyasında metafizik reallıq ilə əlaqəsini bütünlüklə itirən modern insan sürətlə texnolojiləşməklə mexaniki-texnomorf şərtləndirmələrin qısqacında dərin ontoloji atrofiya yaşamaqdadır.

 

Spiritual transsendensiya anlayışının dərk edilmədiyi bu dünya paroxial, varlığının mahiyyəti qeyri-varlıqdan ibarət olan narsissist, daxilən formasız və dayanıqsız insani kütlələrin dünyasıdır. Materializm bu növ insani varlığın substansiyasına və onun ekzistensial səciyyəsinə çevrilib.

 

Modern insan bundan agah olmasa da, materializm supra-insani fəzilətlərə, eləcə də transsendental biliyə yönələn hər bir mümkünlüyü və məqsədi aradan qaldırmaqla, hər bir cəhdi iflic etməklə insanı ruhən steril, essensiyasız və mexanikləşmiş mövcudiyyətə məhkum edir. Bütün perspektivlərdən dekadensiya ilə əhatələnmiş bu entropik dünyada insan üçün ehtiyac duyulan total katarsis – insanı inferiyor maraqlar və həzzlərdən, saxta qorxular və ümidlərdən azad edərək onun daxilində radikal bir transfiqurasiya və metanoya doğura biləcək qüvvədir.

 

Kitab xüsusən elm və fəlsəfə sevərlər üçün maraqlı materiallarla zəngindir.

 

Kitabı əldə etmək istəyənlər Sosial Tədqiqatlar Mərkəzi ilə əlaqə saxlaya bilər.

 

 

PAYLAŞ

Oxşarlar

"GALLUP"-dan Azərbaycanla bağlı nikbin sorğu

02 Aprel 2020

2020-ci ilin mart ayında The Gallup International Association tərəfindən 28 ölkədə vətəndaşların koronavirusu və ona qarşı hökümətin görd&u… ƏTRAFLI

Tanınmış politoloq sədr müavini oldu

Tanınmış politoloq sədr müavini oldu

24 Dekabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü t… ƏTRAFLI

Azərbaycanlıların uzunömürlülük sirri - Dünya Mediası

Azərbaycanlıların uzunömürlülük sirri - Dünya Mediası

14 Dekabr 2019

"CNN Travel" Azərbaycanla bağlı dərc edib. STM-in əməkdaşı Afaq Məmmədova yazını tərcümə edib. Yazını təqdim edirik: Azərbaycanlıl… ƏTRAFLI