Xəbərlər

STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun konfransdakı çıxışı (VİDEO)

       

Sosial Tədiqatalar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirib və eyni zamanda tədbirdə “stm.az”saytının təqdimatı baş tutub.

 

Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Mərkəzin yaradılması ideyası barədə çıxış edib. O, STM-nin əsas tezislərini bölüşüb və onun missiyası, vəzifələrindən söz açıb.

 

Mərkəz rəhbəri bildirib ki, 2019-cu ilin başlanması ilə ölkəmizdə həyata keçirilən “Yeni Kurs”un başlıca konturlarını müəyyənləşdirməyə çalışdığımız zaman hər birimiz üçün son dərəcə taleyüklü çağırışlar meydana çıxıb.

 

 “Burada ilk növbədə, prezident İlham Əliyevin rəhbərliyi ilə 12 yanvar 2019-cu ildə keçirilən müşavirənin tarixi əhəmiyyətini və yeni mərhələyə keçidin əsas konsepsiyanın üzərində dayanmaq yerinə düşərdi. Cənab İlham Əliyevin ilin əvvəlində elan etdiyi yeni siyasət kursu islahatların strukturuna, əhatə dairəsinə və hədəflərinə görə əvvəlki illərdən xeyli fərqlənirdi. Bəli, islahatlar sayəsində bugünkü cəmiyyətimiz 10, 20, 30 il əvvəlki illərdəki vəziyyətdən sadəcə xronoloji hesab edilən müddətlə fərlənmirdi, burada fədakarlıqla görülən quruculuq işləri yaşadığımız yeni gerçəklikləri - nəhəng infrastrkuturun formalaşmaşmasını, transmilli layihələrin gətirdiyi gəlirlərin ölkəmizin bütün sahələrində yaratdığı keyfiyyət dəyişiklikləri inkarolunmaz gerçəkliyə çevirdi. Həqiqət bundan ibarətdir ki, tarixi hadisələrin düzgün qiyməti zaman keçdikcə verilir. Bizə görə söhbət qətiyyən əvvəlki illərin üzərinə kölgə salmaqdan, ondan imtina edilməsindən getmir, əksinə dövlətimizin iqtisadi-siyasi gücünü müəyyən edən bütün uğurları qoruyub saxlamaqla quruculuğun yeni modeli irəli sürülür, problemləri həll etməyin fərqli yolları elan olunurdu”.

 

                                             

 

PAYLAŞ

Oxşarlar

STM-in əməkdaşı Sübhan Padarovun kitabı çap olunub

STM-in əməkdaşı Sübhan Padarovun kitabı çap olunub

11 Oktyabr 2019

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Sübhan Padarovun "Entropik Dünya: Xaosun Kosmos üzərində zəfəri"" kitabı çapdan &c… ƏTRAFLI

"Sosial Tədqiqatlar Mərkəzinin başladığı istiqamət cəmiyyət tərəfindən də müsbət qarşılanacaq"- Fazil Mustafa- (VİDEO)

07 Oktyabr 2019

Millət vəkili Fazil Mustafa Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi "Prezidentin sosial və kadr islahatları ictimai rəydə" sorğusundan … ƏTRAFLI

STM İdarə Heyətinin sədri Zahid Oruc

STM İdarə Heyətinin sədri Zahid Oruc "Real İntervyu" verilişində qonaq olub- (VİDEO)

04 Oktyabr 2019

STM İdarə Heyətinin sədri Zahid Oruc Real TV-nin "Real İntervyu" verilişində qonaq olub.   O, Prezident İlham Əliyevin Rusiyada, Valday kl… ƏTRAFLI