Xəbərlər

STM əməkdaşlarının məqaləsi beynəlxalq impakt faktorlu jurnalda nəşr edildi

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları - İnqilab Şahbazov və Zaur Əfəndiyevin birlikdə həyata keçirdikləri kriminoloji tədqiqatın nəticəsi nüfuzlu beynəlxalq jurnalda nəşr edilib. Məqalənin qəbul edildiyi Caucasus Survey (tərcümə - Qafqaz Araşdırmaları) jurnalı Taylor & Francis nəşriyyatına məxsus olub, ərazi tədqiqatları (aerial and cultural studies) üzrə Q1 statusuna malikdir. Nəzərə çatdıraq ki, Q1 statusu jurnalın öz sahəsi üzrə ən yüksək 25% kvintilinə aid olduğunu göstərir.

 

 

İnqilab Şahbazov və Zaur Əfəndiyevin birlikdə apardıqları elmi-tədqiqat işinin məqsədi əhalinin odlu silahlara və odlu silahların tənzimlənməsinə dair qanunvericiliyə münasibətini öyrənmək olub. 589 nəfərlə anket sorğusu və 19 nəfərlə dərinləşdirilmiş müsahibə keçirilərək məlumat toplanıb. Seçmə təsadüfi olmayan qaydada ərsəyə gətirilib.

 

Tədqiqat müəyyən edib ki, post-konflikt cəmiyyətlərinin əksəriyyətindən fərqli olaraq, Azərbaycanda əhali odlu silahlara ''soyuq'' münasibət göstərir, odlu silahların tənzimlənməsinə dair qanunvericiliyə mövcud formada qalmasını istəyir. Respondentlərin 88%-i müvafiq qanunların yumşaldılmasının cinayətlərin sayının artacağına səbəb olacağını hesab edir. Seçmədəki əhali üçün odlu silahların əsasən iki mənasının olduğu da müəyyənləşib - özünümüdafiə (41%)  və ov vasitəsi (44%). Maraqlıdır ki, sorğuya əsasən, bəzi ölkələrdən (məsələn, ABŞ) fərqli olaraq, Azərbaycanda odlu silahların maskulinlik (kişi kimliyinin formalaşması) cəhətdən elə də bir əhəmiyyəti yoxdur. Kriminoloji tədqiqat bunu da göstərdi ki, bir sıra post-konflikt cəmiyyətlərdən (məsələn, Bosniya və Herseqovina) fərqli olaraq, Azərbaycanda ''silah tələbatı'' və ya ''Kalaşnikov mədəniyyəti'' yaranmayıb ki, bu da müsbət haldır. Son olaraq bildirək ki, odlu silahı özünümüdafiə vasitəsi kimi görən respondentlər bunu onunla əsaslandırıblar ki, Ermənistanla yenidən başlaya biləcək müharibəyə hazırlıqlı olmaq üçün odlu silah sahibi olmaq vacibdir.

 

 

PAYLAŞ

Oxşarlar

Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm

Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm

23 Fevral 2021

Zahid Oruc: “Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!   Azərbaycan xalqı Qələbədən sonra, iti… ƏTRAFLI

Qalib xalqın nümayəndəsi necə olmalıdır? - Küçə Sorğusu

Qalib xalqın nümayəndəsi necə olmalıdır? - Küçə Sorğusu

17 Fevral 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti 2021-ci il üçün küçə sorğularına start verib.   STM-in əməkdaşları Şəfanə … ƏTRAFLI

Türkiyə Respublikasında İnsan Hüquqları  və məhkəmə islahatları ilə bağlı yeni Fəaliyyət Planı qəbul ediləcək

Türkiyə Respublikasında İnsan Hüquqları və məhkəmə islahatları ilə bağlı yeni Fəaliyyət Planı qəbul ediləcək

10 Fevral 2021

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bəyan ediləcək İnsan Hüquqları ilə bağlı yeni Fəaliyyət Pla… ƏTRAFLI