Xəbərlər

STM-də daha bir təyinat

Prezident İlham Əliyevin Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin müdiri, professor Tahirə Allahyarova STM-in İdarə Heyətinin üzvü təyin edilib.

 

 

Tahirə Allahyarova 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş, 1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999-2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür.

 

O, "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.

 

Dörd monoqrafiyası (biri həmmüəlliflə), 100-ə yaxın elmi məqaləsi çap olunub.

PAYLAŞ

Oxşarlar

Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm

Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm

23 Fevral 2021

Zahid Oruc: “Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!   Azərbaycan xalqı Qələbədən sonra, iti… ƏTRAFLI

Qalib xalqın nümayəndəsi necə olmalıdır? - Küçə Sorğusu

Qalib xalqın nümayəndəsi necə olmalıdır? - Küçə Sorğusu

17 Fevral 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti 2021-ci il üçün küçə sorğularına start verib.   STM-in əməkdaşları Şəfanə … ƏTRAFLI

Türkiyə Respublikasında İnsan Hüquqları  və məhkəmə islahatları ilə bağlı yeni Fəaliyyət Planı qəbul ediləcək

Türkiyə Respublikasında İnsan Hüquqları və məhkəmə islahatları ilə bağlı yeni Fəaliyyət Planı qəbul ediləcək

10 Fevral 2021

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bəyan ediləcək İnsan Hüquqları ilə bağlı yeni Fəaliyyət Pla… ƏTRAFLI