logo
AZ

Xəbərlər

Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm

Zahid Oruc: “Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!

 

Azərbaycan xalqı Qələbədən sonra, itirilən bütün tarixi torpaqlara yeni nəzərlərlə baxır. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Prezidentin 10 noyabrdan sonra itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması da bunu sübut edir. Ölkə rəhbərinin ustad Ələsgərin 200 illik yubileyinin keçirilməsinə dair sərəncamında deyilir: “azərbaycanlıların əzəli yurdu Göyçə mahalında Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst ermənilər tərəfindən dağıdılsa da,.. milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş o irs yaşamaqdadır”..

 

Həqiqətən də bir xalqın mədəni varlığının və mənəvi sərvətlərinin qorunub saxlanması qayıdışın 1-ci şərtidir. Bu yerdə xatırladaq ki, böyük Üzeyirin, Bülbülün büstləri də Ələsgər kimi öz yurdundan uzaq salınmışdı.Tunc heykəllər də bizimlə birgə yüz illərin döyüşünü aparıb qalib gəlir və öz mərtəbələrinə dönürlər. Halbuki Ermənistanın Azərbaycanda doğulan tarixi şəxsiyyətləri sovet generallarıdır və onların nailiyyətləri yalnız söydükləri Stalin məktəbinə məxsusdur.

 

 

İndi 30 illik ayrılıqdan sonra çoxəsrlik tarixi irsin və milli yaddaşın daşıyıcıları olan minlərlə Göyçə sakini Müdafiə nazirinə və Qarabagda sülhyaradıcı missiyaya rəhbərlik edən Rüstəm Muradova müraciət ediblər.

 

Son 3 ayda azad olunan ərazilərin mədəni irsini, dini abidələrini qorumaq adı altında ölkəmizə münasibətini 180 dərəcə dəyişən UNESCO-dan fərqli olaraq, göyçəlilər doğulduqları yurdları yalnız insani duyğularla ziyarət etmək istəyirlər.

 

Rusiya hərbi qüvvələri mandatlarına uyğun olaraq, erməni keşişlərinin Xudavəngə- Kəlbəcər yurduna gəlişinə bələdçilik edirlər. Halbuki ziyarətçilər içərisində rahib libası altında rütbəli zabitlərin olduguna şübhə yoxdur. Lakin Azərbaycan bundan narahat deyil. Rusiya hərbi kontingenti son 3 ayda bölgədə 1419 hektar ərazini, 443 km yolu, 1361 evi 24453 partlayıcıdan təmizləyiblər.Təqdir olunacaq hadisədir. Bizim üçün müqəddəs olan torpaqlara ruzi-bərəkət deyil, minalar əkən “qədim bir xalq”ın nazirləri Ermənistandan Xankəndinə qanunsuz və təhlükəli yollarla gəldikləri halda on minlərlə irəvanlı, göyçəli, zəngəzurlu qanuni və minasız yollarla öz tarixi yurdlarına baş çəkmək istəyirlər. Mən parlament üzvü kimi, Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm. Qoy, UNESKO öz nizamnaməsinə sadiq qalaraq, bizim və soydaşlarımızın da əcdadlarının irsinə dönüşünü təmin etsin! Yeri gəlmişkən, belə müraciətlərin sayı getdikcə artır. Onsuz da sərhəddin o biri tərəfində də Rüstəm Muradovun həmkarları keşik çəkir. Əgər humanitar çözüm yolları axtarırlarsa, bizim vətəndaşlarımızın müraciətlərini də təmin etmək siyasi balans yaradardı. Ermənilər bizim qayıdacağımıza əmin olduqları üçün, özlərinin olmayan torpaqlara minalar basdırmağı rəva bilib. Bizimkilər isə Göyçəni, Zəngəzuru əzəli torpaqları bildiyi üçün minalamayıb və xoş niyyətlə qayıtmaq istəyir. İndi 100 minlərlə azərbaycanlının pasportunda doğulduqları yer qrafasında bir söz yazılıb-indiki Ermənistan!

 

PAYLAŞ

Oxşarlar

“Şərqdə qadın: tarix, cəmiyyət, elm” adlı beynəlxalq elmi konfrans keçirilib

“Şərqdə qadın: tarix, cəmiyyət, elm” adlı beynəlxalq elmi konfrans keçirilib

29 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin baş məsləhətçisi, sosioloq Humay Axundzadə mötəbər elmi tədbirdə işt… ƏTRAFLI

"Vətən Müharibəsi həm də..."- Sinan Oğandan ŞƏRH

09 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin qonağı Türkiyə Parlamentinin keçmiş millət vəkili, tanınmış ictimai xadim Sinan Oğan olub.   O, Vətən M&uu… ƏTRAFLI

Qalib xalqın nümayəndəsi necə olmalıdır? - Küçə Sorğusu

Qalib xalqın nümayəndəsi necə olmalıdır? - Küçə Sorğusu

17 Fevral 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti 2021-ci il üçün küçə sorğularına start verib.   STM-in əməkdaşları Şəfanə … ƏTRAFLI