Xəbərlər

"GALLUP"-dan Azərbaycanla bağlı nikbin sorğu

2020-ci ilin mart ayında The Gallup International Association tərəfindən 28 ölkədə vətəndaşların koronavirusu və ona qarşı hökümətin gördüyü tədbirlər barədə fikirləri, eləcə də, vətəndaşların özlərinin şəxsi müdafiələri üçün həyata keçirdiyi tədbirlərin öyrənilməsinə dair rəy sorğusu keçirilib. Sorğunun keçirilməsində telefon, üzbəüz və onlayn sorğulardan istifadə edilib. 

 

Sorğu çərçivəsində Azərbaycanda 200 nəfər əhatə edilib. Seçmə ölçüsü reprezentativ olmasa da, kəşfiyyat xarakterli sorğu üçün yetərlidir. 

 

Nəticələrə nəzər yetirdikdə, Azərbaycandakı respondentlərin 77%-in hökumətin koronavirusa qarşı gördüyü tədbirləri dəstəklədiyini müşahidə edə bilərik (11% tam və 66% əsasən razı). Lakin respondentlərin daha çox hissəsi həm karantin qaydalarına, həm də şəxsi müdafiə prinsiplərinə bir o qədər də əməl etmir. Ümumiyyətlə, 87% respondent bu və ya digər formada profilaktik tədbir görür. Əsas üç profilaktik tədbir kimi bunlar qarşıya çıxır -  63% əllərini daha çox yuyur, 54% əl təmizliyən dezinkefsiya sabunlarından istifadə edir və 27% maska taxır. Cəmi 11% respondent əlcək taxır. Narahatedici məqamlardan biri də bundan ibarətdir ki, 63% respondentin evdə keçirdiyi vaxt azalmayıb, və 87% respondent özünü karantin etmir. 

 

52% virusa yoluxmaqdan qorxsa da, 83% hesab edir ki, virusun ən pis və ağır dövrü geridə qalıb, artıq vəziyyət müsbətə doğru getməyə başlayacaq.
 
Sorğuda respondentlərdən koronavirusa yayılması və gedişatı ilə bağlı suallar da soruşulub. 60% bildirib ki, onlar virusun qarşısının alınması tədbirləri çərçivəsində öz azadlıq və haqlarını ''qurban'' verməyə razıdır. Təxminən 30% düşünür ki, virusu xarici qüvvələr müəyyən məqsədlər naminə yayıb, 45% isə bu sualı cavabsız qoyub.  
 

 

STM Mətbuat Xidməti

PAYLAŞ

Oxşarlar

Tanınmış politoloq sədr müavini oldu

Tanınmış politoloq sədr müavini oldu

24 Dekabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü t… ƏTRAFLI

Azərbaycanlıların uzunömürlülük sirri - Dünya Mediası

Azərbaycanlıların uzunömürlülük sirri - Dünya Mediası

14 Dekabr 2019

"CNN Travel" Azərbaycanla bağlı dərc edib. STM-in əməkdaşı Afaq Məmmədova yazını tərcümə edib. Yazını təqdim edirik: Azərbaycanlıl… ƏTRAFLI

"Ermənilər Qarabağı gündəmdən çıxarıb"- Beynəlxalq Hesabat

10 Dekabr 2019

Amerikanın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanla bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.   Sorğudan məlum o… ƏTRAFLI