Xəbərlər

Birinci Vitse-prezidentin köməkçisi Emin Hüseynovun STM-in konfransındakı çıxışı (VİDEO)

 
 
"Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə bu təşəbbüslər xüsusi vüsət alıb".
 
Bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda Azərbaycanın Birinci Vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, bunun müəyyən obyektiv səbəbləri var: “Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet ittifaqı ölkələri arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə idi. Bunun obyektiv səbəbləri var idi. Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi və ressesiya aradan qaldırıldı. İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.

E.Hüseynov vurğulayıb ki, aparılan islahatları insanların maddi durumuna müsbət təsir göstərir: “2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalivasiya baş verdikdən sona əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə infilyasiya iki rəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq hökumət çox konservativ fiskal siyasət yürütdü bu illərdə. Əsas məqsəd makriqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz infilyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əmək haqqılarının artım tempi infilyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən insanların gəlirləri artıdıqca bu, biznes üçün gəlir mənbəyidir ki, bu da növbəti dövürlərdə də iqtisadi artıma müəyyən təkan ""verəcək effektə malik olacaq".
 

PAYLAŞ

Oxşarlar

STM-in əməkdaşı Sübhan Padarovun kitabı çap olunub

STM-in əməkdaşı Sübhan Padarovun kitabı çap olunub

11 Oktyabr 2019

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Sübhan Padarovun "Entropik Dünya: Xaosun Kosmos üzərində zəfəri"" kitabı çapdan &c… ƏTRAFLI

"Sosial Tədqiqatlar Mərkəzinin başladığı istiqamət cəmiyyət tərəfindən də müsbət qarşılanacaq"- Fazil Mustafa- (VİDEO)

07 Oktyabr 2019

Millət vəkili Fazil Mustafa Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi "Prezidentin sosial və kadr islahatları ictimai rəydə" sorğusundan … ƏTRAFLI

STM İdarə Heyətinin sədri Zahid Oruc

STM İdarə Heyətinin sədri Zahid Oruc "Real İntervyu" verilişində qonaq olub- (VİDEO)

04 Oktyabr 2019

STM İdarə Heyətinin sədri Zahid Oruc Real TV-nin "Real İntervyu" verilişində qonaq olub.   O, Prezident İlham Əliyevin Rusiyada, Valday kl… ƏTRAFLI