Xəbərlər

Azərbaycanlıların uzunömürlülük sirri - Dünya Mediası

"CNN Travel" Azərbaycanla bağlı dərc edib. STM-in əməkdaşı Afaq Məmmədova yazını tərcümə edib. Yazını təqdim edirik:


Azərbaycanlıların uzunömürlülük sirri - Dağ havası

Dünyada əhalisi uzunömürlü olan bir sıra məşhur bölgələr var. Bunlardan Yaponiyada Okinava bölgəsi   uzuömürlülərin məskəni olduğu üçün "Ölümsüzlər diyarı" adını qazanmışdır. İtaliyanın isə Kampodimele bölgəsi  "Əbədiyyət Kəndi adı ilə tanınır.

Belə ki, uzaqda bir yerdə hələ bir çox insanın bilmədiyi, eşitmədiyi “Uzunömürlülər muzeyi” var. Bu yer Azərbaycanın cənubunda yerləşən Lerik rayonudur. Cənubi Qafqaz bölgəsi Lənkəran və Dağlıq Qarabağ da daxil olmaqla yüz ildən artıq yaşayan sakinləri ilə məşhurdur. Başqa bir sözlə, Lerik öz uzunömürlü camaatı ilə ad-san qazanmışdır. Sanki bir zümrüd parçası olan bu torpağın Talış Dağlarının əhatəsində yerləşməsi isə onların həm uzunömürlülük, həm də sağlamlıq sirridir. 

 

Uzunömürlülər muzeyi

1991-ci ildə qurulan, 2010-cu ildə restavrasiya edilmiş iki otaqdan ibarət “Uzunömürlülər muzeyi” rayonun ən yaşlı sakinlərinin həyat və xatirələrini sənədləşdirən 2000-dən çox eksponatı özündə cəmləyir.  Siz həmçinin üç əsrdir istifadə olunan ütüləri, hicab və paltarla dolu sandıqları, gümüş qabları və kasaları, incəliklə toxunmuş corabları və hələ də öz parlaqlığını itirməyən əl əməyi xalçaları görə bilərsiniz. Azərbaycan və rus dillərində əl yazısı ilə yazılmış bəzi məktublar artıq o qədər köhnəlib ki, mürəkkəbləri belə solmağa başlayıb.

Çox güman ki, ən cəlbedici məqam muzeyin divarlarını bəzəyən, bir əsrdən çox yaşayan insanların şəkilləridir. 1930-cu ildə  fransız fotoqraf Frederik  Laçop tərəfindən bağışlanmışdır. Muzey və rəsmi Azərbaycan statistikasına əsasən, uzunömürlülər siyahısına 90 yaşdan yuxarı hər kəs daxildir. Lakin,1991-ci ilə nəzər yetirsək,  ümumillikdə 63.000 nəfərdən ibarət Lerik əhalisinin  200-dən çoxu 100 ildən daha çox yaşayıb. Bu gün yerli əhalisi 83.300  nəfər olan Lerikdə yüz ildən çox yaşayan cəmi 11 nəfər var.

 

168 il yaşamış Şirəli babanın  həyat hekayəsi

Lerik rayonunun ən qoca sakinlərindən biri də 105 yaşlı Raci İbrahimovdur.  Hal-hazırda o, uzunömürlü sayılsa da 168 il yaşamış çoban Şirəli Müslümovla müqayisədə elə də çox yaşamayıb. Şirəli babanın səhifələri saralmış vəsiqəsindən açıq-aşkar görmək olar ki, o 1805- ci ildə anadan olmuş, 1973-cü ildə isə dünyasını dəyişmişdir. Əgər bu həqiqətdirsə, o, Yer kürəsinin ən uzunömürlü sakini sayılır.  Ona ad günündə göndərilmiş sayısız-hesabsız məktublar arasında ən yadda qalanlardan  biri Vietnamın kommunist lideri Ho Çi Min tərəfindən göndərilmişdir. O məktubun üzərinə "əziz babam"  yazaraq müraciət etmişdir.

Əslində isə bu uzunömürlülük onların genində var. "CNN Travel"-ə müsahibəsində atası kimi 168 il yaşamasa da, 95 yaşlı Həlimə  Qənbərova bildrir ki, o, babası kimi 150 il və ya ən azı bibisi kimi 130 il yaşamağı arzulayır.

 

 

Dinc həyat

Hava soyuyan kimi kənddəki ailələrin çoxu nisbətən mülayim olan Lənkərana köç etsə də, Həlimə nənə öz kəndində - Lerik rayonunun  Barzavu kəndində qalırdı. Elə məhz bu kənddəki alma və armud ağacları ilə əhatə olunmuş iki mərtəbəli ata evində biz müsahibə alırdıq.

O, üzərində yalnız doğulduğu il qeyd olunan şəxsiyyət  vəsiqəsini də bizə  göstərdi. 95 yaşının olmasına baxmayaraq, o, özünü çox gümrah hiss edir və mütəmadi olaraq nəvələri ilə ünsiyyət qururdu. Dinc həyat onun uzunömürlülük sirrinin bir hissəsidir.

Onlar stressdən uzaq durur, gələcək üçün plansız və rahat həyat yaşayırlar.

 

Yaxşı qidalanma və təbii müalicə

Həlimə nənə hər səhər  sübh tezdən qalxır. O, həmçinin, deyir ki, səhər gözü açılanda yerindən durur.  Bütün gününü bağda evlərinin ətrafında olur. Kiçik otağında  yerdə qalın saplarla toxunmuş yumşaq xalça və yastıq var idi. Burada insanların çoxu qalın  döşək əvəzinə nazik yorğan örtürlər. Deyilənlərə görə, Lerik uzunömürlüləri ət yemir, süd məhsulları- yağ pendir şor süd və ya ayrandan istifadə edirlər. Müsahibəmiz zamanı xanım nənənin gəlini böyük bir qabda öz  bağlarından topladığı almaları armudları və ətirli çayı gətirir. Bu təbii bitki çayı idi.  Muzeyə qayıdarkən bələdçi Lerikə məxsus müxtəlif bitkiləri göstərirdi. Bələçi deyirdi ki, çox yaşamağın sirri yaxşı qidalanmaq, mineral sular və xəstəlik əleyhinə bitki çayları  içməkdir. Həlimə nənə də heç vaxt dərman qəbul etmədiyini təkid edirdi.

 

Eyni dövrdə yaşayan fərqli nəsillər

Pəncərənin o tayında sakit və səssiz bir kənd görünür. Gün çıxandan batanadək onlar bağda və tarlada, həmçinin evdə də işləyirdilər.

Onlar həm xalça toxuyur, həm də böyük ailələrinin qayğısına qalırdılar. Cəngəmiran kənd sakini 103 yaşlı Məmmədxan Abbasovun həyat tərzi də eynən belə idi. Düzdür, o,  eşitmə və görmə qabiliyyətini azacıq itirsə də oğlu qonaqların gəldiyini ona çatdırdı.  Bunu bilən baba  dualarını və xoş arzularını bizə çatdırdı.  Məmmədxan babanın yanında nəticəsi də əyləşmişdi. Onların arasında düz bir əsrlik yaş fərqi var idi. Həlimə nənə kimi Məmmədxan baba da uzun illər qızğın kənd həyatı ilə məşğul olub.

 

"Allah nə verərsə…”

Oğlu deyir ki, o, həmişə yaxşı kişi olub və öz həyatını yaşayıb. Ondan  yemək haqqında soruşduqda "Allah nə verərsə ondan yediyini" deyir və heç vaxt spirtli içki qəbul etmədiyini etiraf edir. O, uzunömürlü olmağını daima fiziki hərəkətdə olmaqla əlaqələndirir. Eyni zamanda, yaxşı qidalanma ilə yanaşı Lerikin minerallarla zəngin buz kimi soyuq bulaq suyunu içmək də sağlamlığa çox xeyirli imiş.

 

2017-ci ildə İspaniya Navarra Universitetinin tədqiqatlarına əsasən, qayğısız həyat sürmək diabet və ürək-damar xəstəlikləri riskini azaldır. 2011-ci ildə  Denver Kolorado Universitetinin araşdırmaları isə onu göstərir ki, dağlıq ərazilərdə yaşayan xalqlar daha uzun ömürlü olurlar.

Lerik uzunömürlülərinin yaşı bəziləri tərəfindən mübahisələrə səbəb olsa da əsas odur ki, sağlam yaşamağın sirri – fiziki məşğuliyyət, yaxşı qidalanma və bol su içməkdir. Lakin unutmamaq lazımdır ki, biz həyata yalnız bir dəfə gəlirik, əgər layiqincə yaşasaq elə bir dəfə də kifayətdir.

PAYLAŞ

Oxşarlar

STM-də daha bir təyinat

STM-də daha bir təyinat

20 İyul 2020

Prezident İlham Əliyevin Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin müdiri, professor Tahirə Allahyarova STM-in İ… ƏTRAFLI

"GALLUP"-dan Azərbaycanla bağlı nikbin sorğu

02 Aprel 2020

2020-ci ilin mart ayında The Gallup International Association tərəfindən 28 ölkədə vətəndaşların koronavirusu və ona qarşı hökümətin görd&u… ƏTRAFLI

Tanınmış politoloq sədr müavini oldu

Tanınmış politoloq sədr müavini oldu

24 Dekabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü t… ƏTRAFLI