İnfoqrafika

STM bir ildə: hesabat, görülən işlər, tədqiqatlar və planlar- (VİDEOQRAFİKA)

2019-cu ilin əvvəlində ölkə başcısının başlatdığı islahatlar tendensiyasının fonunda ölkədəki dəyişiklikləri analiz edən, yeni reallıqların hesabatını aparacaq rəy dövlətini yaradacaq bir qurum,  gələcəkdə həm dövlət idarəetməsində, həm dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsində körpü rolunu oynayacaq beyin mərkəzi- Sosial Tədqiqatlar Mərkəzi yaradıldı.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 525 saylı Fərmanı ilə yaradılan  Sosial Tədqiqatlar Mərkəzi vəzifələrini ümumi olaraq bu cür təsnif etdi: “STM ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir”.

 

 

PAYLAŞ

Oxşarlar

#evdəqal sosial məsuliyyətdir

#evdəqal sosial məsuliyyətdir

04 Aprel 2020

    … ƏTRAFLI