İnfoqrafika

İnsanlar çoxalır yoxsa...?

Dünya əhalisinin say tərkibi ilə bağlı statistik proqnozlar özüylə birgə bir çox maraqlı təhlilləri ortaya çıxarır. Pandemiyaya qədər 2000-ci illərin ilk qərinəsinə qədər böyük bir demoqarafik artımı proqnozlaşdıran təhlilçilər postpandemiya dönəmi ilə bağlı daha bədbin proqnozlar verir. Lakin bu pandemiyaya qədər insan ölümlərinə səbəb olan bir çox təbii və süni səbəbləri də blok etmək olmaz.

 

Dünya əhalisinin sayı 2019-cu ildə 7,7 milyard nəfərə çatıb. Bu, BMT Baş katibinin hesabatında göstərilib. Bildirilib ki, dünya əhalisinin sayı 2050-ci ildə 9,7 milyard nəfərə çatacaq. Bu rəqəmlər açıqlanarkən Koronavirusdan ölənlər nəzərə alınmamışdı, çünki onda pandemiya ümumiyyətlə yox idi.

 

Hazırda Avropada 65 yaş və ondan yuxarı əhalinin sayı 19 faiz təşkil edir. Bu rəqəm Şimali Amerikada 16 faizdir. 2050-ci ildə isə bu göstəricilərin uyğun olaraq 28 faiz və 23 faiz təşkil edəcəyi gözlənilir. Asiya, Latın Amerikası və Karib hövzəsində yaşlı sakinlərin sayı hazırkı 8 faizdən 18 faizədək artacaq. Hazırda Afrika dünyanın ən gənc qitəsidir. Ancaq 2050-ci ildə yaşlıların sayı 9 faiz təşkil edəcək.

 

 

Əhalinin uzunömürlülüyü 1994-cü ildə 64,9 yaş olub. 2019-cu ildə 72,3 yaş olacağı, 2030-cu ildə isə daha iki ilədək artacağı proqnozlaşdırılır. Burda da əqəmləri şübhə altına alan skeptiklər mövcuddur. Məsələn, onlar belə bir iddia irəli sürürlər ki, QİÇS, şəkərli diabet, ürək xəstəlikləri və artan qeyri-sağlam qidalanma, təbiətə zərərli maddələrin həddən artıq tullanılmağı nəticəsində ölümün yaşı da gəncləşə bilər.

 

Dünyada orta ömür 1950-ci ildəki 46 yaş olduğu halda  2015-ci ildə 71-ə yüksəldi. 20-ci əsrin ortalarındakı aşağı yaş həddinin ən böyük səbəbi kimi isə “ispan qripi” və digər pandemiyaların, dünya müharibələrinin səbəb olduğu krizis və streslər göstərilir.  Ölümün ən böyük səbəbi kimi ürək-damar xəstəlikləri kimi görünür. 32,3 faizi olan ümumi ölümlərin üçdə biri buna görədir.

 

Xərçəngdən ölüm 16,3 faiz təşkil edir.

 

Bir məsələni də xüsusi qeyd etmək yerinə düşər ki, ölümə səbəb olan təhlükəli xəstəliklər bütün illərdə demək olar ki eyni olaraq qalıb. Məsələn, “BBC Türkçe”-nin 2016-cı ildəki cədvəlinə diqqət etsək eyni problemlərdən ölümlərin təkrarlandığını müşahidə edə bilərik. Baxmayaraq ki, növbəti illər hazırlanan hesabatlarda yeni bəla Covid-19 səbəbli ölümlərin qrafikə təəsüf ki salınmağını müşahidə edəcəyik.

 

 

Bəzi ölkələrdə ölüm nisbəti doğuşdan daha yüksək olacaq, buna görə normal şəraitdə əhali azalacaq. Ancaq bu ölkələr immiqrantlardan demoqrafik problemi həll etmək üçün istifadə edəcəklər. Almaniya, Estoniya, Macarıstan, İtaliya, Yaponiya, Rusiya, Serbiya, Belarusiya və Ukrayna bu kateqoriyada əsas ölkələrdir.

 

2100-cü ildə Azərbaycan əhalisi 9,9 milyon nəfər olacaq.

 

BMT Katibliyinin İqtisadi və Sosial məsələlər Departamentinin dünyanın demoqrafik vəziyyəti barədə yeni hesabatında belə deyilir.

 

Xüsusən postosvet respublikalarına ayrıca diqqət yetirən hesabatda 1991-2018-ci illər ərzində keçmiş sovet respublikalarının əhalisinin toplam 10 milyon nəfər artdığını müəyyən edib. Rusiya, Ukrayna, Latviya, Litva, Estoniya, Belarus, Moldova, Gürcüastan və Ermənistanda əhali azalsa da, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikiastanın hesabına bu tendensiya kompensasiya edilib.

 

BMT 1991-ci ildə Azərbaycan əhalisinin sayının 7,4 milyon, 2019-cu ildə 10,1 milyon nəfər olduğunu və 2050-ci ildə 11,1 milyon nəfərə çatacağını proqnozlaşdırır. 2100-cü ildə isə bu say 9,9 milyon nəfər olacaq.

 

Rəsmi məlumatlara əsasən, hazırda 2,9 milyon sakini olan Ermənistanda 2050-ci ildə bu göstərici 2,8 milyon, 2100-cü ildə isə 2 milyona qədər azalacağı gözlənilir.

 

 

Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda isə əhali 3,7 milyon səviyyəsindən 2015-ci ildə 3,5 milyon, 2100-cü ildə isə 2,5 milyon nəfərə düşəcək.

 

Ermənistanda demoqraflar “2020-ci ilin 1 aprel tarixinə görə ölkənin daimi əhalisinin sayı” dərc edilib.


Hesabatda qeyd olunur ki, Ermənistan əhalinin azalma tendensiyası qorunub. Keçən dəfə əhalinin sayını təqdim edərkən 2020-ci ilin 1 yanvar tarixinə olan vəziyyət açıqlanmışdı.

Beləliklə, yeni məlumat bu ilin birinci rübündə baş verən prosesləri təqdim edir. Ümumi Ermənistan əhalisi həm mərkəz, həm də bölgələrin əhalisi daxil olmaqla azalıb. Yalnız bir istisna var. Ancaq bu barədə daha sonra məlumat veriləcək.

1 yanvar tarixində Ermənistan əhalisinin sayı 2 milyon 959,7 min nəfər olub. İndi 2,8 min azalıb. Bu saydan 1,5 min nəfər ölkənin şəhər əhalisi, 1,3 min nəfər kənd icmalarından olmaqla azalma qeydə alınıb.

Son illərdə İrəvan əhalisi ölkənin demoqrafik meyllərinin əksinə yavaş-yavaş olsa da artırdı. İndi birinci rübün məlumatlarına görə 200 nəfər azalma qeydə alınıb.

Ən azı 100 nəfər olmaqla, bütün bölgələrin əhalisi azalıb. Maraqlıdır ki, epidemiyanın həddindən artıq hökm sürdüyü bir şəraitdə Lori bölgəsində digərlərinə nisbətən ən böyük azalma qeydə alınıb (ən böyük azalmanın davam etdiyini söyləmək daha doğru olar).


Ermənistanın ən az əhalisi olan bölgəsində 1 yanvarın tarixinə və 1 aprel tarixinə olan vəziyyətlərə görə eyni sayda 48.5 min insan sakin yaşayır. 

 

 

Görünən mənzərə odur ki, dünyadakı statistik demoqrafiya təhlilləri özünü doğrultmayacaq.


 

Tural İsmayılov

PAYLAŞ

Oxşarlar

Koronavirus Paşinyanın vədlərini puç edib -

Koronavirus Paşinyanın vədlərini puç edib - "Pravda"

12 İyun 2020

Rusiyanın “pravda.ru” saytında MDB Ölkələri İnstitutunun Ermənistan filialının direktoru Aleksandr Markarovun Ermənistanda vəziyyət barədə m&uu… ƏTRAFLI

#evdəqal sosial məsuliyyətdir

#evdəqal sosial məsuliyyətdir

04 Aprel 2020

    … ƏTRAFLI

STM bir ildə: hesabat, görülən işlər, tədqiqatlar və planlar- (VİDEOQRAFİKA)

STM bir ildə: hesabat, görülən işlər, tədqiqatlar və planlar- (VİDEOQRAFİKA)

08 Fevral 2020

2019-cu ilin əvvəlində ölkə başcısının başlatdığı islahatlar tendensiyasının fonunda ölkədəki dəyişiklikləri analiz edən, yeni reallıqların h… ƏTRAFLI