logo
AZ

Günün nəbzi

Təbiət insanlıq üçün necə bir gələcək hazırlayır?

“Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan-təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir”.

 

Amma bu ifadələrdə ilk problem orda meydana çıxır ki, təbiətlə insan eyni sistemin elementləri kimi nəzərdən keçirilsə də, təbiət özü-özünü tənzimləsə də, insan bu təbii prosesin yanlış tərəfində yer alır.

 

Məhz insan fəaliyyəti nəticəsində təbiət ağır zərər gördü, ekoloji böhranlar yaranmağa, təbii fəlakətlərin (amma insan əməyinin təsiri ilə) miqyası artmağa başladı.

 

40 ildən artıq Afrika təbiətinin vəhşi aləmi ilə üz-üzə qalan Con Abamson yazır: “İnsan-təbiətin yalnız bir hissəsidir, onun ən ali məhsuludur. Lakin təxminən 5 min il bundan əvvəl həmin insan ilk dəfə təbiətə qarşı üsyan etməyə başladı. Həmin təbiətə ki, onu yaşatmış və milyon ildən artıq yedirtmişdir. Beş min il texniki tərəqqi, təbiətin yaratdığı canlılar arasında yeganə ikiayaqlı qiyamçının beş minlik qələbəsi...”

 

Uzun illər Azərbaycanda da hakim sayılan sovet ideologiyasının başlıca prinsiplərindən biri idi, insan təbiətə qalib gəlir şüarı.

 

Biz insanlar təbiətin tərkib hissəsiyik, ancaq təbiətin bir çox qanunlarına qarşı çıxırıq. Belə ki, təbiətdə milyon illər davam edən tullantısız mübadilə proseslərindən və ziyansız maddələr mübadiləsi dövranı qanunlarından kənara çıxmışıq. Bundan başqa, təbiətə xas olan təbii sərvətlərdən “qənaətlə” istifadə prinsipləri müasir insanlar tərəfindən qorunmamışdır.

 

K. Bayramov “Təbiətdən istifadənin iqtisadi  və ekoloji problemləri” kitabında qeyd edir ki, bir milyard ildə yaranan təbii sərvətlər son 100-120 ildə insanlar tərəfindən istifadə olunmuşdur . İnsanın ekoloji böhranla üzləşməsi təbii sərvətlərdən kortəbii istifadə olunması sayəsində yaranmışdır. Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu isə ekoloji problemlərin yaranmasına səbəb olub. Ekoloji problemlər hazırda bəşəriyyətin ən böyük qlobal problemidir. Bu gün bu ekoloji problemlərin həllində hamı iştirak etməlidir. Heç kimin bu işdən kənarda qalmağa mənəvi haqqı yoxdur.

 

Ekoloji problemlər təbiətdən düzgün istifadə edilməmənin nəticəsidir. Biz biosfer təliminin banisi V.İ.Vernadskinin insan 1 dəqiqə də olsun belə biosfersiz yaşaya bilməz sözlərini unutmamalıyıq.

 

Ekologiyanın bütün sahələrini tədqiq etsək, yüzlərlə araşdırma işi üşün mövzular tapmaq və bu problemlərə bağlı yekun qənaətə gəlmək güman ki, mümkün olmayacq.

 

Amma günümüzün pandemik epidemiya dövrü ilə bağlı insan və təbiət məsələsi bir daha gündəmə gəlməyə başlayır.

 

ABŞ alimi Tomas Lovejoy bildirir ki, vəhşi təbiəti ticarət predmetinə çevirmək, həddindən artıq ona müdaxilələr etmək koronovirus kimi bəlaya dünyanı düçar edib.

 

Yəni, bu əslində təbiətin də intiqamı deyil, insanın özünün –özünə etdiyidir.

 

İnsanın təbiətə müdaxiləsi nəticəsində hər il iki və ya dörd arası virus yaranır, bu təhlükə dünyamız üçün artıq yüzlərlə koronovirus kimi epidemiyaların meydana çıxmasını şərtləndirir.

 

Bu gün dünyanın taleyi ilə oynayan Cənubi Afrika və Şərqi Asiyanın heyvan bazarları mümkün qədər təcili şəkildə fəaliyyətini dayandırmalı, ABŞ İnkişaf Mərkəzi kimi beyin sentrləri isə vəhşi təbiətə qarşı müharibənin dayandırılması üçün böyük ölkələrin təcili şəkildə əməkdaşlığa başlamalı olduğunu bildirir.

 

Dünyanın başı koronavirusa qarışmışkən müəmmalı və qorxunc bir xəstəlik ortaya çıxıb. Bu xəstəlik həkimlərin müalicəsinə tabe olmur, yaş fərqi demədən müxtəlif yaş qruplarından olan efiopiyaları öldürür.Ümumdünya Səhiyyə Təşkilatı yeni epidemiya olma potensialı olan bu xəstəliyi araşdırdığını bildirir. Elm adamları hələ ki, müalicəsini tapmadığı xəstəliyi “Xəstəlik X” olaraq adlandırırlar. Efiyopiyada kəndlilər arasında meydana çıxan bu xəstəlik nəticəsində xəstələrin gözləri qanayır bir-bir dünyalarını dəyişirlər.

 

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi John Arne Rottingen “ tarix bizə bir sonrakı böyük epidemiyanın əvvəllər heç rastlaşmadığımız bir şey olacağını söyləyir “ deyə açıqlama verib. Həmçinin “Xəstəlik X”-i gələcəkdə qlobal epidemiya ola biləcək xəstəliklər siyahısına daxil etdiklərini qeyd edib.

 

Təşkilat 3 ildən sonra ilk dəfə açıqladığı  siyahıya epidemiya olma ehtimalı yüksək olan konkret müalicə yolları olmayan xəstəlikləri daxil edib. Bunlar arasında dünyanın yaxından tanıdığı  Ebola və Marburg virusu xəstəlikləri, Zika virusu, Lassa qızdırma xəstəliyi, Nipah və Henipavirus, 1Rif Vadisi Qızdırması (RVF) ve MERS-SARS virusları da var.

 

Dünya üçün keyfiyyətcə yeni xəstəliklərin təkcə ekoloji və tibbi fəlakət yönlərini müzakirə ediriksə, 700 milyon insanın qidaya möhtac olduğu, ən varlı 1 faizin dünyadakı sərvətin 82 faizinə sahib olduğu cahanda siyasi katakilizmlər daha dəhşətli izlər qoyur.

 

Bu gün postkorona dövrü üçün ilkin proqnoz ondan ibarətdir ki, bu il 2009-cu ilin dünya iqtisadi böhranından daha dəhşətlisi baş verəcək, iş yerləri bağlanacaq, iqtisadiyyatlar çökəcək, milli pul vahidləri üçün qaranlıq dövr başlayacaq.

 

Bütün bunlar dünyada mövcud olan siyasi sistemlər üçün təsirsizmi ötüşəcək?

 

Əlbəttə yox, insanlıq fəlakət qarşısında qaldığı üçün onu çoxsaylı təhlükələr təhdid edir, ən əsası yeni dünya düzəni və ya düzümü ki, orda da əsl düzən xaosdan ibarətdir.

 

Əziz Əlibəyli

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI