logo
AZ

Günün nəbzi

SORĞU: QAFQAZ BAROMETRİ – ERMƏNİSTAN

Qafqaz Tədqiqat Resurs Mərkəzi aparılan sorğu nəticələrinə əsasən təqdim etdiyi Qafqaz Barometri – 2020 hesabatında Ermənistan vətəndaşlarının digər ölkələr haqqında təəsüratları, o cümlədən, Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüklə bağlı ictimai rəyini əks etdirən məlumatlar nəşr edib.

 

Sorğu 21 fevral – 15 mart 2020-ci il tarixləri arasında 1491 respondent arasında keçirilib. Demoqrafiq göstəricilərə əsasən, suallara cavab verənlərin 31%-i  İrəvan, 33%-i digər şəhərlər və 36%-i isə kəndlərdə yaşayan əhalini əhatə edir. Respondentlərin 55%-ni kişilər təşkil edir. Digər tərəfdən, sualları cavablandıranların 35%-i orta təhsilli, 52%-i isə əmək fəaliyyətilə məşğul şəxslərdən ibarətdir.

 

Verilən cavablara əsasən, 57% respondent Rusiyanı ən dost ölkə olaraq qəbul edir. Bu rəqəm kifayət qədər yüksək göstərici hesab edilsə də, əslində isə, qeyd edilən sualla bağlı ictimai rəydə geriləyən tendensiyanın təzahürüdür. Belə ki,  2017-ci ildə qeyd edilən rəqəm 63%, 2015-ci ildə 75%, 2013-cü ildə isə 83% təşkil edib. Beləliklə, vətəndaşların baxışlarında Rusiyanın ən dost ölkə kimi qəbul edilməsi ardıcıl olaraq müxtəlif illərdə qeydə alınan geriləmə ilə müşahidə olunur.

 

 

 

Aparılan sorğunun nəticələrinə uyğun olaraq, yuxarıda qeyd edilən sualla bağlı Ermənistana dost ölkə kimi üçüncü sırada 12%-lik göstərici ilə Fransa yer alıb. Maraqlı məqam ondan ibarətdir ki, nəticələr bunu göstərir – dörd il əvvəl yalnız 4% respondent Fransanı dost ölkə olaraq qəbul edirdi. Bu baxımdan, Fransanın Ermənistan ictimai rəyində əks olunan reytinin yüksəldiyi aydın görünür.

 

Azərbaycan 75%-lik göstərici ilə ən düşmən ölkə kimi qəbul olunmaqla bu istiqamətdə birinci yerdə qərarlaşıb. 2015 və 2017-ci illərdə bu rəqəm 76% olaraq qeydə alınmışdı. Türkiyə isə 22% respondent tərəfindən ikinci düşmən ölkə hesab edilir. Müvafiq olaraq, 2015 və 2017-ci illərdə həmin göstərici 18% təşkil edirdi ki, ən son keçirilən sorğu nəticələrinə əsasən demək mümkündür ki, Ermənistan cəmiyyətində Türkiyəyə qarşı antipatik mövqeyin artdığı müşahidə olunur. 

 

Təşkilatlara üzvlük məsələsinə gəldikdə isə, ictimai rəy göstəriciləri belədir: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ölkənin üzvlüyünə 22% respondent “kifayət qədər müsbət”, 7% isə “tam müsbət” cavabını verməklə münasibət bildirib. Bununla bərabər, 24% vətəndaş bu sualla bağlı mövqeyində qeyri-əminlik nümayiş etdirməklə təşkilata üzvlüyün yaratdığı nəticələrlə müəyyən qədər razı olduğu halda, müəyyən qədər də razılaşmadıqlarını ifadə edib. Yanaşı olaraq, 4% respondent “kifayət qədər mənfi”, 2% isə “tam mənfi” cavabla cıxış edib. Burada digər maraq doğuran məqam da odur ki, 42% respondent qeyd edilən sualla bağlı ümumiyyətlə konkret cavab təmin edə bilməyib.

 

Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüklə bağlı sualla verilən cavablara nəzər salındıqda məlum olur ki, 32% bunu kifayət qədər səmərəli olaraq qəbul etsə də, yalnız 11% repondent Ermənistanın təşkilata üzvlüyünü tam səmərəli hesab edir. 26% respondent AİB-ə üzvlüyün müəyyən qədər mənfi və müsbət tərəflərinin olduğunu bildirməklə bu məsələdə qeyri-dəqiq cavab variantlarını təsdiq ediblər. Eyni zamanda, həmin suala 5% respondent “kifayət qədər mənfi”, 2% isə “tam mənfi” cavabını ifadə edib. Digər tərəfdən, 26% respondent bu suala cavab verməyib.

 

    Tərcümə:

Aytən Babayeva

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI