Günün nəbzi

Müasir dövrdə kitab və cəmiyyət: Niyə kitab oxumuruq?

Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının az olmasıdır. Bu günümüzə nəzər yetirsək, görərik ki, cəmiyyət kitabdan artıq get–gedə uzaqlaşır.

 

Təsəvvürlərə görə dünyada ən çox kitab oxuyan insanlar Avropa ya da Amerikada yaşayan insanlardır. Əslində isə dünyada ən çox kitab oxuyanlar Cənub-Şərqi Asiya ölkələrinin xalqları imiş. Bu haqda İngiltərədə fəaliyyət göstərən "Dünya Mədəniyyət Səviyyəsi İndeksi" təşkilatının məlumatında bəyan edilib. Məlumata görə dünyada ən çox kitab oxuyan xalq hindlilərdir.

 

Hindistanın xalqı həftəlik vaxtının 10 saat 42 dəqiqəsini oxumağa sərf edirmiş. Halbuki, statistik məlumatlara görə Hindistan xalqının savadlılıq dərəcəsi qlobal səviyyədən aşağıdır. Bu ölkədə xalqın cəmi 74 faizi orta məktəbi bitirib. Ancaq, ölkə 1947-ci ildə müstəqilliyini qazandıqdan sonra xalqın savadlılığı 6 dəfə artıb. Hindlilər təkcə kağız üzərinə çap olunmuş kitabları deyil, həmçinin onlayn kitabları da çox oxuyurlar. Siyahıda Hindistandan sonra ikinci yeri Tailand tutur. Bu ölkədə insanlar həftədə 9 saat 24 dəqiqə kitab oxuyurlar. Aparılan sorğuya görə xalqın 88 faizi kağız üzərində çap olunmuş kitablar oxuyur və gündəlik vaxtlarının təqribən 28 dəqiqəsini oxumağa sərf edir. Bu o deməkdir ki, Tailandda insanlar Hindistana nisbətən smartfon və telefondan daha az kitab oxuyur və bunu ölkədə kitab çapı ilə məşğul olan nəşriyyatlar da deyir.[1] Üçüncü yerdə Çin durur. Bu ölkədə rəyi soruşulanların dediyinə görə həftədə təqribən 8 saatlarını kitab oxumağa sərf edirlər. Ölkə xalqının 96,4 faizi savadlıdır. Bu dünya ortalamasından da yüksəkdir. Dünya ortalaması 86,3 faizdir. Çinlilər gündəlik vaxtlarının cəmi 11 dəqiqəsini qəzet və jurnal oxumağa sərf edirlər. Çin xalqı arasında bədii ya da əyləncəli ədəbiyyat oxumaq isə olduqca populyar imiş.[2]

 

 

Ta qədim zamanlardan bir sıra filosoflar, alimlər, elm adamları oxumağın, öyrənməyin faydalı cəhətlərini həmişə vurğulayıblar. Nəcəf Bəy Vəzirovunda söylədiyi kimi; “Kitablar bizi ötən əsrlərin varisi edir”. Onların davamçıları da bu ənənəni müasirlərinə təlqin ediblər. Hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Bəs belə olan təqdirdə, müasir dövrümüzdə bizlər kitab oxumaqdan, elmli olmaqdan bu qədər uzaq düşmərik. “Hər bir insanın cəmiyyətdə dəyəri onun oxuduğu kitablarla ölçülür",- fikrindən belə nəticəyə gəlmək olar ki,  cəmiyyət mədəniyyətinin və əxlaqının əsasında kitab dayanır. Bu gün ki, günümüzə diqqət yetirsək çox az faiz insanın günün iyirmi dörd saatının beş dəqiqəsini kitaba sərf etdiyini görərik. Müasir dövrü sovetlərlə müqayisə edənlər üstünlüyü keçmişdə görür.

 
Ailə kitab oxuma mədəniyyətinin yarandığı məkan hesab olunur. Fərd ailənin ona aşıladığı kitabla oxuma vərdişi qazanır. Cəmiyyətdə kitab oxumaq ailədə yaranan vərdişlə başlayır və fərdin gələcək həyatında bu vərdiş oxuma mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir. Keçmişə müraciət etmiş olsaq, görərik ki, cəmiyyətdə internetin olmadığı dövrlərdə insanların informasiya mənbəyi televiziya, radio və qəzet idi. Ona görə də müraciət obyekti kitablar idi. Maariflənmə mənbəyi kimi kitab və jurnal ən əhəmiyyətli vasitə hesab olunurdu. Gündəlik işlə məşğul olan və ya olmayan insanlar fikir, təfəkkür sahibi olmaq və maariflənmək üçün yeganə vasitə kimi kitabları görürdülər. İstər elmi, istərsə də bədii ədəbiyyat mövzulu kitablar həm oxunur eyni zamanda da geniş mütailə edilirdi. İnternetin yayılmasından əvvəlki dövrlərdə kitab oxuyan və kitaba maraq göstərən kütlə indiki zamanla müqayisədə çoxluq təşkil edirdi. Hal hazırkı dövrdə isə məktəbdə uşaqlar bir çox hallarda məcburi şəkildə kitab oxuyur. Bəlkə də oxumamağın nəticəsidir ki, gənclər özlərini tapa bilmirlər və ya tapmaqda çətinlik çəkirlər. R. Bredberin sözləri ilə desək; “Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər”. Nə qədər ailə tərbiyəsi olmuş olsa belə kitabdan aşılanan və onun həyatının formalaşmasına təsir göstərən tərbiyə də var.

 

Qloballaşma və texnologiyanın inkişafı ilə dünya yeni bir dövrə qədəm qoydu. Əvvəllər gizli hərbi və kosmik bazalarda istifadə olunan kampyuterlər inkişaf etdirilərək cəmiyyətə təqdim olundu. İnternetin istifadəyə verilməsi dünyanın məlumat mənbəyini dəyişdirdi. Kitablar elektron vəziyyətə gətirilərək istifadəçilərə təqdim olundu. Mobil telefon və daha sonra planşet və smartfonlar vasitəsi ilə insanlar elektron versiyada kitab oxumağa başladı. Məhz buna görə də insanların kitab oxumağa marağının az olmasına əsas səbəb kimi ilk növbədə internet göstərilir.

  • Cəmiyyətin lazımlı və ya lazımsız qaydada interneti öz həyatlarına daxil etməsi nə ondan asılı vəziyyətə düşməsi;
  • kitabda çatana qədər insanların daha çox maraq dünyasına xitab edərək, onları məşğul edən sosial şəbəkələrin geniş yayılması və insanların həyatlarında xüsusi yerə sahib olmasıdır.

 

Cəmiyyətdə kitaba olan marağı artırmaq üçün təhsil ocaqlarında - məktəblərdə, universitetlərdə seminar qrupları və dərnəklərin təşkil edilməsi, təyin olunan mövzu və istiqamətlərdə kitabların müzakirəsinin aparılması faydalı ola bilər. Və yaxud da necə ki, bir il ekologiya ili olur, eləcə də kitab oxumaq yönümlü il elan etmək olar. Bu yolda da aidiyyatı orqanların lazımi addımlar atması məsələnin həlli istiqamətinə diqqəti artıracaqdır. Əlbəttə, bu məsələdə kitabların mövzu və məzmun baxımından keyfiyyəti da az rol oynamır. Əvvəlki illərdə yazılan bəzi əsərlər xalq və cəmiyyət tərəfindən geniş rəğbət qazanırdı və onların bir çoxuna dair kinolar, seriallar çəkilirdi. Bunların da əksəriyyəti illər keçsə də mövzu, məzmun, keyfiyyət baxımından aktuallığını qoruyaraq  günümüzdə də hökmrandı. Viktor Hüqonun da dediyi kimi; “Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır”. Yəni, o dövr gənclər üçün sadəcə kitablarda oxuduğu və bu əsnada təsəvvür etdikləri artıq real həyatımızda da var. Günümüzdə də müəyyən baxımdan maraq oyadan yazarlar və onların yazdıqları kitablarda vardır. İnsanların bir qismi onları bəsit yazar olaraq görsə də onların yazmış olduğu əsərlər yüksək tirajla satılır və oxunur və oxucu həmin yazıçının növbəti əsərini səbirsizliklə gözləyir. Amma əsərlərin kino, serial və teatr səhnəsinə gətirilməsi həyata keçirilmir.

 

Kitaba bu qədər marağın azalması, insanların ən çox da sosial şəbəkələrdən düzgün istifadə etməməsi kimi nüanslarla yanaşı, eyni zamanda sosial şəbəkə və televiziyalarda kitab oxumağa maraq yaradacaq təbliğatların lazımlı səviyyədə aparılmamasıdır. İnternet, sosial şəbəkələrin insanların vaxtını daha çox zəbt etməsi və bir çox istəklərini oradan təmin etməyə cəhd göstərməsi kitab oxumağa  olan marağın azalmasına səbəb olur. Televiziyalarda və KİV-lərdə hansısa bir kitabın təqdimatının keçirilməsi ilə bağlı verilişlər hazırlanması kitaba və kitab oxumağa maraq və həvəs yarda bilər. Kitab oxumaq problemi kimi internet əsas səbəblərdən biri kimi göstərilsə də bu daha çox cəmiyyətdə müəyyən yaş təbəqəsinin o cümlədən uşaqların intellekt səviyyəsinin  istənilən səviyyədən aşağı olması ilə də bağlıdır. Bir çoxu hazırlığa gedib və bunları yenidən oxuyacağı düşüncəsinə sahib olsa da, əslində bu məsələnin kökündə başqa səbəblərin dayandığı haqda fikir və mühakimə ortaya qoymaq mümkündür. Bu məsələdə ailənin də rolu böyükdür. Valideyn özü bədii əsər oxuyaraq övladında, kitaba sevgi və kitab oxuma vərdişi yarada bilər. Bu məqsədlə gəncləri oxumağa uşaqlıqdan alışdırmaq faydalı hesab olunur. Keçmiş dövrlərdəki evlərdə olan dolu kitab şkafı və pianonun yerini indiki evlərdə interyer əşyalar alır. İndi çox nadir hallarda evlərdə kitablara rast gəlmək olar.[3] Şagirdlər və tələbələrin ancaq qiymət xətrinə ancaq dərslikləri oxuması və bədii ədəbiyyata vaxt ayırmaması və maraq göstərməməsi erkən yaşlarda kitab oxuma ilə əlaqəli müəyyən vərdişlərə sahib olmamasından meydana gəlir. Kitab oxumağa qayıtmaq problemli bir məsələdi. Bu bir, iki nəfərin işi deyil, bunun üçün qlobal işlər görülməlidi, təhsil sistemində inqilab yaranmalıdır, uşaqlarda oxumağa maraq olmalıdı, həvəs olmalıdır ki, intelektləri artsın. Cəmiyyətin bir hissəsi bunun səbəbini texnikanın sürətlə inkişafında-kompyuter, telefon və. s texnoloji avadanlıqların sürətlə həyatımızda ön planı tutmasında görsə də bədii ədəbiyyat və kitab oxumağa marağı arxa plana keçirmək ciddi fəsadlara səbəb ola bilər. Reallıq və həqiqət kitab oxumağın faydalı cəhətlərinin daha çox olduğu yöndədir. Kitab oxumaq dərk və dərketmə qabiliyyətini inkişaf etdirir və gücləndirir. Cəmiyyətin dərk etmək qabiliyyəti daha güclü olarsa, gələcəyini görə bilmə və onu daha yaxşı təməl üzərində qurma imkanı da daha geniş olar.

 

Kitaba necə həvəs yarada bilərik, kitabı insanlara necə sevdirə bilərik, kitab oxumağın mədəniyyət olduğunu necə aşılıya bilərik, kitab oxumağın bizə və cəmiyyətimizə nələr qazandırdığı mövzusunda insanları necə ikna edə bilərik, mövzuna cavab kimi aşağıdakılar təklif olunur:                    

  • ümumtəhsil məktəblərində daha geniş kitabxanaların təşkil edilməsi;
  • şəhər, rayon, qəsəbə və kəndlərdə geniş təşəkküllü kitabxanaların təşkil edilməsi;
  • tələbə yataqxanalarında kitabxana və oxu zallarının təşkili;
  • orta məktəblərdə seminar və diskussiya klublarının yaradılması;
  • gənclər evlərinin kitabxana və oxu zalı ile təmin olunması;
  • böyük şəhərlərdə və bölgələrdə kitab sərgilərinin təşkil edilməsi;
  • latın qrafikasında kitabların nəşrinin artırılması;
  • televiziya və KİV-lərdə yeni nəşr edilən kitablar haqqında məlumat verən proqram və xüsusi səhifənin hazırlanması;
  • xalqa kitab oxumağı sevdirmək üçün aylardan birinin kitab ayı və növbəti ilin kitab oxuma ili elan olunması;
  • təhsil müəssələrində şagirdlər və müəllimlər arasında hədiyyələrin kitabdan ibarət olmasının təmini;
  • məktəblərdə, kitabxanalarda yazıçılar və kitab müəllifləri ilə görüşlərin keçirilməsi və yeni çıxan kitabların təqdimatının təşkil edilməsi;
  • kitabxanaların kitabla təminatının artırılması;
  • xarici dillərdəki daha çox ədəbiyyatların Azərbaycan dilinə tərcüməsinin təşkil olunması.

                                                                                                              

                                                                                                              Əfqan Vəliyev

 

PAYLAŞ

Oxşarlar

Milad Bayramı ərəfəsində bitən 1812-ci il müharibəsi niyə bu qədər qeyd edilir?

Milad Bayramı ərəfəsində bitən 1812-ci il müharibəsi niyə bu qədər qeyd edilir?

18 Fevral 2021

Milad Bayramı ərəfəsində Amerikanın iki yüz illik yubileyi - 1812-ci il müharibəsinə son qoyan Gent Müqaviləsinin imzalanmasının 200-cü ild&ou… ƏTRAFLI

İspan jurnalist İkinci Qarabağ müharibəsində gördüklərindən danışdı (Tərcümə)

İspan jurnalist İkinci Qarabağ müharibəsində gördüklərindən danışdı (Tərcümə)

15 Fevral 2021

İkinci Qarabağ müharibəsi sona çatsa da, nəticələri barədə hələ uzun müddət söz açılacaq. Hadisələrin şahidləri də baş verənl… ƏTRAFLI

Müharibənin nəticələrinin Nikol Paşinyanın reytinqinə təsiri – Rəy sorğusunun nəticələri

Müharibənin nəticələrinin Nikol Paşinyanın reytinqinə təsiri – Rəy sorğusunun nəticələri

05 Fevral 2021

44 günlük Vətən müharibəsi Ermənistana siyasi, iqtisadi və hərbi cəhətdən böyük zərbə vurdu. Müharibənin başlamasında büt&uu… ƏTRAFLI