logo
AZ

Günün nəbzi

Müasir dünyada qəfil yaranan “istehlak aclığı”- TƏRCÜMƏ

Panika iqtisadiyyatları və idarəetməni dağıtmır, əksinə oradakı dəqiq zəif nöqtələri göstərir... “Atlantik” dərgisinin təmsilçisi də bunu ortaya qoyub. O Britanitadakı virusaqədərki səhiyyə və iqtisadi durumun problemlərini açıq göstərib.

 

Sosial şəbəkələrdə yayılan Böyük Britaniya supermarketlərindəki rəflərin qısa müddət ərzində boşaldıldığı görüntülər əhali arasında böyük çaşqınlığa səbəb olub. Hətta, hökumət gəncləri acgözlükdə ittiham edib.  Həqiqətən də 90 tonluq tuna balığı konservləri bir anda necə yox oldular?

 

Araşdırmalar onu göstərir ki, alıcıların bir qismində market vərdişlərində ciddi dəyişiklik hiss olunur. Artıq vətəndaşlar London marketlərində yumurta tapmaqda çətinlik çəkirlər. Təsadüfi deyil ki, idarəetmədə müasir restoran şəbəkələri sifariş üsulundan istifadə etməyə hazırlaşır. Beləcə İngiltərədə supermarketlər israfa yol verməmək üçün hazırladıqları istehsal proqramlarını tələbə uyğun olaraq nizamlayır.

 

Şəhərdə yaşayan gənc ailələrinin yaşlılardan fərqli olaraq, “tam zamanında istehsal” ("Just-in-time") təchizat zəncirləri var. Belə ki, onlar işdən evə gedən yolda rastladıqları marketdən alış-veriş edirlər. Məsələn, onlar yumurtanı supermarketlərdən almaq əvəzinə kiçik yerli marketlərdən alırlar.

 

Maraqlıdır ki, Britaniyada yeni tikili binalar ötən on ilə nisbətən daha kiçik inşa edilir, soyuducuda və mətbəxdəki başqa yerlərdə ərzaq saxlamaq üçün yer azdır. Sözsüz ki, gənc nəsil daha çox istehlak edir və ərzağı soyuducuya yığıb saxlamaq niyyəti yoxdur. Buna görə də hələki dünyada ən yaxşı sistem  kimi- tam zamanında istehsal qiymətləndirilir. Son iki həftədir bu istehsal potensialı özünü doğrultmur.

 

Bu ay hökumət insanları yeddi günlük özünütəcridə çağırdı. Bir çox sakin bu xəbəri eşidən kimi evdə kifayət qədər ərzağın olmadığını görüb, marketlərə axın etdi və bu dar zaman çərçivəsində hamı əvvəlkindən daha artıq alış-veriş etdi.

 

Kantar şirkətinin pərakət satış üzrə mütəxəssisi, analitik- Fraser Makkevitin sözlərinə görə, insanlar müvəqqəti qıtlıq zamanı daha tez və həddindən artıq alış-veriş edirlər. 100.000 müştəri üzərində aparılan tədqiqata əsasən, şəxsi gigiyena məhsulu alıcılarının 6%-i və taxıl məhsulları alıcılarının isə 3%-i adi günlərə nəzərən daha artıq aldığını etiraf edib.

 

Bəs supermarketlərdə indi nə baş verir? Səmərlilik problemi...  Təəssüf ki, Silikon Vadisinin tədqiqatları bir çoxumuzun bu gün marketlərdə yaşanan qıtlığa görə məsuliyyət daşıdığını ortaya qoyub. İnsan orqanizmi mühərrik deyil. Yaşlıların, xəstələrin, zehni və xroniki xəstəliyi olan vətəndaşların ərzaq ehtiyacı qeyd-şərtsiz qarşılanmalıdır.

 

 

İqtisadiyyatda məhsuldarlıq əsas şərtdir. Biz isə bunun necə böyük fəlakətlərə yol açacağını hələ görmürük. Əslində, anlamaq lazımdır ki, real dünyada yaxşı hadisələr nadir hallarda baş verir, “nadir” baş verəcəyini düşündüyümüz hadisələr isə daha tez baş verir.  

 

Koronavirus böhranı iqtisadi səmərəliliyin yalnış strategiya olduğunu sübuta yetirdi. Pandemiyadan əvvəl Britaniyanın Milli Səhiyyə Xidməti həkimlərin  getdikcə azaldığını bildirib və  ötən  il bu problemi həll etmək üçün işə qəbul kampaniyasına başlayıb. Son on ildə gündəlik tullantı toplanması, parklanma və s. məsələlərdə cavabdeh yerli idaretmə müəsssisələrinin büdcəsində 60% azalma müşahidə olunub. Bu ixtisarlar Britaniyanı karantin müddətində daha da çətin vəziyyətə salıb. Hal-hazıda 1980-ci illərdən bəri polis sayısında ciddi azalma hiss olunur.

 

Əsas problemə qayıtsaq, koronavirus simptomunuz varsa və xəstə və ya yaşlı biri ilə yaşayırısınızsa bu halda nə etməli? Böyük Britaniya Milli Səhiyyə Xidməti dərhal otaqları ayırmağı və həkimə müraciət etməyi məsləhət görür.

 

Karantin müddəti və mümkün dəyişikliklərin nə vaxta qədər davam edəcəyini söyləmək tezdir.  Lakin, bir həqiqət də var ki, bəşəriyyət fəlakətlərdən və müharibədən sağ qalmaq üçün lazım olduğundan artıq azuqə yığmağı özünə borc bilir.  Sistemdəki zəif nöqtəni aşkar etdikdən sonra ona qarşı inamı qazanmağı çətin məsələdir. Geriyə dönüb nəzər saldıqda koronavirusun bizə necə qənaət etməyi öyrətdiyini daha yaxşı anlayacayıq.

 

       Tərcümə:

Afaq Məmmədova

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI