logo
AZ

Günün nəbzi

Mənzil təsərrüfatında rəqəmlər və proqnozlar

Bəlkə də bəşər tarixində ilk dəfə hər hansı bir səhiyyə hadisəsi daha çox iqtisadi məzmunu ilə gündəmin aktual mövzusuna çevrilmişdir. Heç şübhəsiz ki, qlobal iqtisadi dəyər zəncirinə dağıdıcı zərbə vuran koronavirus pandemiyası ən irimiqyaslı şokları özü ilə gətirdi. Müşahidələrdən belə məlum olur ki, inkişaf etmiş infrastruktura malik ölkələr kimi zəif inkişaf etmiş və ya inkişafda olan ölkələrdə də təhlükə daha yüksəkdir. Ona görə yox ki, təkcə infeksiya səbəbindən ölüm və təlafat halları getdikcə ram olunmaq çərçivəsindən çıxmış, səhiyyə sistemləri ciddi problemlə üz-üzə qalmaqla çıxılmaz vəziyyətə düşmüşür. Ona görə ki, əvvəldə qeyd etdiyimiz kimi problemin bir hissəsi də məhz iqtisadi məzmunu ilə seçilir.

 

Əksər fond birjalarında baş verən təlatümlər Çin, Rusiya, Avropa və ABŞ kimi dünya iqtisadiyyatının lokomotivlərini makrosəviyyədə silkələməklə yanaşı, adıçəkilən region və dövlətlərdə mikrosəviyyədə də ciddi problemlərə zəmin yaratdı. Məsələn, tam möhkəmlənmiş və ya yenicə fəaliyyətə başlamasından asılı olmayaraq, bütün növ mikro və fərdi sahibkarlıq sahələrində fəaliyyət göstərən fiziki şəxslərin sosial çətinliklə üz-üzə qalması və iqtisadi cəhətdən iflasa uğramaq təhlükəsi az qala dünyanın bütün dövlətlərində eyni müzakirə mövzusuna çevrilmişdir.

 

Okeanın o tayında qlobal ÜDM-in ¼ hissəsinə malik olan ABŞ-da hazırda rəsmi işsizliyin 14-16% aralığında göstərilməsi iqtisadiyyatı əsasən fermer təsərrüfatı və özəl biznesdən ibarət ölkə üçün nəinki makro, o cümlədən, mikrosəviyyədə də xeyli çətinliklərə səbəb oldu.

 

 

Qrafik. Son 1 il ay ərzində ABŞ-da işsizlik göstəricisinin artım trendi.

 

Hətta Senatın mart ayında qəbul etdiyi 2 trilyonluq təşviq paketi, eləcə də vergi ödəyiciliərinə birbaşa ödənişlər, işsizlər üçün müavinətlər və müəssisələrə yardım etmək üçün 500 milyard dollarlıq fondun ərsəyə gətirilməsi belə ABŞ iqtisadiyyatını “dib” nöqtədən xilas edə bilmədi.

 

Həmiçin dünyanın iqtisadi mərkəzi ABŞ-dan əlavə digər inkişaf etmiş ölkələrdə də həm böhran halları, həm də qabaqlayıcı tədbirlər müşahidə olundu. Eynilə ABŞ-dakı kimi yüksək maliyyə tutumlu təşviq paketləri, vəsaitlər demək olar ki pandemiyanın yaratdığı mənzərə kimi oxşar məzmuna malik idi.

 

İqtisadi sistemləri bazar iqtisadi münasibətlərə əsaslanan bir neçə ölkədə sosial vəziyyət heç də ürəkaçan formada olmadı. Pandemiya ilə əlaqədar olaraq, məhdudiyyətlərin tətbiqi və iqtisadi durğunluğun uzunmüddət davam etməsi nəticəsində az qala iqtisadiyyatı 70-80% özəl sektora malik olan ölkələrdə təkcə rəsmi işsizliyin gözləniməz həddə çatması (İspaniya 18.9%, İtaliya 11.8%, Fransa 10.1%, Portuqaliya 9.7%, İsveç 9.7%, Finlandiya 8.3%, Belçika 7%, Britaniya 6.7%, Danimarka 6.4%, Lüksemburg 6.4%, Niderland 5.9%, Almaniya 4%) əhalinin həyat səviyyəsinə təsir etməyə bilməzdi. [1]. Ərzaq, nəqliyyat, vergi, cərimə, rüsum və s. ödənişlərdən əlavə vətəndaşlar üçün maneə törədən əsas problemlərdən biri də kirayə yaşadığı mənzil üçün ödəniş etməkdir. Hələ 2017-ci ilin açıqlamalarına əsasən Avropa əhalisinin 15.7% hərhansısa bir mənzildən məhrum, 26.5%-i isə evsiz əhali risk qrupuna daxildir. Əhalisinin xeyli hissəsi kirayə mənzillərdə yaşamağı adət halına çevrilən Avropa ölkələri ( İspaniya 23%, İtaliya 27%, Niderlanda 30%, Fransa 35%, Britaniya 35%, İsveç 36%, Danimarka 39%, Almaniya 49%) karantin məhdudiyyətləri tətbiq edərkən hər kəsi evdə işləməyə çağırdı. Burada meydana çıxan ən böyük problemlərdən də biri kirayə məsrəflərinin ödənməsidir. Evdən işləyən insanlardan fərqli olaraq, işini itirənlərin bu problemlə üz-üzə qalması az qala faciəyə bərabərdir. Çünki 2019-cu ildə 1-3 otaqlı mənzillər üzrə 1 aylıq kirayə ödənişi  müvafiq olaraq Kopenhagen 1.400-2.500, Helsinki 1.200-2.200, Paris 1.250-2.900, Lyon 730-1.550, Berlin 1.050-1.800, Münxen 1.350-2.250, Bonn 790-1.300 Roma 950-1.650, Lüksemburq 1.650-2.750, Haaga 1.100-2.000, Lissabon 1.050-1.950, Madrid 1.000-1.850, Stokholm 1.500-2.850, London 1.800-3.100, Oksford 1.000-1.450, Ridinqdə 1.050-1.700 avro təşkil etmişdir [2]. Göründüyü kimi Almaniya, Fransa və İngiltərənin timsalında paytaxt və regionları ilə kəskin qiymət fərqi olamayan Avropa ölkələrində nəinki şəxsi mənzil, heç kirayədə qalmaq belə asan başa gəlmir. Bir aylıq orta kirayə ödənişi fonunda Avropa ölkələrində bir aylıq orta gəlir məbləğinə də baxmağımız pis olmazdı: Lüksemburq 3.450, Danimarka 3.400, Britaniya 2.600, İsveç 2.600, Finlandiya 2.550, Almaniya 2.420, Fransa 2.325, Niderland 2.200, İtaliya 1.880, İspaniya 1.800 avrodur [3]. Düzdür, məsələyə yanaşma tərzimiz səthi olsa belə, mövcud nəticə dəyişməz olaraq qalır. Bununla belə, əksər Avropa ölkələri bu cəhətdən artıq həyacan təbili çalmaağa başlayıb. İsveçrə məhkəməsi özəl şirkətləri kirayə ödənişlərində insanlara yardım etmək göstərişini verib (maksimum 154 $). Burada maraqlı bir mənzərə yaranır: 1-3 otaqlı mənzillərinin qiyməti müvafiq olaraq 1.400-2.050 avro olan Bern və 1.900-3.100 olan Cenevrədə işsiz və evsizləri nəzərə almasaq, satışının biri külli miqdar qazanca gətirib çıxaran “Glencore”, “Nestle”, “Roche”, “Migros”, “Holcim”, “Swisscom”, “Rolex” kimi şirkətlər niyə məhz 154$ ödəməyə məcbur edilsin ki ?!

 

Halbuki, planlı inzibati-amirlik iqtisadiyyatından məhz İsveçrə olmaq sevdası ilə özəl iqtisadi modelə can atan Ruminiya (96.4%), Xorvatiya (90.1%), Litva (89.9%), Macarıstan (86%), Polşa (82%), Bolqarıstan (83%), Estonia (82%), Latvia (80%), Çexiya (78%) kimi ölkələr məhz planlı iqtisadiyyatın mənzil təminatından sonra Avropada ən çox şəxsi mənzilə sahib olan ölkələr olmuşlar [4]. Necə ki bir zamanlar Avropada bütün əhalisinin şəxsi mənzilə malik olduğu Şərqi Almaniyada bu göstərici bu gün qərbdən 16% geri qalmaqla 33%-ə bərabər olmuşdur.

 

Ölkəmizə nəzər yetirdikdə isə, ölkə əhalisinin SSRİ dövründəki mənzil təminatı ənənəsi sayəsində şəxsi mənzilə malik olmaq hüququndan bəhrələnə bilməsi, həmçinin ölkə başçısının 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın təsdiqlənməsi ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən sosial siyasətin məntiqi davamıdır ki, bu da pandemiya zamanı mövcud karantin dövründə evdən işləyənlərə olduqca böyük dvidendlər gətirmişdir. Bundan başqa, hökumət tərəfindən pandemiyanın davam etdiyi dövrdə sahibkarlıq subyektlərinə məşğulluq məsələlərinə həsass yanaşmaları, mövcud şəraitdə işçilərin ixtisar edilməsi və əməkhaqlarının azaldılmaması barədə ciddi xəbərdarlıq edilməsindən əlavə işçi saylarının nəzarətdə saxlanılacağı və işçilərin hüquqlarının pozulmasına yol verəcək halların müşahidə ediləcəyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi bildirilmiş, ümumilikdə, dövlət və özəl sektor üzrə olmaqla bütövlükdə 1 milyon 629 min işçinin məşğulluğu əməkhaqqı saxlanılmaqla təmin edilmişdir ki, bu da kirayə mənzildə yaşayan əhali qrupunun ödənişləri vaxtında edə bilməsində xüsusi rol oynamışdır.

 

Pünhan Musayev

  Mingəçevir


 

Mənbə: U.S. BUREAU OF LABOUR STATİSTİCS, World Bank, OECD, Statista.com, ec.europa.eu.

İstinadlar:

1. https://www.statista.com/statistics/1115276/coronavirus-european-unemployment/

2. https://ec.europa.eu/eurostat/documents/6939681/7243182/Booklet_2020_rents_2019_e.pdf/c77c6c5a-48e4-0ed3-424a-02bcc99a2e7e?fbclid=IwAR3DUQGMmwL6KCpYx1gRi7aLxD0Aeftw7s8i2uUz_PxF1ENeU0J6Ldpif3M

3. https://nomadnotmad.com/this-is-the-average-salary-in-all-european-union-countries-in-2019/?fbclid=IwAR3srL5rxtwnIJwNNeRQjAQI5rbJKfAOZCmF4KsBLO-vEpaLH06bfSlSum8

4. https://www.statista.com/statistics/246355/home-ownership-rate-in-europe/

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI