logo
AZ

Günün nəbzi

Koronavirusun depressiv təsirləri - TƏRCÜMƏ

Federal hökumətlər, bu virusla sanki bir “qumar” oynayır. Belə ki, bu təkcə bütün iqtisadiyyata deyil, millətlərin gələcəyinə də ciddi zərbələr vura bilər.

 

Virus bəzi demoqrafik  göstəriciləri alt-üst etsə də ekspertlər qeyd edir ki, getdikcə azalma ehtimalı var. "New York Times" iddia edir ki, İmperial Kollec Londonun və oxşar nəticələr verən digər modellərin hesabatında deyilir ki, virusun tamamilə bitməsi üçün növbəti 18 ay ərzində ardıcıl olaraq iki-üç aylıq Amerika vətəndaşlarına karantin tətbiq etmək zəruridir.

 

Buna görə əyalət rəhbərləri restoranları, məktəbləri, əyləncə mərkəzlərini, dövlət müəssisələrini, parkları, tarixi yerləri və kilsələri bağlayır. Amerikada müəssisələrin əksəriyyəti iki həftəlik məzuniyyətə buraxılır.

 

 Lakin, bu qadağaların daha sonra  bir və ya iki ayadək hətta dörd aydan altı ayadək uzadıldığını nəzərə alsaq, insanların yavaş-yavaş buna dözməyərək “üsyan” edəcəyi istisna edilmir. 

 

İndiyədək açıqlanan təxminlər dəqiq göstəricilər deyil. Biz gələcəkdə nəyin baş verəcəyini bilmirik, bildiyimiz isə odur ki, hal-hazırda müxtəlif ölkələr xəstəliyin yayılma dairəsini açıqlayırlar.

 

Standfod Universitetinin tibbi, epidemiologiya və statistika elmlər professoru və Stanford Metatədqiqat İnnovasiya Mərkəzinin həmsədri Con P.A. Yoannidis qeyd edir ki, statistik və tibbi biliklər skeptikdir.

 

 

Mövcud rəqəmlərdən hələki bu virusun azaltmağa yoxsa artmağa doğru irərlilədiyini görmək mümkün deyil.

 

Ümumdünya Səhiyyə Təşkilatı və Xəstəliyə Nəzarət və Qoruma Mərkəzlərinin gündəlik nəticələrinə əsasən hazırlanan qrafikdə göstərilir ki, koronavirus səbəbilə ABŞ-da ölüm nisbətinin yayılmanın eyni mərhələsində digər yüksək yayılmış ölkələrin əksəriyyətinə nisbətən daha aşağıdır.

 

Amerikalı yazışı Şaryl Atkisson ABŞ-dakı ölüm hallarının statistikasını açıqlayıb. Belə ki, ən çox yaşlılar, əvvəldən xəstəliyi olan insanlar həddindən artıq əziyyət çəkirlər. Əslində isə koronovirus təhlükəsindən daha çox ciddi iqtisadi çətinliklərin olacağı gözlənilir.

 

Hər il 40.000 amerikalı yol-nəqliyyatı qəzaları zamanı dünyasını dəyişir. Buna baxmayaraq nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmurmu? Bəs, biz hələ də maşın sürürükmü? Bəli, gündəlik olaraq... Buradan əldə olunan nəticə insanların ölümünə sevinmək deyil. Belə ki, evdə qalmaq virusa yoluxma riskini azaldır.

 

Bir çox ölkənin məlumatlarına nisbətən daha dəqiq Cənubi Koreyada aparılan tədqiqatlar nəticəsində aydın olur ki, virusun yaşlı və immuniteti zəif olan şəxslərə təsiri çox güclüdür, ümumi ölüm hallarının təxminən 90%-i 60 yaşdan yuxarı olan şəxslərdə görülür. Lakin, yoluxma və ölüm halları 50 yaşa qədər olan insanlarda da müşahidə edilir. 

 

Siyasi şərhçi Viktor Davis Hanson qeyd edir ki, bu virusun ağlasığmaz nəticələri yalnız iqtisadiyyata zərər vurmaqla bitmir, psixoloji cəhətdən ciddi təsirlərə məruz qoyacağını bildirir.

 

Belə olduğu halda, ən azı gələcək üç nəsilə təsir gücünə malik depressiya keçiririk və insanların bir çoxu yoxsulluq, tibbi çatışmazlıq və ən əsası ümidsizlikdən ölür.

 

      Hazırladı:

Afaq Məmmədova

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI