logo
AZ

Günün nəbzi

Hansı xalq kitabı daha çox sevir?

Kitab oxumaq bir çoxları üçün asudə vaxtının səmərəli dəyərləndirilməsi cəhətdən sevimli fəaliyyətidir.

 

Bəs bu fəaliyyət müxtəlif ölkələrdə nə dərəcədə yayılıb? Bu qısa məqalədə bir sıra ölkələrdə aparılmış rəy sorğularının nəticələri əsasında hansı xalqın daha çox kitab oxuduğunu göstərməyə çalışacam.

 

İlk olaraq, ‘‘hansı xalq daha çox kitab oxuyur?” sualını nəzərdən keçirək. 2016-cı ildə "NOP World Culture Score" indeksinə əsasən, Hindistanda respondent bir həftə ərzində ortalama 11 saata yaxın vaxtını kitab oxumağa sərf edir. Analoji göstərici Tayland və Çin üçün müvafiq olaraq 9 saat yarım və 8 saat təşkil edib.

 

Rusiya üçün bu göstərici 7 saat, Türkiyədə 6 saat və Britaniyada 5 saata bərabərdir.

 

 

COVID-19 pandemiyasının insanları evə qapatmasının nəticələrindən biri də məhz kitab oxumaqla bağlı oldu. Böyük Britaniyada 1000 nəfərlə aparılan sorğuya (29 Aprel-1 May) əsasən, karantin tətbiqindən sonra respondentlərin 41%-i əvvəlki dövrə nisbətən 2 saat yarım daha çox kitab oxuyur[1].

 

Beləliklə, həmin respondentlər bir həftənin 6 saatını kitab oxumağa ayırır. Maraqlıdır ki, 1000 nəfərin 35%-i kitab oxumağı böhranın yaratdığı stresdən çıxış yolu kimi görür. Bənzər tendensiya ABŞ üzrə də müşahidə edilib. 2020-ci ilin mart ayında aparılmış sorğuya əsasən, 57 yaş və yuxarı respondentlərin 28%-i, 27-39 yaşlıların isə 40%-i daha çox kitab oxuyur.[2]

 

Kitab oxumaqla yanaşı, hansı keyfiyyətlərə malik insanların kitab oxumaması da bəzi tədqiqatlar tərəfindən öyrənilib. Bu mənada ABŞ-da "Pew Research Center" tərəfindən aparılmış sorğu diqqət çəkir.[3] 

 

Təhsilini orta məktəb səviyyəsində bitirib, ali təhsil müəssisəsinə daxil olmayanların 44%-i son 1 il ərzində heç bir kitab oxumadığı halda, ali təhsil müəssisəsinə daxil olanlar üçün bu göstərici sadəcə 8%-ə bərabərdir. Ailənin gəlir səviyyəsinin illik $30,000 və daha aşağı olan ev təsərrüfatlarını təmsil edən respondentlərin 36%-i heç bir kitab oxumayıb. Qeyri-şəhər tipli yaşayış məntəqələrində yaşayanların 33%-i, şəhər əhalisinin isə 24%-i son 1 il ərzində heç bir kitab oxumayıb.


İnqilab Şahbazov

 


[2] https://www.statista.com/statistics/1107853/book-readers-coronavirus-us/

[3] https://www.pewresearch.org/fact-tank/2019/09/26/who-doesnt-read-books-in-america/

 

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI