logo
AZ

Günün nəbzi

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük maraqla qarşılanır. Ermənistanda baş verən daxili siyasi-sosioloji proseslər, sosioloji sorğular və ictimai rəy bizi də yaxından maraqlandırdığı üçün ötən həftə “Gallup İnternational” tədqiqat şirkətinin Ermənistandakı nümayəndəliyini tərəfindən aparılan sorğunun nəticələri diqqətimizi çəkdi. Sorğuya əsasən Ermənistanın baş naziri Nikol Paşinyana münasibət hələ də müsbətdir, bununla yanaşı, Ermənistanın əksər sakinləri Rusiya ilə münasibətlərin gücləndirilməsinin tərəfdarı olduğunu bildiriblər.

 

 

Sorğunun metodologiyasına gəlincə qeyd edə bilərik ki, sorğu Ermənistanda 26-29 mart tarixlərində telefon vasitəsilə keçirilib. Sorğuda 801 respondent iştirak etmişdir.

 

Ermənistanın "Gallup" ofisi Ermənistanın hansı ölkələrlə və ya dövlətlərarası birliklərlə əlaqələrini gücləndirməsi lazım olduğu soruşduqda, respondentlər belə cavab veriblər:

 

Rusiya – 62,9 %

ABŞ – 16,4 %

Fransa – 6,4 %

Avropa İttifaqı – 5,2 %

Çin - 2.6 %

İran - 2.4 %

NATO - 0.7 %

Gürcüstan - 0.7 %

 

Ermənistan vətəndaşları arasında ikitərəfli münasibətlərlə müqayisədə İrəvanın inteqrasiya birlikləri ilə əlaqələrinin möhkəmləndirilməsi məsələsi daha az populyardır. "Gallup"-a inansaq, respondentlərin 1,5% - i Avrasiya İqtisadi İttifaqı, 0,7% - i NATO ilə, yalnız 0,2% - i isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır.

 

 

Seçkiqabağı əhval-ruhiyyənin öyrənilməsi də hazırkı durumda mühüm element hesab edilir. Respondentlərin 35,5% -i Ermənistanın hazırkı hakimiyyət orqanlarının 20 iyun 2021-ci il tarixinə təyin olunmuş erkən parlament seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə əmindir. Rəyi soruşulanların 9% -i seçkilərin əsasən ədalətli və şəffaf keçiriləcəyinə inanır. Daha 13,4% respondent əsasən ədalətli və şəffaf keçirilməyəcəyi variant üzərində seçim edib. 29,7% isə birmənalı olaraq ədalətli seçkilərin keçirilməyəcəyini güman edir.

 

Seçkilər mövzusunun davamı olaraq qeyd edə bilərik ki, 41,2%  respondent seçkilərdə iştirak etmək niyyətindədir. 10.7% respondent “iştirak etmək ehtimalı”nın olduğunu bildirib. Təxminən 15% “iştirak etmək ehtimalı”nın az oldğunu qeyd edib. Demək olar ki, 16% qarşıdakı seçkiləri “birmənalı şəkildə” görməməzlikdən gəlmək qərarına gəlib.

 

“Seçkilər qarşıdan gələn bazar günü keçirilsəydi, siz kimə səs verərdiniz” sualına 31,7%-i baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mənim addımım” blokunun adını çəkiblər. Əlavə edək ki, Gallup-ın Ermənistan ofisinin keçirdiyi sorğularda yuxarıda qeyd olunan sual hər dəfə respondentlərə ünvanlanır. Görünür ki, yuxarı rəhbərliyə hesabatlar hər dəfə müqayisəli təhlil formasında təqdim olunur. Sorğuda bu suala keçmiş prezident Robert Köçəryan üçün isə 5,9% səs verib.

 

Keçirilmiş sorğunun nəticələrinə görə aparıcı müxalifət partiyası Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” (Arayış: “Mənim addımım”dan sonra parlamentdə ikinci fraksiyaya malikdir) 4,4%, üçüncü parlament qüvvəsi Edmon Marukyanın “Maariflənmiş Ermənistan” partiyası isə 2,4% inam toplayıb.

 

Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistanın Respublika Partiyasının analoji reytinqi 2,4% təşkil edir. Respondentlərin 2,1%-i “Daşnaksütyun” partiyasına səs verməyə hazırdır. Rəyi soruşulanların 24,6%-ı qarşıdakı seçkilərdə heç kimə səs vermək istəmir. Digər 20% respondent isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

 

Sorğudakı bütün nəticələr (daha öncəki nəticələrlə müqayisə ilə birlikdə) aşağıda sistemləşdirilib:

1. “Mənim adımım” Nikol Paşinyan – 31.7% (fevralda 33.1% idi)

2. Hazırda partiya axtarışında olan Robert Köçəryan – 5.9% (fevral ayı üçün heç bir məlumat yoxdur)

3. “Çiçəklənən Ermənistan” Qaqik Sarukyan – 4.4% (fevralda 4,4 % idi)

4. “Maariflənmiş Ermənistan” Edmon Marukyan – 2.7% (fevralda 2.6 % idi)

5. “Respublikaçılar Partiyası” Serj Sarqsyan – 2.4% (fevralda 2,2% idi)

6. “Daşnaksütyun” – 2.1% (fevralda 2.2% idi)

7. “Vətənin xilası uğrunda hərəkat” Vazgen Manukyan – 1%

8. “Sasna Tsrer” Girayra Sefilyan – 0.5%

9.  “Vətən” Partiyası - Artur Vanetsyan – 0.4%

10. Heç kimə səs verməyəcək – 24.6% (fevralda göstərici 27,2% idi)

11. Cavab verməkdə çətinlik çəkir – 20%

 

 

Ermənistanın Ombudsmanı Arman Tatoyan ölkəsində böyük nüfuza malikdir. Müşahidələrimiz ondan ibarətdir ki, Ermənistanın Ombudsmanı həm baş nazirlə, həm də prezidentlə görüşlərində ombudsmanın səlahiyyətlərindən kənar məsələlər də müzakirə olunur. Gallup-ın erməni ofisinin rəyi soruşulan Ermənistan vətəndaşları sadalanan xadimlərdən hansının daha çox etimad qazandığını cavablandırıblar. Səsvermənin nəticələrinə görə aşağıdakı mənzərə ortaya çıxmışdır:

1. Ermənistan Ombudsmanı Arman Tatoyan - 3,7 bal

2. Baş nazir Nikol Paşinyan - 2,7 bal

3. Prezident Armen Sarkisyan - 2,4 bal

4. Robert Köçəryan - 2,1 bal

5. Qagik Tsarukyan - 2,1 bal

 

 

Ombudsmanın populyarlığı onun işgüzarlığı ilə izah etmək olmaz. Görünür, Tatoyanın qarşısındakı vəzifələr çoxşaxəlidir və ya hər mövzuda çıxış etmək onun adətinə çevrilib. Ermənistanın baş naziri, prezidenti və ya xarici işlər nazirinin deyə bilmədiyini Tatoyanın söyləməsi digər qüvvələrin istəyi kimi sezilir.


 

İlyas Hüseynov

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Hansı xalq kitabı daha çox sevir?

Hansı xalq kitabı daha çox sevir?

31 Mart 2021

Kitab oxumaq bir çoxları üçün asudə vaxtının səmərəli dəyərləndirilməsi cəhətdən sevimli fəaliyyətidir.   Bəs bu fəaliyy… ƏTRAFLI