logo
AZ

Günün nəbzi

Ermənistan əhalisinin 45%-i Baş nazir Nikol Paşinyanın istefasını tələb edir...

 
 
 
  Gallup Beynəlxalq Assosiasiyasının Ermənistandakı rəsmi nümayəndəsi tərəfindən aparılan sosial sorğu əsasında Ermənistan əhalisinin ölkədə son baş verən siyasi hadisələr, Qarabağ müharibəsi və hazırki hakimiyyətinin həyata keçirdiyi siyasi fəaliyyət haqqında ictimai rəy öyrənilib.
 
Dekabrın 4-də açıqlanan nəticələrə əsasən hazırki Baş nazirin istefasını tələb edənlərin say nisbəti onun hakimiyyətdə qalmasını dəstəkləyənlərdən daha yüksək göstəriciyə malikdir. Belə ki, sorğuda iştirak edənlərin 45%-i Baş nazirin istefasını məqsədəuyğun hesab etdiyi halda, 38 faiz respondent bunun əksini tələb edir. Qeyd etmək lazımdır ki, Gallup-ın cari ilin iyul ayında həyata keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən Baş nazirin o zamankı reytinqi 85% təşkil edirdi.
Ən son həyata keçirilən sorğu və nəticələr haqqında ictimaiyyətə məlumat verən Gallup-un Ermənistan üzrə tərəfdaş şirkətinin direktoru Aram Navasardyan bildirib ki, qeyd edilən ictimai rəy sorğusu 25 noyabr – 2 dekabr tarixlərində ümumrespublika üzrə aparılmaqla Ermənistanın bütün şəhərlərini əhatə etmişdir. Ümumilikdə, 1002 nəfər ilə telefon sorğusu formasında aparılmış tədqiqatda respondetlər aşağıdakı suallar üzrə məsələlərə münasibət bildirmişlər:
• Sizcə, Artsakdakı 44 günlük müharibədən əvvəlki dövrlə müqayisədə Ermənistan bu gün xarici hücumlardan qorunmaq baxımından daha çox təhlükəsizlikdədirmi?
• Ermənistanın təhlükəsizliyini hansı ölkə və ya ölkələr təhdid edir?
• Hal-hazırda Ermənistanda erkən parlament seçkilərinin keçirilməsinə ehtiyac olduğunu düşünürsünüzmü?
• Ermənistanın yenidən qismən prezidentli hökumət idarəetmə sisteminə geri dönməsini və ya hazırki parlamentli hökumət sistemində qalmasını məqbul hesab edirsiniz?
• Nikol Paşinyan böhrandan çıxış yolu kimi 6 aylıq yol xəritəsini açıqladı. Bu yol xəritəsilə tanışsınızmı?
• Üçtərəfli birgə Bəyanatın imzalanmasından sonra ölkədə müxalif seqmentin bir qismi və cəmiyyət üzvləri Nikol Paşinyanın istefasını tələb edir. Bununla bağlı düşüncəniz necədir?

 

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI