logo
AZ

Günün nəbzi

Ermənistan beynəlxalq humanitar hüququn prinsiplərini və müharibə adətlərini kobud surətdə pozmaqda davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən Azərbaycan-İran münasibətləri barədə fikirlər söyləməklə yanaşı Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi və bunun nəticəsində torpaqlarımızın 20 faizinin işğal altına düşməsini də qeyd edərək bildirib ki, “Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir[1]”.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi təcavüzkar Ermənistan yalnız Azərbaycan ərazilərini işğal etməklə kifayətlənməyib, həm də işğal zamanı və sonrakı dövrlərdə beynəlxal cinayətlər qrupuna aid olan bütün cinayətləri törədib və bu cinayətlər bu gün də davam etməkdədir.

 

Ermənistan öz cinayətkar əməllərini törədərkən beynəlxalq hüququn bütün prinsiplərini pozur və tərəfdar çıxdığı beynəlxalq razılaşmalara məhəl qoymur.

 

Ermənistan Respublikasının ərazisində və hazırda işğal altında saxladığı Azərbaycan ərazilərində mövcud olmuş  başqa xalqlara, mədəniyyətlərə və dinlərə aid abidələri məhv etməsi, bir qisminin isə konstruktiv dəyişiklik edilməklə süni yolla  erməni xalqına, mədəniyyətinə və Qriqoryan kilsəsinə aid edilməsi Ermənistanın da tərəfdar olduğu “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında” BMT Paktın 15-ci maddəsinin kobud surətdə pozulmasıdır. Paktla yanaşı Ermənistan   həmçinin:

"Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının,

"Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına,

"Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasının,

Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair” Konvensiyanın (20 oktyabr 2005-ci il UNESCO),

“Avropanın memarlıq irsinin qorunması haqqında” Konvensiyanın (3 oktyabr 1985)

əsas prinsiplərini  ciddi şəkildə pozur.

 

Ermənstan Respublikası işğal etdiyi Azərbaycan Respublikası ərazilərdə də mədəni obeyktlərin və digər tikililərin mühafizəsini nəinki təmin etməyib, əksinə silahlı münaqişə dövründə və hazırda bu abidələri məhv etməkdə və ya konstruktiv dəyişiklik etməklə erməni mədəni abidəsinə çevirməkdədir. Bu isə həmçinin "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının tələblərinə ziddir. Həmin konvensiyanın 5-ci maddəsinin birinci hissəsində göstərilir ki “Razılığa gəlmiş Yüksək Tərəf digər Razılığa Gəlmiş Yüksək Tərəfin ərazisini tam və ya qismən işğal edibsə o zaman imkan daxilində mədəni dəyərlərin mühafizəsi və saxlanılması üçün işğal edilmiş ərazilərin milli hakimiyyətlərinin səylərini dəstəkləməyə borcudur”[2]

 

Lakin Ermənistan Respublikası işğal etdiyi və yaratdığı oyuncaq rejim vasitəsi ilə idarəçiliyi həyata keçirdiyi Azərbaycan ərazilərində də Azərbaycan xalqına məxsus mədəni, tarixi, dini abidələri məhv etməkdə davam edir.

 

Ermənistanda həyata keçirilən siyasət hazırda Ermənistan Respublikasının ərazisi kimi qəbul edilmiş ərazilərdə əvvəllərdə, xüsusən də qədim dövrlərdə başqa xalqların yaşamadığını sübut etməkdir. Bu məqsədlə istənilən tarixi və qədim mədəni abidələr, dini obyektlər ya məhv edilir, ya da erməni-xristian mədəniyyətinə aid edilmək üçün konstruktiv dəyişikliklərə məruz qalır.

 

1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyalarına əlavə olunan protokollara əsasən  müharibə zonalarında ətraf mühitə qəsdən vurulan zərərin, o cümlədən əhalinin təminatına yönələn su mənbələrinin, suvarma sistemlərinin sıradan çıxarılması, əhalinin ərazq təminatınıa xələl gətirən və təbiətə (yaşıllıqlara, əkin sahələrinə) ziyan vuran hərəkətlə beynəlxalq humanitar hüququn prinsiplərini pozur. 12 avqust 1949-cu il tarixində qəbul olunmuş Cenevrə Konvensiyasına əlavə olunan 2-ci Protokolun (8 iyun 1977-ci il tarixində qəbul olunub) 14-cü maddəsinə görəMülki əhali arasında aclığı tətbiq etmək hərbi əməliyyatlar aparmağın metodu kimi qadağan olunur.Buna görə də mülki əhalinin yaşaması üçün zəruri olan əhali üçün ərzaq istehsal edən rayonlara, ərazaq ehtiyatları olan yerlərə, əkin sahələrinə, maldarlıq sahələrinə, suvarma sistemlərinə və su ehtiyatı olan yerlərə aid olan  mülki obyektlərə hücum etmək, məhv etmək, daşımaq və ya yarasız vəziyyətə salama qadağan olunur”[3].

 

12 avqust 1949-cu il tarixində qəbul olunmuş Cenevrə Konvensiyasına əlavə olunan 1-ci Protokolunun 55-ci maddəsi “Təbii mühitin mühafizəsi” adlanır. Həmin maddədə göstərilir ki, “Hərbi əməliyyatlar aparılarkən təbii mühitə geniş,uzunmüddətli və ciddi zərərin dəyməsi halnıdan müdafiənin təmin olunması  ilə bağlı məslələrə ortaya çıxır.  Belə müdafiə tədbirləri təbiətə ziyan vurmaq  məqsədi güdən, həmçinin belə metod və vasitələrin tətbiqinin ətraf mühitə zərər vurmasını, əhalinin yaşamasına və sağlamlığına ziyanlı olması gözlənilən metodların və müharibə aparmaq vasitələrinin, qadağan olunmasınıda əhatə edir. Cavab tədbiri olaraq ətraf mühitə ziyan vurulması qadağan olunur”[4].

 

Təcavüzkar Ermənistan beynəlxalq humanitar hüququn daha bir prinsipini kobud surətdə pozaraq Azərbaycana qarşı müharibədə su və su mənbələrindən müharibə aparma vasitəsi kimi istifadə edir və bununla da cəbhə xətti zonasında yaşayan mülki əhaliyə qarşı hərbi cinayət törətməkdə davam edir.

 

Qarabağ zonasının düzən hissəsinin əsas su təminatının mənbələri, o cümlədən Sərsəng su anbarı işğal altında olan ərazilərdə yerləşir. İşğalçı Ermənstan bu su mənbələrindən müharibə vasitəsi kimi istifadə etməklə mülki əhalini məhrumiyyətlərə düçar edir. Onların işməli suya, o cümlədən əkin sahələrinin suvarilması üçün nəzərdə tutulan suya olan ehtiyacına məhdudiyyət qoyur.

 

“Sudan sitifadə hüququna dair” Qlobal Çərçivə Konvensiyasının 11-ci maddəsi “Silahlı münaqişələr zamanı sudan istifadə hüququ adlanır” Həmin maddədə göstərilir ki, “1.İşğalçı dövlət tərəfindən sıxışdırılan icmaların sudan istifadə hüququ silahlı mühaqişələrə dair müvafiq beynəlxalq normaların prinsiplərinə  uyğun tənzimlənəcəkdir.2. Beynəlxalq və beynəlxalq olmayan münaqişələr zamanı sudan istifadə hüququ pozulmayacaqdır.3. Su müahribənin məqsədləri üçün və müharibə vasitəsi kimi istifadə olunmayacaqdır. Bu qaydaların istənilən şəkildə pozulması insanlığa qarşı cinayət kimi qiymətləndiriləcəkdir”[5].

 

Bu konvensiyanın müvafiq müddalarına istinad edərək Avropa Şurasının Parlament Assambleyası 26 yanvar 2016-cı il tarixində “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edilmişdir[6].

 

Qətnamədə Ermənistan tərəfindən işğal olunmuş ərazilərlə təmas sahələrdə yerləşən əhalinin qəsədən su mənbələrindən istifadəsinə yaradılan məhdudiyyətə pislənilir.

 

Qətnamədə vacib humanitar problem nəzərə alınaraq, Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edilib.

 

Ölkə Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının səfirinin etmimadnaməsini qəbul edərkən Ermənistanın qeyri-humanist, əzazil siyasətinin və fəaliyyətinin dini dəyərlərə, o cümlədən İslam dini dəyərlərinə zidd olmasını xüsusi olaraq qabartmışdır.

 

Cənab İlham Əliyev qeyd etmişdir ki “Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır[7]”.

 

İslam dünyası Azərbaycan ərazilərinin işğal etməklə yanaşı, həm də İslam abidələrini, dini məbədləri məhv edən və İslam dəyərlərinə hörmət etməyən Ermənistana nəinki yardım etməməlidir, həm də bu dövlətin dini və insani dəyərlərə qarşı vandal siyasətinə qarşı mübarizədə həmrəy olmalıdır.

 

Sahib Məmmədov

 

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI