Günün nəbzi

Ermənilərin həyəcan təbili və Ağdərədəki süqut

Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı müddətdə tarixi abidələrimizi istismar etməyi və saxta erməniləşdirmə cəhdləri də fiaskoya uğrayıb.

 

Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv ediblər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 6 yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.

 

İşğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. 

 

Ermənistan planetin mühafizəsində duran 300-dən çox beynəlxalq konvensiyanın bir çox müddəalarını pozub. Təəssüf ki, dünya ictimaiyyəti ermənilərin ölkəmizin təbiətinin başına gətirdiyi bəlalara biganə münasibət göstərir. İndi isə torpaqlarımız işğaldan azad edilib artıq, dövlətimiz bu mədəniyyət vandallarına qarşı məhkəmə iddiaları qaldıracaq.

 

Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir.

 

Qarabağda təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları vandallar tərəfindən uzun illər qəsbə məruz qalıb. Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz saxtalaşdırılıb.

 

Yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənən rus alimlərindən akademik İ.İ.Meşşaninov, A.İ.İessen, V.P.Lyubin, alman tədqiqatçılarından E.Resler, Y.İ.Qummel, hətta erməni tarixçiləri K.X.Kuşnareva və O.A.Danielyan da Azərbaycan xalqının maddi irsi kimi dəyərləndirilən bu tarixi abidələrin ermənilərin vandallıq siyasəti nəticəsində məhv edilərək sıradan çıxarıldığını dönə-dönə vurğulayıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-i məscid, 144-ü məbəd,192-i ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub.

 

İndi erməni mediasında vandallıq imkanlarının tükənməsi ilə bağlı həyəcan təbili çalırlar. Eyni zamanda təbii sərvətlərimizin qəsbini də davam etdirən Ermənistan bu günə qədər dünya birliyinin tənələrini də qulaq ardına vururdu.

 

 

Erməni mediası uzun illərdir işğal etdikləri ərazilərdə qanunsuz istismar etdikləri 15 metal mədənindən 13-nü artıq itrdiklərini həyəcanla yazırlar: “Base Metals Company” adlı illeqal qurum ciddi bir problemlə üzləşib. ARF İqtisadi Tədqiqatlar Ofisinin rəhbəri, iqtisadçı Suren Parsyan bu barədə NEWS.am-a məlumat verib.

 

Məsələ burasındadır ki, şirkət istehsal fəaliyyəti üçün lazımlı suyu Ağdərə bölgəsindəki Nor Marağa kəndindən alıb və bu kənd 6 digər kəndlə müqavilə əsasında Azərbaycana təhvil verilib.

 

Parsyanın sözlərinə görə, şirkət nasos stansiyalarını kənddən çıxarıb, lakin hazırda alternativ su mənbəyi yoxdur. Bu şirkət Ermənistan ixracatının böyük hissəsini təmin edirdi və 1000-dən çox qanunsuz işçi çalışdırırdı.

 

Beləliklə, biz gün keçdikcə Ermənistandakı məğlubiyyətin daha böyük nəticələrini müşahidə edirik. İşğalçılığın sonu tənəzzüldür.

 

Tural İsmayılov

PAYLAŞ

Oxşarlar

2021-ci ilin mənəvi planı – özümüzü necə yaxşılaşdıraq?

2021-ci ilin mənəvi planı – özümüzü necə yaxşılaşdıraq?

19 Yanvar 2021

Yeni ildə bir çox insanlar həyatlarında yeni qərarlar alırlar. Bunlardan ən çox yayılanları daha çox idman etmək, sağlam qidalanmaq, pul yığ… ƏTRAFLI

"Gözəlliyin imanı yoxdur"- Aqşin Yenisey deyir ki...

28 Dekabr 2020

STM-in baş məsləhətçisi Tural İsmayılov şair Aqşin Yeniseylə sənət və elmə dair müzakirə aparıb. Həmin söhbəti təqdim edirik:  … ƏTRAFLI

İlham Əliyevin Qubadlı səfəri

İlham Əliyevin Qubadlı səfəri

24 Dekabr 2020

Ölkə başçısının Qubadlı səfərindən bu üç şəkil diqqətimi daha çox çəkdi...       … ƏTRAFLI