logo
AZ

Günün nəbzi

“Ermənilər tərəfindən soyqırım törədilməsi barədə bildirilir”… (Təcümə)

Aşağıdakı “The New York Times”-ın 1996-cı ildə onlayn nəşrə keçilməsindən öncəki çap nəşri olan arxiv məqaləsinin rəqəmsal versiyasıdır.


 

“The New York Times” bu materialların əsillərinin olduğu kimi saxlanılması üçün mətnlərin məzmununu yeniləmir. Onlayn versiyaya çevrilmə prosesində texniki olaraq hər hansı transkripsiya və ya digər xətalar baş verməsi mümkün haldır, materialların arxiv versiyalarının təkmilləşdirilməsi üzrə “The New York Times” davamlı olaraq fəaliyyət göstərir.

 

Bu gün Dağlıq Qarabağda erməni silahlıları tərəfindən mülki əhaliyə qarşı qırğın törədilməsi faktı barədə sübutlar meydana çıxıb. Azərbaycan tərəfinin informasiya agentliyi olan Azerinform azərbaycanlıların yaşadığı Şuşa şəhərinin bazar günü gecə yenidən ermənilər tərəfindən bomba atəşinə məruz qalması barədə bildirib. Məlumata əsasən, bu gün səhər Vencəli yaşayış məntəqəsində də baş vermiş digər bir hücumda insanlar yaralanıb.

 

Ermənistan Respublikası rəhbərliyi öz hərbçilərinin keçən həftə Xocalı şəhərində min nəfər əhalini qətlə yetirməsi, o cümlədən, qanlı qırğından qaçan kişilər, qadınlar və uşaqlara qarşı qarla örtülmüş dağ keçidlərində soyqırım törətməsi barədə təkziblərə davam edir. Lakin əraziyə səpələnmiş cəsədlər Azərbaycan tərəfi mənbələrinin məlumatlarını daha etibarlı edir. Cəsədlərin baş dərilərinin üzülməsi faktı barədə də məlumatlar mövcuddur.

 

Əraziyə helikopterlə çatan azərbaycanlı rəsmilər və jurnalistlər başlarının arxa hissəsi itirilmiş (parçalanmış) 3 uşağın meyitini gətiriblər. Onlar ermənilər tərəfindən aramsız davam edən atəşin daha çox cəsədlərin tapılaraq gətirilməsinin qarşısını aldığını bildiriblər. “Qadınlar və uşaqların baş dəriləri soyulub” deyə Dağlıq Qarabağın Azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov məlumat verib. O, həmçinin, meyitləri toplamağa başlayarkən atəşə məruz qaldıqlarını da qeyd edib.

 

 

Ağdamda milis rəhbəri Rəşid Məmmədov bildirib: “Ölü bədənlər yerlərə sərilmişdi. Bu, hətta faşistlər tərəfindən törədilən vəhşilikdən də ağır idi”.

 

“Reuters” agentliyinin fotoqrafı Frederik Lenqanye xəbər verib ki, o, Dağlıq Qarabağın ətəklərində yerləşən Ağdam yaxınlığında içərisi azərbaycanlı cəsədləri ilə dolu iki yük maşınının keçdiyinə şahid olub. “Birinci maşında mən 35 cəsəd saydım, digərində də təxmini olaraq həmin sayda ölü var idi” – deyə, o bildirib. Həmçinin, qeyd edib ki, cəsədlərin bəzilərinin başları qoparılmış, digərləri isə yandırılmış halda idi. Onların hamısı kişi cəsədləri olub, bəzilərinin əynində xaki rəngdə uniforma mövcud idi.

 

Müharibənin tərəfi olan etnik qrupların münaqişəsində ayırıcı rola malik olduğu bildirilən 366-cı Motorlu Piyada alayının qüvvələrini geri çəkməyə başladığı barədə "İtar-Tass" agentliyi məlumat yayıb. Onların məlumatına əsasən, tərəflər buna müdaxilə üçün cəhd göstərməyiblər.

 

 

Dağlıq Qarabağda davam edən döyüşlərdə dörd ili ərzində 1500-2000-nə yaxın insan həlak olub. Keçən həftəki döyüş isə indiyədək baş verənlərin ən şiddətlisi idi.

 

Etnik zorakılıq və iqtisadi böhran keçmiş Sovet respublikaları tərəfindən yaradılmış Müstəqil Dövətlər Birliyinə hazırki dövrdə təhdid yaradır. 


 

    Tərcümə:

Aytən Babayeva

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI