logo
AZ

Günün nəbzi

Erməni radikalizminin hiyləgər üzü- "ANCA"

 Erməni lobbi fəaliyyəti tarixin bir çox dövrlərində birbaşa terrorla birlikdə xarakterizə olunub. Erməni diaspor təşkilatları terrorizmin müxtəlif formalarını öz fəaliyyətlərində ehtiva edib.

 

Amerika Erməniləri Milli Komitəsi (ANCA) erməni lobbisinin ən böyük siyasi təşkilatıdır. Bu lobbi erməni diasporunun, Ermənistanın və Dağlıq Qarabağ separatçılarının maraqlarını qo­ru­maqla məşğuldur. Amerikanın, eləcə də, Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir, AEMK Daşnaksütun partiyası ilə sıx əlaqələrə malikdir. Başqa erməni təşkilatları ilə birgə “erməni soyqırımı”nın tanınması məqsədi ilə kampaniyalar təşkil edir və digər lobbiçilik fəaliyyəti ilə məşğul olur.

 

1999-cu ildə komitənin sədri Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah sursat saxlamağına görə ABŞ hüquq mühafizə orqanları tərəfindən həbs olunub. 

 

                                                                                    Yaranma tarixi

 

            

ANCA Birinci Dünya Müharibəsindən sonra keçmiş konsul Vahan Kardaşyan  tərəfindən qurulan Müstəqil Ermənistanın Amerika Komitəsinin (ACIA) bir qoludur. 

 

 Mərkəzi Nyu York ştatında  yerləşirdi və 13 ştatda 23 regional ofisi var idi.

           

Tədricən bu ofislər Amerika Erməniləri Milli Komitəsinə çevrildikdən sonra  fəaliyyətini genişləndirərək, qondarma erməni soyqırımı və erməni milli istəkləri daxil olmaqla yerli icmaları erməni məsələləri ilə tanış etmək üçün ictimaiyyətlə əlaqələr qurub. Erməni diasporunun siyasi fəaliyyətlərinin vacib mərhələlərindən biri də, 1970–1980-ci illərdə erməni millətçilərinin terror fəaliyyətlərini maliyyələşdirməkdən və ona bəraət qazandırmaqdan ibarət idi. Bu terrorçuların məqsədi uydurma erməni soyqırımının Türkiyə və dünya birliyi tərəfindən tanınmasına nail olmaq idi.

           

Daşnaksütun sıx bağlı olan iki qrup ASALA və Erməni inqilab ordusu türk diplomatlarına sui-qəsdlər hazırlayır, partlayışlar törədirdi.

 

Sadalanan üsullardan savayı ermənilər Vaşinqtonda təsir qrupları da yaratmağa nail olurdular. Daşnaksütun özünün ilk lobbiçi qrupu kimi Müstəqil Ermənistan üçün Amerika Komitəsini (American Committee for the Independence of Armenia — ACIA) hesab edir, bu komitə 1918-ci ildə yaradılıb.

             

1972-ci ildə diasporanın Daşnaksütuna qarşı çıxan üzvləri "Amerikanın Erməni Assambleyası"nı (Armenian Assembly of America — AAA) təsis ediblər. Bu məqsədlə diasporanın imkanlı nümayəndələrinin maliyyəsi də cəlb edilir. Assambleyanın təsisçiləri Corc Vaşinqton Universitetinin erməni əsilli iki professoru hesab edilir, bunlar Stiven Muqar (Stephen Mugar) və Hirayir Hovanyandır (Hirair Hovnanian). Hal hazırda "Amerika Erməniləri Milli Komitəsi" və "Amerikanın Erməni Assambleyası" ayrı-ayrılıqda fəaliyyət göstərir. 

 

Erməni lobbisinin əsas məqsədləri:

 

  1. Qondarma "erməni soyqırımı"nı tanıtmaq

2.  Erməni diasporunun siyasi proseslərdə iştirakını təmin etmək
3. ABŞ-Ermənistan əlaqələrinin gücləndirilməsi
4. Ermənistan və Dağlıq Qarabağ separatçılarına dəstək əldə etmək
5. Erməni diasporasının maraqlarına uyğun olaraq ABŞ – ın xarici siyasətinə təsir etmək

 

 Qarabağ münaqişəsində erməni lobbisi

 

Erməni lobbisinin səyləri nəticəsində ABŞ ictimaiyyəti yalnız ermənilərin nəzər nöqtəsini əks etdirən məlumatlar alırdı. Erməni diasporu və lobbistləri 1990–cı illərin əvvəllərində Qərb ölkələrində Azərbaycanı təcavüzkar kimi təqdim etməkdə uğur qazana bilmişdi, bu zaman Azərbaycan informasiya blokadasında idi.

 

 

ABŞ Ermənistanı 1991–ci ilin dekabrında, Azərbaycanı isə 1992–ci ilin fevralında rəsmən tanıdı. Erməni lobbisinin əsas vəzifələrindən biri qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasına və ona yardım göstərilməsinə nail olmaq idi. 1990–1994-cü illər ərzində ABŞ-dakı erməni diasporu Qarabağda gedən işğalçı müharibəni maliyyələşdirmək üçün on milyonlarla dollar vəsait toplayıb Ermənistana yollayır, bundan əlavə, Daşnaksütun və AEMK müharibə üçün muzdluların və könüllülərin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə çatdırmaqla, habelə erməni ordusu və silahlı birləşmələri üçün silah və sursat alınması və regiona çatdırılması ilə də məşğul olurdu. 

 

ANCA müxtəlif sfəaliyyət sahələrində fəaliyyət göstərir, bunlara daxildir:

 

- Ermənistanın təhlükəsiz, firavan və demokratik bir dövlət kimi qəbullandırmaq cəhdləri,

 

- Seçilmiş məmurlara Amerika erməniləri məsələləri barədə məlumat vermək və federal, əyalət və yerli səviyyələrdə ABŞ seçki prosesində iştiraka cəhd,

 

- Konqres ifadələrinin, mövqe sənədlərinin, press-relizlərin, məlumat vərəqələrinin və regional bülletenlərin nəşri.

 

Bütövlükdə erməni lobbizmi dağıdıcılığı, faşizmi, ifrat millətçiliyi özündə əks etdirən təhlükəli prosesin digər adıdır.


 

    Hazırladı:

Afaq Məmmədova

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI