Günün nəbzi

"Əhalinin tam 91 faizi..."

Pandemiya dövrünün çətinlikləri ilə bağlı dünyada bir sıra tədqiqatlar aparıldı. Bu tədqiqatlar yalnızca əhalinin hazırlıq səviyyəsini deyil, həm də insanların psixoloji hazırlıq durumlarını öyrənmək üçün mühüm rol oynadı. Bu dövrdə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları da iki sorğu keçirdi.

 

https://stm.az/publications/azerbaycan-barometri-jurnal

https://stm.az/publications/inam-indeksi-jurnal

 

Ölkə mediasının gündəminə çevrilən sorğularımızda həm pandemiya şəraitində insanların situasiyaya hazırlıq səviyyələrini öyrənmiş olduq, həm də “İnam İneksi” sorğumuzla ölkə başçısının reytinqinin sorğusunu apardıq. Aparılan sorğular göstərdi ki, Azərbaycan haqqında dünyada mövcud olan pozitiv rəylər icimai fikirlə həmahəngdir. Azərbaycan xalqı öz dövlətinə və onun atdığı addımlara inanır. Dövlətin gördüyü tədbirlərin pandemiyanın bəlaya çevrilməsinə əngəl olduğu bəlli oldu.

 

Bu dövrdə dünyada da bir çox sosioloji sorğular həyata keçirildi. Son olaraq, qardaş ölkə Türkiyədə belə maraqlı sorğulardan biri həyata keçirildi.

 

“Girişim Araşdırma” tərəfindən 1689 respondent ilə sorğu həyata keçirilib.

 

Şirkətin “Koronavirus və Cəmiyyətimizdəki Təsirləri- may 2020” hesabatı açıqlanıb.

 

"Covid-19 epidemiyasının həyatınıza təsiri nələrdir" sualına aşağıdakı cavablar gəlib:

 

Sosial çevrəmdən uzaqlaşmalı oldum: 67.3%

 

Psixologiyam pozulub: 39.6%

 

Ailəmlə daha yaxından tanış olmaq imkanım oldu: 37.9%

 

Özümə daha çox vaxt ayırdım: 24.2%

 

İşimi itirdim: 16.05%

 

Səhhətimə təsir etdi: 11.7%

 

Təsiri yoxdur: 7.6%

 

Digər: 1.3%

 

 

Tədqiqatdakı ən maraqlı suallardan biri əhalinin gəlirləri ilə bağlı olub.

 

"Covid-19-dan sonra gəlir səviyyənizdə dəyişiklik olubmu? " sualına cavablar belə olub:

 

Gəlirimdə dəyişiklik yoxdur: 43.5%

 

Aylıq gəlirim azaldı: 53.1%

 

Gəlirim artdı: 3.4%

 

"Koronavirus xəbərlərini harada izləyirsiniz?" sualını cavablandıran respondentlər ümumiyyətlə "" mən koronavirus xəbərlərindən bezdim "ifadəsi ilə nə dərəcədə razısınız" sualına neytral cavab veriblər:

 

Tam razıyam: 11.8%

 

Razıyam: 33.8%

 

Nə razıyam, nə də razı deyiləm: 32.3%

 

Razı deyiləm: 15.9%

 

Tam razı deyiləm: 6.3%

 

 

Koronavirusa qarşı mübarizə üçün maska taxmağın labüdlüyünə inananlar isə 90 faizin üzərindədir.

 

“Necə tədbir görürsən” sualına isə cavablar belə olub:

 

Maska taxıram: 91.8%

 

Dezinfeksiyaedici / Odekolon istifadə edirəm: 80.8%

 

Evdə qalma: 54.8%

 

Çıxmağım lazım olduqda əlcək geyinirəm: 42.5%

 

Əllərimi tez-tez yuyuram: 52.3%

 

Sağlam yeyirəm: 30.0%

 

Üzlə təmasdan qaçıram: 11,9%

 

Fiziki təmasdan qaçıram: 7.4%

 

Vitamin əlavələri alıram: 5.4%

 

Mənim üçün sorğunun ən önəmli suallarından biri də pandemiyanın gələcəyi ilə bağlıdır. Belə ki əhalinin pandemiyanın təsir etdiyi gündəlik həyatları ilə bağlı gözləntiləri də medianın yaydığı xəbərlərin dinamizmi ilə həmahəngdir.

 

“Gündəlik həyatınızın nə vaxt normala dönəcəyinə  inanırsınız” sualına cavablar belə olub:

 

Altı aydan çox: 37.8%

 

1-3 ay ərzində: 23.4%

 

3-6 ay ərzində: 23,2%

 

1 ay ərzində: 8.2%

 

Heç vaxt: 7%

 

Ümumiyyətlə, pandemiya və qlobal təhdidlər qarşısında keçirilən rəy sorğuları insanların nəbzini ölçməklə yanaşı, xalqların ümumi yanaşmasını da ortaya çıxarır. Bu baxımdan hər bir tarixi şəraitdə beyin mərkəzləri və tədqiqatçıların böyük əməkləri  mütləq lazım olur.

 

 

                           Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq

PAYLAŞ

Oxşarlar

Cinayətkarlıq və qanunsuzluğun dünyadakı real mənzərəsi

Cinayətkarlıq və qanunsuzluğun dünyadakı real mənzərəsi

22 May 2020

Mövcud hüquq qanun və qaydaları pozan, ictimai baxımdan təhlükəli hərəkət və ya suça cinayət deyilir. Azərbaycan Respublikası Cinayət Məc… ƏTRAFLI

Yeni düzənin Qarabağ diqtəsi: Proseslərin ikinci dalğası nə vəd edir?

Yeni düzənin Qarabağ diqtəsi: Proseslərin ikinci dalğası nə vəd edir?

14 May 2020

Bütün münaqişəli problemlərə çıxışın birbaşa beynəlxlaq dialoq məkanından izolyasiya ilə məhdudlaşdığı bir ərəfədə sanki Qarabağ… ƏTRAFLI

“Dro” çirkabına qarşı 9 may təntənəsi

“Dro” çirkabına qarşı 9 may təntənəsi

08 May 2020

  Ekzistensialist idealizmin ən sevdiyim nümayəndəsi olan Martin Haydegger dəyər psixologiyasını ierarxik formada izah edir.   O qeyd ed… ƏTRAFLI