logo
AZ

Günün nəbzi

Dünyada hər beş yeniyetmədən dördü qeyri-aktiv hərəkət şəraitində böyüyür...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdar edir ki, 11-17 yaş arası müasir yeniyetmələr gündəlik zəruri fiziki aktivlikdən uzaqlaşaraq oturaq həyat tərzinə üstünlük verirlər. Uşaqlar isə daha çox idman oyunlarını komputer oyunları ilə vaxt keçirilməsi ilə əvəzləyirlər.

 

Bütün dünyada yeniyetmələr hazırda olduqca az hərəkətlilik nümayiş etdirirlər; xüsusilə, bu problem yalnızca 15%-lə gündəlik lazımi fiziki aktivlik səviyyəsi göstərən qızları daha çox təsirə məruz qoyur. “The Lancet” elmi jurnalında dərc olunan və ÜST tərəfindən aparılmış araşdırmaya əsasən dünyada indi hər beş yeniyetmədən dördü gündəlik gərəyindən az hərəkətlə məşğul olmaqla passiv həyat tərzi mənimsəyir.

 

 

ÜST-ün statistika və hesabatı 146 ölkədə aparılmış 11-17 yaş aralığında olan qrupu əhatə edən 1.6 milyon məktəbli arasında keçirilmiş sorğuların nəticələrinə əsaslanaraq təqdim edilir. Həmin tədqiqata əsasən Almaniyada oğlanların 79,7 %-i, qızların isə 87,9 %-i az hərəkətlilik şəraitində inkişaf edir. Araşdırmada yeniyetmələrin bu cür davranış nümayiş etdirmələrinin dəqiq səbəbləri göstərilməsə də, elm adamlarının fikrincə, yeniyetmələrin “hərəkətlilik stereotipləri”nin dəyişməsinə daha çox “texnoloji inqilab” səbəb olur. Nəticədə, onlar daha az hərəkətli və ya oturaq həyat tərzinə meyilli olurlar.

 

Bundan əlavə, bəzi ölkələrdə təhlükəsizlik vəziyyəti və şəraiti ilə əlaqədar yeniyetmələrin ümumi davranışlarında, həmçinin hərəkətliliyində ciddi təsirlər özünü göstərir. “Küçədə fəal olmağın getdikcə daha təhlükəli olduğu yerlərdə, əgər çöldə təhlükəsiz şəraitdə dolaşmaq mümkün deyilsə və təhlükəsizlik təmin olunmursa, orada məktəblilər piyada məktəbə getmək və ya velosiped sürmək kimi imkanlardan məhrum olurlar” – araşdırmanın aparılmasında iştirak edən Laian Rayli belə qeyd edir.

 

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən 5 yaşdan 17 yaşadək olan uşaqlar və yeniyetmələr gündəlik ən azı 60 dəqiqə olmaqla aktiv hərəkətlilik vəziyyətində olmalıdırlar. Daha çox hərəkətlilik isə sağlamlıq üçün daha da xeyirlidir. Böyüklərə gəldikdə, 18-64 yaş arası insanlar həftəlik ən azı 150 dəqiqə aktiv hərəkətdə qalmalı və ya alternativ olaraq ən az 75 dəqiqə idmanla məşğul olmalıdırlar.

 

     Tərcümə:

Aytən Babayeva

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI