logo
AZ

Günün nəbzi

COVID-19 virusu necə yarandı? Lap əvvəldən indiyə qədər

Çinin Uhan şəhərində koronavirusun yaranması, ABŞ və Çin arasındakı gərginliyi daha da artırdı. 1985-ci ildə Sovet İttifaqının, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini QİÇS-in yayılmasında təqsirkar hesab etdiyi vaxtdan etibarən hər iki tərəf ən kəskin ittihamları ortaya qoydular.

 

ABŞ kəşfiyyat rəsmiləri bu yoluxucu xəstəliyinin səhvən yayıldığını düşünmürlər. Hal-hazırda dünyanı cənginə alan virusun əvvəllər, bazarda satılan yarasa və onu yeyən insan vasitəsiləsi yayıldığı ehtimallar arasında idi. Lakin, elm adamları Uhandakı bir tədqiqat laboratoriyasında baş verən qəzanın, elmi araşdırma üçün toplanmış ölümcül yarasa virusunun yayıla biləcəyini də  istisna etmirlər.

 

Keçən ay ABŞ prezident Tramp və dövlət katibi Mayk Pompeo ilk dəfə koronavirusu “Çin virusu” və “Uhan virusu” adlandırdılar. Hətta, martın 12-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü tvitterdə belə yazırdı: “Uhana epidemiyanı gətirən elə  ABŞ ordusudur”. Maraqlısı isə odur ki, diplomat,  ötən ilin oktyabrında Uhanda Hərbiçilərin  Dünya  Oyunları iştirak zamanı ABŞ ordusunun virus yaydığı haqda olan məqaləni retvitləyib. Martın 22-də Çinin ABŞ-dakı səfiri- Cui Tiankai müsahibəsində bu sayişələri əsassız adlandırıb.

 

Dövlət Departamentinin sözçüsü hər iki ölkə başçısının 27 Martdakı telefon bağlantısı zamanı  kooperativ danışıqlara diqqət yetirməklə bağlı qarşılıqlı razılaşdığını qeyd edib. Əslində, ABŞ kəşfiyyatçıları laboratoriyada koronavirusun potensial kimyəvi silah kimi yaradılmasına dair heç bir sübut aşkar etməyiblər. Bütün elmi araşdırmalar virusu insanlar tərəfindən hazırlandığı və yarasalardan meydana gəldiyini göstərir.

 

Bəs virusun əsas mənbəyi nədir? Bu tibbi sirri tapmaq gələcək pandemiyaların qarşısını almaq üçün vacibdir. Bizim isə hələlik bildiyimiz mənbə Uhandakı Dəniz Məhsulları satılan bazardır. Belə ki, araşdırmalara əsasən, bu bazarda yarasa satılmırdı ,lakin yarasa ilə təmasda olan digər heyvanlar açıq satışda idi. “The Lancet” jurnalının yanvarda apardığı tədqiqatlarda COVID-19-un dəniz məhsulları satılan bazarla əlaqəsi olmadığını yazılıb.  Çaşqınlıq yaradan digər bir məqam isə Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Uhan filialının bu bazarın təxmini 300 metr məsafəsində yerləşməsidir. Həmin müəssisənin və yaxınlıqdakı Uhan Virologiya İnstitunun tədqiqatçılar gələcək xəstəliklərin qarşısını almaq məqsədilə Çin ətrafından yarasa koronaviruslarının toplaması haqqında məqalələr var. Yoxsa bu nümunələrdən biri yanlışlıqlamı sızıb?

 

Rutgers Universitetinin mikrobioloq və bioloji təhlükəsizlik mütəxəssisi Riçard Ebrayt isə virusun təbii yolla yarasadan insana keçdiyini qeyd edib.  Lakin, Ebrayt laboratoriya işçisinin etdiyi qəza nəticəsində baş verə biləcəyini də istisna etmir. O həmçinin Uhan Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin işçilərin yarasa virusları topladıqlarını göstərən videoların  olduğunu söyləyib. 2017 və 2019-cu illər arasında Çindəki məqalələrin birində belə qeyd edilir: “Tədqiqatçılar mağarada yarasa tutarkən qoruyucu profilaktik tədbirlər görməyi unutmuşdular və nəticədə yarasa sidiyi yağış kimi onlardan birinin başının üzərinə damcılayırdı”. Çin Texniki Universitetinin nümayəndələri Botoa Xiao və Lei Xiao “ResearchGate”-ə müsahibəsində  bunun laboratoriya şəraitində yarana bildiyini təsdiq edib. Botoa Xiao daha sonra “Wall Street Journal”-a verdiyi açıqlamada bütün bunların sübuta yetirilmədiyini deyib.

 

Əlbəttə, qəzalar laboratoriyada  və ya digər bir şəraitdə baş verə bilər. Hal-hazırda COVID-19-u necə başladığını araşdırmaq çox vacibdir və bu böhranda Çin və ABŞ-ın əməkdaşlıq etməsi, virusun qarşısının alınması hər iki tərəfin xeyrinədir.

 

Tərcümə etdi: Afaq Məmmədova

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI