Günün nəbzi

Cinayətkarlıq və qanunsuzluğun dünyadakı real mənzərəsi

Mövcud hüquq qanun və qaydaları pozan, ictimai baxımdan təhlükəli hərəkət və ya suça cinayət deyilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi Maddə 14.1.-də qeyd edildiyi kimi: Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.

 

Əminliklə söyləmək olar ki, hazırki günümüzdə cinayət hadisəsi baş verməyən ölkəyə rast gəlmək mümkün deyil. Düzdür, müəyyən coğrafi, etnik, ideoloji və s. amillər bir ölkənin digər ölkəyə nisbətən bu istiqamət üzrə göstəricilərində müəyyən fərqlər yaradır. Baxmayaraq ki, son bir neçə ildə Azərbaycan da dövlət orqanları və aidiyyatı qurumların peşəkar fəaliyyətləri nəticəsində ölkəmiz sabitlik adası təsiri bağışlayır.

 

Ölkə başçısının Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki çıxışını xatırlatmaq yerinə düşər: “Baxın, bəzi ölkələrdə nələr baş verir. Adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin, bizə inteqrasiya edin. Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”

 

Xüsusən, gənclərin daha həssas olduqları sosial medianı öz auditoriyalarına çevirmək istəyən qaragüruh bu çıxışdan sonra da kütləvi fikir ayrılıqları yaratmaq sevdasına qapıldı. Gündəlik xəbərlərdə ABŞ, Qərbi və Cənubi Avropa ilə bağlı neqativ fikirlər səsləndirilən zaman onlar Skandinaviya və ətrafı ölkələri misal gətirməklə doğma torpağımıza qarşı sanki bir nifrət aşılamağı qarşılarına məqsəd qoymuşdular.

 

Bu yolda onlara köməklik edən müxtəlif sayt və media qrupları da hərdən öz nəşrlərində dünyanın ən təhlükəsiz və yüksək inkişaf etmiş ölkələri kimi Skandinaviya sərhədləri daxilini misal çəkməklə düşmən dəyirmanına su tökməkdə idi. Bir çox hallarda “dünyanın ən az cinayət olan ölkələrinin ilk onluğu”, “dünyanın ən az oğurluq olan ölkələrinin ilk onluğu”, “dünyanın ən az təcavüz olan ölkələrinin ilk onluğu” başlığı altında habelə sosial şəbəkələrdə də bu tip məlumatlar qarşımıza çıxmışdır. Hətta açıb baxdıqda ilk 3-lükdə barəsində danışacağımız ölkələri görürük. Lakin məsələnin dərinliyinə, əlimizdən gəldiyi qədər, endikdə, bu iddiaların da şişirdilmiş, saxta mif olması gerçəyi ilə üz-üzə qalırıq. Necə ? Kiçik bir təhlil aparsaq çox şey gün kimi aydın olacaqdır.

 

Daxili İşlər Nazirliyinin rəsmi saytında (https://m.mia.gov.az/) verilən məlumata əsasən, 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26.672 (2018-ci il ilə müqayisədə 291 fakt və ya 1.1 % çox) cinayət qeydə alınmışdır. Cinayətlərin strukturunda hədə-qorxu ilə tələb etmə 25%, dələduzluqlar 24.3%, ekoloji cinayətlər 22.4%, avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 15.5%, xuliqanlıqlar 13.4%, oğurluqlar 7.7%, qəsdən adam öldürmələr 5.4%, soyğunçuluqlar 3.9%, quldurluqlar 1.7%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 15.6%, qəsdən sağlamlığa ağır zərər vurma 2,1% paya sahib olmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət hadisələri 4.383-ə, şəxsiyyət əleyhinə olan hadisələr isə 5.290 bərabər olmuşdur.

 

Müqayisə üçün əvvəlki beş illiklər üzrə üzrə Dövlət Statistika Komitəsinin rəsmi saytında (https://www.stat.gov.az/) verilən göstəricilərə diqqət yetirək:

 

2010-cu ildə 23.010 cinayət hadisəsi qeydə alınmışdır.Onlardan 276-sı qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 27-si zorlama, 3.868-sı oğurluq, 3049-u nakrotik vasiətələr istehsalı və satışı, 1.733-ü yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və s. kateqoriylar üzrə qeydə alınmışdır.

 

2015-ci ildə 26.916 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 283-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 16-sı zorlama, 6.338-sı oğurluq, 2 949-u nakrotik vasiətələr istehsalı və satışı, 1.575-i yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və s. kateqoriylar üzrə qeydə alınmışdır.

 

Göründüyü kimi, ölkəmizə baxdıqda son 10 il ərzində həm ümumi, həm də ayrı-ayrılıqda cinayət hadisələri kateqoriyaları üzrə bir o qədər katostrofik rəqəmlərlə rastlaşmadıq. Bununla belə faktlarımızdan razı qalmayan anti-Azərbaycan qüvvələrin misal gətirdiyi uzaq Skandinaviya məmləkətinə də kiçik bir “səfər” edərək müqayisə aparmağımız lap yerinə düşər.

 

Elə başlayaq ərazicə bizdən böyük, əhali sayına görə bizimlə eyni olan İsveçdən.

 

2010-cu ildə ölkədə ümumilikdə 1.370.399 cinayət hadisəsi baş vermişdir. Onlardan 93.030-u həyat və sağlamlığın pozulması, 87.854-ü sui-istifadə, əxlaqsızlıq və təcavüz , 32.780-i dövlətə qarşı xəyanət, 87.890 narkotik maddələr və psixontrop dərmanlar (51.766 şəxsi istifadə), 4.198-u ekoloji, 4.844-ü silah, 165.128 vandalizm və s. kateqoriylar üzrə olmuşdur.

 

Təcavüz hallarının 2.550-si 0-6 yaşarası uşaqlara (1.080-i qız uşaqlarına), 9.054-ü 7-14 yaş arası uşaqlara (3.237-si qız uşaqlarına) qarşı qeydə alınmışdır.

 

2015-ci ildə ölkədə ümumilikdə 1.503.399 cinayət hadisəsi baş vermişdir. Onlardan 91.300-ü həyat və sağlamlığın pozulması, 85.067-i sui-istifadə, əxlaqsızlıq və təcavüz , 33.117 -si dövlətə qarşı xəyanət, 94.035 narkotik maddələr və psixantrop dərmanlar (48.578 şəxsi istifadə), 5.748-u ekoloji, 5.801 -i silah, 194.905 vandalizm və s. kateqoriylar üzrə olmuşdur.

 

Təcavüz hallarının 4.071-i 0-6 yaşarası uşaqlara (1.706-sı qız uşaqlarına), 10.389-u 7-14 yaş arası uşaqlara (3.709-u qız uşaqlarına) qarşı qeydə alınmışdır.

 

2019-cu ildə ölkədə ümumilikdə 1.548.406 cinayət hadisəsi baş vermişdir. Onlardan 91.438-i həyat və sağlamlığın pozulması, 84.575-i sui-istifadə, əxlaqsızlıq və təcavüz , 34.761-i dövlətə qarşı xəyanət, 113.071 narkotik maddələr və psixontrop dərmanlar (54.893 şəxsi istifadə), 4.567-u ekoloji, 7.427 -ü silah, 204.562 vandalizm və s. kateqoriylar üzrə olmuşdur.

 

Təcavüz hallarının 4.273-ü 0-6 yaşarası uşaqlara (1.748-i qız uşaqlarına), 13.824-ü 7-14 yaş arası uşaqlara (5.216 -sı qız uşaqlarına) qarşı qeydə alınmışdır.

 

Mənbə: https://www.bra.se/statistik/kriminalstatistik.html (Anmälda brott de senaste 10 åren başlığı altında yazıya vurduqda yüklənən excell formatlı cədvəl faylı).

 

“Brå” İsveçin rəsmi cinayət statistikasına cavabdeh olaraq, məhkəmə sistemindəki məlumatlara əsaslanan və məhkəmə sisteminin cinayətlərlə işləməsini göstərən bir neçə statistik məhsul istehsal edir. “Brå” ayrıca, Milli Təhlükəsizlik Tədqiqatı (NTU) kimi əsas sorğu anketləri vasitəsilə digər məlumatların toplanması və təhlilinə əsaslanan cinayətlər haqqında statistikaya da cavabdehdir. (sayt açılan anda yazılan məlumatlar, https://www.bra.se/statistik )

 

Ardınca Norveç.

 

2010-cu ildə ölkədə ümumilikdə 394.137 cinayət aktı qeydə alınmışdır. Bu cinayətlərin 152.076-sı əmlak oğurluğu, 34.215-i zorakılıq, 4.271-i cinsi istismar (505-i14 yaşdan aşağılara), 44.015-i narkotik cinayəti (13.819-u psixontrop dərman istifadəsi ), 16.390-ı ictimai asayişin pozulması, 8.188-i silah, 1.590-ı dövlət məmurunu təhqir, 54.110-u yol hərəkəti qaydalarının pozulması, 4.062-si ekoloji və s. kateqoriyalar üzrə baş vermişdir.

 

2014-cü ildə ölkədə ümumilikdə 372.107 cinayət aktı qeydə alınmışdır. Bu cinayətləri 132.989-u əmlak oğurluğu, 34.111-i zorakılıq, 4.780-i cinsi istismar (503-ü 14 yaşdan aşağılara), 45.368-i narkotik cinayəti (14.407-si psixontrop dərman istifadəsi ) 16.948-i ictimai asayişin pozulması, 8.892-si silah, 1.760-ı dövlət məmurunu təhqir, 51.102-si yol hərəkəti qaydalarının pozulması, 3.745-i ekoloji və s. kateqoriyalar üzrə baş vermişdir.

 

2018-cu ildə ölkədə ümumilikdə 317.927 cinayət aktı qeydə alınmışdır.Bu cinayətlərin 92.866-sı əmlak oğurluğu, 37.461-i zorakılıq, 8.386-sı cinsi istismar (84.614-ü yaşdan aşağılara), 31.633-ü narkotik cinayəti (9.968-i psixontrop dərman istifadəsi ), 14.085-i ictimai asayişin pozulması, 9.132-si silah, 1.949-u dövlət məmurunu təhqir, 44.953-ü yol hərəkəti qaydalarının pozulması, 3.348-i ekoloji və s. kateqoriyalar üzrə baş vermişdir.

 

Mənbə: https://www.ssb.no/sosiale-forhold-og-kriminalitet/statistikker/lovbrudda (səhifə açıldıqda “Tabell 1, Lovbrudd anmeldt etter type lovbrudd. Absolutte tall” yazıları qarşısında “+” işarəsi vurmaqla açılan statistikaya baxa bilərsiniz).

 

“SSB” Norveç cəmiyyəti haqqında statistikaların toplanması, işlənməsi və yayılması üçün məsuliyyət daşıyan dövlət müəssisəsidir.Təşkilatda çox sayda istifadəçi var: siyasətçilər, dövlət orqanları, iş adamları, jurnalistlər, tədqiqatçılar və tələbələr. Statistikanın əksəriyyəti 100-dən çox inzibati reyestrdən və bir sıra araşdırmalardan alınan məlumatlar əsasında tərtib edilir və daha çox məlumat birbaşa iş və bələdiyyələrin kompüter sistemlərindən alınır. (https://www.ssb.no/omssb/om-oss/ssbs-virksomhet-tall-som-forteller).

 

Daha sonra Danimarka.

 

2018-ci ildə əvvəlki ilə nisbətən 8% azalma ilə 363.542 cinayət hadisəsi baş vermişdir. Onlardan 7.256-sı cinsi istismar, 27.856-sı ümumilikdə şiddətli cinayət (12.885-i məişət zorakılığı olmaqla), 318.130-u əmlak cinayətləri ( 43.617-si fırıldaqçılıq, 21.930-u vandalizm, 46.521 velosiped oğurluğuolmaqla), 1424-ü narkotik qaçaqmalçılığı və dərman satışı kimi kateqoriyalar üzrə qeydə alınmışdır.

 

Mənbə:https://www.dst.dk/da/Statistik/emner/levevilkaar/kriminalitet

 

“Danmarks Statistik” Danimarka statistikasının mərkəzi orqanıdır. Statistika Danimarka bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Ən vacib tərəfdaşlar arasında BMT Statistika Komitəsi, OECD, BVF və BƏT var. 14 aprel 1994-cü ildən Statistika Danimarka rəsmi statistika üçün BMT-nin əsas prinsiplərinə əməl edir. (https://www.dst.dk/da/OmDS)

 

Nəhayət Finlandiya.

 

2018-ci ildə ölkədə ümumilikdə məlum 53.000 cinayət hadisəsi baş vermişdir ki, bu da əvvəlki illə müqayisədə 2.9% artım deməkdir. Cinayət qurbanları olan yetkinlik yaşına çatmayan qadınların sayı ümumi miqdarda 20%-ə bərabərdir. Zorlama üzrə cinayət qurbanlarının 95%-dən çoxu qadınlardır. Şübhəlilərin 88.55%-i, cinsi hüquq pozuntularının 77.6%-i fin əsillilərə aiddir. Bu da əvvəlki ilə nisbətən 0.8 bənd artım deməkdir. Ümumilikdə isə 297.000 şübhəli bilinmişdir ki, onun da 17-20%-i qadınların payına düşür. Şübhəlilərin təxminən 1/5 hissəsini isə yetkinlik yaşına çatmayanlar və gənclər təşkil edir. Ümumilikdə şübhəlilərin 254.200-nü finlər, 4.800-nü rus, 3.100-nü iraq, 2.000-ni isveçi, 1.700-nü rumin əsillilərdən ibarət olmuşdur..

 

Mənbə: https://www.stat.fi/til/rpk/2018/13/rpk_2018_13_2019-05-16_kat_002_fi.html

 

“Statistic Finland” 1865-ci ildə qurulan statistika üçün yeganə Fin dövlət orqanıdır. (http://www.stat.fi/org/index_en.html)

 

Əvvəlcə onu deyim ki, yazının uzun və bezdirici olmaması, həmçinin statistik əlçatanlılığın çətin olması səbəbi ilə Danimarka və Finlandiya üzrə təhlili təkcə 2018-ci il üzrə aparmışam. Lakin əvvəlki illə müqayisənin göstərilməsi mahiyyət və məzmunu bu xırda amilin təsiri ilə dəyişmir.

 

Keçək əsas mətləbə: Tutarlı mənbələr əsasında yayımlanan ağılasığmaz rəqəmlərlə üzləşdikdə cavab və ya bəhanə axtaran qaragüruha görə Skandinaviyada baş verən bütün cinayətlərin başında immiqrantlar dayanır. Gəlin baxaq: Təkcə Finlandıyaya fikir verdikdə bu absurd fikir barədə hər birimizin beynində Anti-Azərbaycan kompaniyası aparanlara qarşı müəyyən ziddiyyət yaranır.

 

O cümlədən, bir başqa prizmadan baxsaq: Danimarka ilə birgə 3 ölkənin cəmi əhalisi 26.7 milyon, ölkənin immiqratlarının sayı isə 2.9 milyondur (https://nordicwelfare.org/integration-norden/en/research-and-facts/country-reports/). 4 ölkədə baş verən cinayətlər isə ümumilikdə immiqrant sayı qədər baş verir. Belə çıxır ki, bu immiqrantların hamısı orta yaşında, əli silah tutan, sağlam və s. yüksək keyfiyyətli bədən quruluşuna malik cinayətkardır, amma öz ölkəsində yaşaya bilmir ? Yaxud da aralarında əqli və fiziki qüsurlu, xəstə, hamilə, körpə, yaşlı, zorakılıqla əlaqəsi olmayan, cəhənnəm və ya məhkəmə qorxusu ilə yaşayan yoxdur ? Var. Onların da 0.9 milyon olduğunu nəzərə aldıqda bu rəqəm 2 milyona bərabər olar. Yenə də o 2 milyon adamın 3 milyon cinayətin hamısına sahiblənməsi məntiqə əsaslanmır. 

 

Qrafik. 2015-ci il üzrə ümumi və narkotik cinayəti üzrə Azərbaycan, İsveç və Norveçin müqayisəsi.

 

 

Yaxşı bəs necə olur, yüksək sosial təminat və təhsil, etik davranışlar, mədəniyyət və humanizm və s.-lə az qala ilahi fenomenə çevrilən Skandinaviya da belə "çatlar" sezilir ? Minlərlə pedofil, minlərlə oğru, minlərlə narkoman, minlərlə quldur heç bir halda yüksək səviyyəli millətə və yüksək keyfiyyətli təhsilə uyğun gəlmir axı. Eynən o ölkələrdə koronavirusdan ölənlərin təmtəraqlı səhiyyələrinə uyğun gəlmədikləri kimi. Halbuki Azərbaycan da daxil olmaqla, MDB ölkələrində narkoman, pedofil, quldur, oğru və s. barmaqla sayılarmış. Eynilə Azərbaycan da daxil olmaqla, MDB respublikalarında koronavirusdan ölənlərin sayı qədər.

 

Bundan başqa, “yüksək rifah dövlətləri” hesab olunan bu ölkələr niyə o “yüksək keyfiyyətli” təhsilləri ilə immiqrantlara əxlaqi və mədəni təsir aşılamır ?! Demək ki, məsələ onların “yüksək inkişafı”nda deyil, məsələ Azərbaycan qarşı qara yaxma kompaniyası aparmaq, tapşırıq verənlərdən maliyyə vəsaiti qoparmaq, hakimiyyətə iddia qaldırmaq, cəmiyyəti xaosa sürükləməkdir. Bir halda ki, bu müqayisəni mənim kimi hələ təhsilini tam bitirməmiş və heç bir xarici ölkədə olmayan bir gənc aparırsa, sözsüz ki həmin o barəsində danışdığımız şəxslər də bu barədə əvvəldən xeyli məlumatlıdırlar. Əks halda, heç bir fakta əsaslanmayaraq, məlumatsız bir təbliğat aparmağın özü elə həm savadsızlıq, həm də cinayətin nümayişidir. Necə ki, bizim böyüklərimiz bununla 1990-cı illərin əvvəllərində üz-üzə qalmış və son nəticədə Ulu Öndərə göstərdikləri etimadla həyat təhlükəsizliklərini tam təmin etmişlər.

 

                Pünhan Musayev

Mingəçevir Dövlət Universitetinin magistrantı

PAYLAŞ

Oxşarlar

"Əhalinin tam 91 faizi..."

22 May 2020

Pandemiya dövrünün çətinlikləri ilə bağlı dünyada bir sıra tədqiqatlar aparıldı. Bu tədqiqatlar yalnızca əhalinin hazırlıq səviyyə… ƏTRAFLI

Yeni düzənin Qarabağ diqtəsi: Proseslərin ikinci dalğası nə vəd edir?

Yeni düzənin Qarabağ diqtəsi: Proseslərin ikinci dalğası nə vəd edir?

14 May 2020

Bütün münaqişəli problemlərə çıxışın birbaşa beynəlxlaq dialoq məkanından izolyasiya ilə məhdudlaşdığı bir ərəfədə sanki Qarabağ… ƏTRAFLI

“Dro” çirkabına qarşı 9 may təntənəsi

“Dro” çirkabına qarşı 9 may təntənəsi

08 May 2020

  Ekzistensialist idealizmin ən sevdiyim nümayəndəsi olan Martin Haydegger dəyər psixologiyasını ierarxik formada izah edir.   O qeyd ed… ƏTRAFLI