Günün nəbzi

“Bir zamanlar İraqda”: real həyat hekayələri əsasında çəkilmiş sənədli film

“Bir zamanlar İraqda” 2003-cü ildə başlayan İraq müharibəsi haqqında beş seriyadan ibarət sənədli filmdir.

 

Hekayəni danışanlar İraq camaatı, jurnalistlər və Amerika əsgərləridir. İraq vətəndaşları deyir ki, ard-arda gələn pis xəbərlər sanki bir fəryad idi.  Bütün bunlar isə bizə  İraqdakı durumu çatdırmağa şərait yaradıb.

 

Şübhəsiz ki, vətəndaş müharibəsi çoxaldıqca, hekayələr və seriyalar daha da artacaq. Birinci seriyada Səddam Hüseynin qəddar, bir o qədər də stabil və liberal (Orta Şərq standartlarına uyğun) diktaturasının xoşbəxt vaxtından və liberallaşmanın çətin günlərindən bəhs edilir. Burada həmçinin, bir çox təəccüblü məqamlar da mövcuddur. Məsələn, əvvəllər İraqda ağır metal (rok) janrında mahnıların oxunduğunu bilmirdik. Bizim bildiyimiz yalnız kütləvi qırğın silahları istehsal edən sahənin inkişaf etdiyi idi. Bu sənədli filmdə Valid Neysifin solisti olduğu qrupun prezidentin şərəfinə “Bizim prezident Səddam” mahnısının video görüntülərini gördük.

 

 

Valid də otuz yaşının ortalarında o da bir çox iraqlı gənc kimi Qərb mədəniyyətindən xüsusilə də “Blackstreet Boys” (amerikalı pop qrup) ilhamlanıb. Onun üçün əsl cavanlıq göy cins şalvar geyinib, o vaxtlar Bağdadda “McDonal” adlanan “McDonalds”vari restoranda “CocaCola” içmək idi. O qeyd edir ki, Toni Bleyr Səddamsız dünyanın daha yaxşı bir yer olacağını dilə gətirirdi, lakin bu İraqa aid deyildi.

 

Sənədli filmdə bir sıra vətəndaşın həyat hekayəsinə yer verilib. İraqlı komediyaçı və jurnalist Əhməd Əlbəşirin də maraqlı hekayəsi var. O etiraf edir ki, atasının maşınında Quran kasetlərini çıxarıb, rok musiqisi qoyurdu və ətrafındakı qızlara adının Əhməd yox Keys olduğunu deyirdi. Səddamın qalın qara bığlarının o vaxt  necə mod olduğundan da danışırdı. O zamanlar bir çox adam İraqda bığ saxlayırdı, hamı sanki Freddi Merküriyə çevrilmişdi deyirdi. Ancaq təəssüf ki, onların görünüşlü 170.000-lik ixtisaslaşmış orduya uyğun deyildi.

 

Bu gün Şimali Koreyada və Cənubi Ruislip Mühafizəkarlar Partiyasındakı bir çox insan kimi, iraqlılar da o zamankı liderlərinin milli xilaskar olduğuna inanırdılar.

 

Həmçinin, filmdə ABŞ dəniz qüvvələrinin təqaüdçü döyüşçüsündən etiraflar eşitmək çox təsirli idi.

 

https://www.independent.co.uk/arts-entertainment/tv/reviews/once-upon-a-time-in-iraq-bbc2-review-saddam-hussein-tony-blair-isis-a9616151.html


Afaq Məmmədova

PAYLAŞ

Oxşarlar

Valideynlər uşaqların internetdə izlədiklərindən nə dərəcədə xəbərdar olmalıdır?

Valideynlər uşaqların internetdə izlədiklərindən nə dərəcədə xəbərdar olmalıdır?

29 İyul 2020

Günümüzdə valideynlər övladlarının təhlükəsizliyi üçün davamlı şəkildə öyrənməli və internet trendləri mövz… ƏTRAFLI

“80-90-cı illər” planı: Azərbaycanı nə gözləyir? - Tarixi dərslər

“80-90-cı illər” planı: Azərbaycanı nə gözləyir? - Tarixi dərslər

27 İyul 2020

Xatırlayaq: Sumqayıtda özünü “Paşa” kimi təqdim edən Edik Qriqoryan 1988-ci il fevralın 28-də təxribat törətmişdi. Məqsəd az… ƏTRAFLI

Ermənistanda qadınların ağır durumu

Ermənistanda qadınların ağır durumu

25 İyul 2020

Yerevanda hamilə qadının etirafları hər kəsi heyrətə gətirib. Belə ki, o, “tək idim, bütün gün ağlayırdım, hətta əlimi  tutmağa bi… ƏTRAFLI