logo
AZ

Günün nəbzi

Azad müzakirə məkanı, yoxsa daha bir uğursuz platforma?

"Clubhouse" sosial media platforması dünyada sürətlə yayılmaqda davam edir. Platforma iOS əməliyyat sistemindən istifadə edən insanlara seçdikləri mövzuya əsasən müzakirə otaqları yaratmağa imkan verir. Burada siyasi islahatlara  qədər hər mövzuda canlı müzakirələr apamaq və ya qulaq asmaq mümkündür. 

 

Nəticə etibarilə, bəzi analitiklər "Clubhouse"-u, xüsusilə, Körfəz ölkələrində söz azadlığı platforması kimi görürlər. Vaşinqtondakı Ərəb Körfəz Dövlətləri İnstitutunun rezidenti Eman Alhussein buranı insanların “Körfəz ölkələrində illərdir dayandırılmış” mövzularda mübahisə və yarışa biləcəyi bir məkan adlandırıb.

 

Mərkəzi MENA olan Kavaakibi Fondunun insan hüquqları qrupunun həmtəsisçisi Əhməd Qətnaş Tvitterdə yazır ki,  bu günə qədər səudiyyəlilərin otaqları ən canlı və dərin otaqlardır. Onlar kütləvi və olduqca aktivdirlər. Bura "Twitter"-in on il əvvəlki vəziyyətinə bənzəyir.

     

2010-2011-ci illərdə ərəb qiyamları zamanı "Twitter" və "Facebook"-un azadlıq gücündən istifadə edilirdi.  Ərəb dünyasında məşhur  şəbəkə istifadəçiləri və rejim tənqidçiləri həbs olunduqca, sosial media platformalarındakı etirazlar azaldı.

 

 

“Əsassız şikayətlər

 

ABŞ-da yaşayan Səudiyyə əsilli aktivist Əmani əl-Əhmədi “Səudiyyə Ərəbistanında irqçilik” adlı bir otaqda moderatorluq edirdi. Söhbətdən dərhal sonra sosial şəbəkələrdə otaqdakı insanların ekran şəkilləri yayıldı, onların kimlikləri müəyyənləşdirildi və həbs qətimkan tədbiri görüldü. Bəziləri bu otağın qəsdən qurulduğunu da iddia edirdi. Hətta moderatorları dövlət tərəfindən tutulmuş muzdlu adlandırdılar.

     

Qadın hüquqları aktivisti səudiyyəli Luceyn əl-Həzlul azadlığa buraxıldıqdan sonra otaqların birində onun müzakirəsi edilirdi. Analoji olaraq ekran şəkilləri, otaqdakıların adları müəyyən edildikdən və təhdidlərdən sonra tez bir zamanda bağlandı. Həmçinin “Vice Media” yazarı Hala Əlsadi  qeyd edib ki, Səudiyyə Ərəbistanda alkoqolun leqallaşdırılmasının müzakirə olunduğu bir otaqda danışılanlar  video versiyada  "Twitter"-də yerləşdirilib.

 

Parçalanma

 

Genişmiqyaslı siyasi müxalifət nümayəndələrinin "Clubhouse"-a daxil olma ehtimalı yüksəkdir və dövlət kəşfiyyat xidmətlərinin otaqlara sızması da mümkündür. Səudiyyə Ərəbistanındakı "iPhone" istifadəçilərinin bir çoxu ora aktiv şəkildə daxil olurlar.

 

Səudiyyəlilər mübahisəli mövzuları müzakirə etmək üçün yeni tətbiqə nə qədər çox axın etsələr də, dövlət buna icazə verməyəcək. Bu, yalnız Səudiyyəli istifadəçilərə deyil, mübahisəli mövzular müzakirə olunan bütün ərəbcə danışılan otaqlara təsir edəcək. 

Müəllif: Mark Oven Cons (Middle East Eye”)


     Tərcümə:

Afaq Məmmədova

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI