Günün nəbzi

44 günlük müharibənin yaratdığı ərazi reallıqları: demarkasiya problemləri

27 sentyabr tarixində başlayan müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı və eyni zamanda Ermənistanla sərhəd xətlərinin dəqiqləşdirilməsi məsələsini meydana çıxardı.
Azərbaycan Respublikasının Dövlət Sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının Dövlət Sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” 9 dekabr 1991-ci il tarixli Qanunun 1-ci maddəsi.)

 

Azərbaycan–Ermənistan sərhədi — Azərbaycan və Ermənistan arasında dövlət sərhədi. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin uzunluğu 1007.1 km arasında dəyişir. Avropa marşrutları E002 və E117 sərhəddən keçir.

27 sentyabra qədər De-Yure Azərbaycan-Ermənistan sərhədi keçmiş Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlə uyğundur və iki əsas hissədən ibarətdir: qərbdə Ermənistan və Azərbaycanın Naxçıvan eksklavı arasında və şərqdə Ermənistan ilə “materik” Azərbaycan arasında daha uzun bir hissə.

Bundan əlavə, de-yure, sərhədin erməni tərəfində bir sıra anklavlar var, lakin faktiki olaraq indi onlar müfafiq dövlətin nəzarətindədir. Nəhayət, Azərbaycan-Ermənistan sərhədi ilə bağlı vəziyyət daha mürəkkəbdir - sərhədin qərbi Naxçıvan bölməsi mübahisəli deyil (Kərki anklavı istisna olmaqla), ancaq şərq sərhədlərinin bir qisminə Azərbaycan nəzarət etmir. 1990-cı illərdə Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra, sərhədin rəsmi şərq hissəsi faktiki olaraq təxminən yarısına qədəri və sərhədin cənub sektoru Azərbaycan ərazisinin daxilin uzanan, yalnız Dağlıq Qarabağın əksər hissəsini deyil, həm də Azərbaycanın əhəmiyyətli hissəsini əhatə edən "Təmas xətti" ilə formalaşır. Ermənistan faktiki bu ərazini işğal edir. Nəticədə işğal olunan ərazilərdə Qondarma Dağlıq Qarabağ Respublikasını təşkil edilir. Ermənistanla QDQR arasındakı sərhəd de-yure Azərbaycan-Ermənistan sərhədi boyunca davam edir. Bu hal 2020-ci il sentyabr ayınmın 27-nə qədər davam edir. İkinci Qarabağ müharibəsi bu məsələdə reallığı tamamən dəyişir.

 

Qərb (Naxçıvan) hissə

 

Azərbaycan-Ermənistan sərhədinin qərb (Naxçıvan) hissəsi şimaldan Türkiyə ilə Araz çayı üzərindəki sərhəd qovşağından başlayır və Zəngəzur və Dərələyəz silsiləsi kimi müxtəlif dağ silsilələri boyunca cənub-şərqə, Araz çayı üzərindəki İranla qərb sərhəd qovşağına qədər uzanır. Eyni zamanda Azərbaycanın Kərki anklavı sərhədin bu hissəsinin şimalında yerləşir, lakin 1992-ci ilin mayından etibarən Qarabağ müharibəsi zamanı 19 km² ərazi Ermənistan tərəfindən işğal olunur.

 

Şərq bölməsi

 

Azərbaycan-Ermənistan sərhədinin şərq hissəsi şimaldan Gürcüstanla sərhəd qovşağından başlayır və cənub-şərq istiqamətində uzanır, Coğazçay ətrafında ziqzaq vurur. Coğazçay ağzında Coğazçay su anbarının bir hissəsini keçib Abbasbəyli su anbarının qərb ucuna toxunur. Sərhəd daha sonra Göyçə gölünün şərq sahilinə Göyçə silsiləsi boyunca paralel olaraq uzanır, Şərqi Göycə silsiləsi boyunca cənuba, sonra isə Alağöz silsiləsi ilə qərbə doğru kəskin şəkildə şərqə dönmədən əvvəl Böyük Alagöl gölünü əhatə edən bir Azərbaycana məxsus çıxıntı əmələ gətirir. Sonra sərhəd cənub istiqamətində hərəkət edir, İşıqlı Qaragöl gölü və Qaragöl Dövlət Təbiət Qoruğu keçərək Araz çayı üzərindəki İranla sərhəd qovşağında sona çatır. Sərhədin bütün hissəsi əsasən dağlıq ərazilərdən, orta hesabla 600 ilə 3400 metr yüksəklikdən keçir. Bundan əlavə, sərhəd zonasının şimal hissəsində anklavlar var - Azərbaycana məxsusudur: Sofulu, Yuxarı Əskipara və Barxudarlı. Müharibədən sonra anklavın hamısı qarşı tərəfdən işğal edildi.

 

Ermənilərin adını tez-tez çəkdiyi Başkənd isə təsərrüffat məqsədi ilə ötən əsrdə Ermənistana verilmiş (məhz verilmiş) ərazi anklavı olub.

 

Tarixi rakurs:

 

Bu sərhəd 1991-ci ildə SSRİ-nin dağılmasından və eyni ildə Ermənistan və Azərbaycanın müstəqilliyini elan etməsindən sonra dövlət sərhədi olur. 1994-cü ildə atəşkəslə sona çatan Qarabağ müharibəsinin nəticəi olaraq Azərbaycan Qondarma Dağlıq Qarabağ Respublikası kimi təşkil edilmiş Dağlıq Qarabağın böyük bir hissəsinə və onun ətrafında olan 7 rayona nəzarəti itirir. O vaxtdan bəri münaqişə dondurulmuş vəziyyətdə qalır və nəticədə Sovet dövrünün yalnız şimal hissəsindəki rəsmi sərhədlə uyğun olan faktiki müasir Azərbaycan-Ermənistan sərhədi meydana gəlir. Atəşkəsdən sonra iki ölkə arasındakı münasibətlər son dərəcə gərgin olaraq qalır və 2008, 2010, 2012, 2014, 2016, 2018 və 2020-ci illərdə sərhəd boyunca dəfələrlə döyüşlər baş verir. İkinci Qarabağ müharibəsi getiçində 30 ilə yaxın işğal atında qalan torpaqlar azad edilir. 9 noyabr 2020-ci ildə Azərbaycan ordusunun Ermənistanla (Zəngilan rayonu istiqamətdə) sərhəddə yerləşən Bartaz (2300 metr), Sığırt (1 370 metr) və digər yüksəklikləri azad etməklə Azərbaycan–Ermənistan dövlət sərhəddinin bərpası istiqamətdə ilk addımı atır.

 

10 noyabr razılaşmasına əsasən 25 noyabrda boşaldılan Kəlbcər və Laçın bölgəsi tamamlanmaqla cənub xəttinə doğru Qubadlı rayonu ilə birləşmə Ermənistanl sərhəd xətlərini tamamlamalıdır.

 

Hələ SSRİ-nin süqutundan əvvəl iki dövlət arasında münaqişənin başlaması nəticəsində dövlətlərarası tanıma sənədi/sərhəd xətlərinin dəqiqliyi barədə ortaq mövqenin olmaması və Ermənistanın işğal faktı sayəsində delimitasiya prosesi mümkün olmadı.

 

İndinin özündə də rəsmi İrəvan müharibədə məğlubiyyətini qəbul etsə də, dövlətlərarası sülh müqaviləsi bağlanmadığı üçün yalnız demarkasiya prosesi mümkündür.

 

Demarkasiya xətti (fr. demarcation – ayırma) – 1) hərbidə: döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt (zolaq);

 

2) məğlub olmuş dövlətin ərazisini işğal zonalarına ayıran xətt;

 

3) qonşu dövlətlər arasında mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən xətt (zolaq). Demarkasiya xətti döyüşən tərəflər arasında, işğal edən, yaxud münaqişə aparan dövlətlər arasında xüsusi sazişlə müəyyənləşir.

 

Hazırda dünyada mümkündür ki, bir ilk tətbiq - texnoloji üsulla, GPS vasitəsilə Azərbaycan tərəfindən sərhəd xətlərinin müəyyənləşdirilməsi prosesi gedir.

 

Ərazilər üzrə:

 

Zəngilan rayonu – 20 oktyabr tarixində erməni işğalından azad edilən bölgənin Ermənistan ilə sərhəddi təxminən, 160 km. məsafəni əhatə edir və Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə tamamlanır. Rayonun şimal -qərb hissəsi sərhəd ziqzaqları ilə zəngin olduğu üçün SSRİ dövründə dəqiq sərhəd xətləri müəyyən edilməyib. Qafan rayonunun Şimal - Şərq hissəsində yerləşən erməni kəndlərinin əhalisi üçün Zəngilan bölgəsinin əraziləri təsərrüffat mərqsədi ilə istifadəyə ayrılıb.

 

Qubadlı üzrə: Ermənistanla sərhəd xətti təxminən 108 km-i əhatə edir.

 

Sərhəd xətləri əsasən düzxətli və dağlardan ibarət olduğu üçün Ermənistanla münasibətdə o qədər də ciddi problem yaratmayacaq, amma burda bir vacib detal var: Gorus və Qafan arasındakı 120 km-dən artıq məsafə Qubadlı dağlarında post quran Azərbaycan əsgərinin nəzarəti altına düşür. Bu da o bölgədə yaşayan erməni əhalisinin yaşayışına təsirsiz ötüşməyəcək.

 

Laçın rayonu üzrə: 186 kilomterlik sərhəd xəttinin Laçın koridoruna daxil olan hissəsindəki 5 km ərazi istisna edilməklə ərazi bütövlüyü tam təmin edilib.

 

Sev gölü və Cinli göl kimi sərhəd təbii su qovuşaqlarının bir hissəsinin Azərbacan ərazisinə düşməsi və hazırda bölgədə Azərbaycan bayrağının dalğalanması xüsusi əhəmiyyətə malikdir.

 

Kəlbəcər rayonu üzrə: Ermənistan ilə ən uzun sərhəddə malik olan (240 km) Kəlbəcər rayonunun sərhəd xətlərinin müəyyən edilməsi üçün Azərbaycan tərəfi GPS tətbiq edib.

 

Tarixdə ilk dəfə Zod mədənində Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası baş tutub. Azərbaycan bölmələri yeni mövqelərə köçüb. Zod (Söyüdlü) qızıl yatağı ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınıb.

 

Hazırda iki ölkə sərbəst şəkildə sərhəd xətlərinin müəyyən edilməsini sırf Ermənistanın forpost olması səbəbi ilə böyük ölçüdə mümkün olmur.

 

Birincisi, Ermənistanın sərhəd xidməti və ya İrəvandakı hakimiyyət yeni sərhəd xətləri ucbatından bölgənin əhalisinin narazılığına səbəb olur.

İkincisi, müstəqil qərar verə bilməyən Ermənistanın rəsmiləri Moskvadan gələn direktivləri gözləmək məcburiyyətindədirlər.

 

Görünən odur ki, demarkasiya prosesinin bundan sonrakı gedişatı da vasitəçilik missiyası ilə - Rusiya Federal Təhlükəsizlik Xidmətinin xətti ilə aparılacaq.

 

Əziz Əlibəyli 

Əziz Əlibəyli

STM-in Mətbuat Xidmətinin rəhbəri

 

PAYLAŞ

Oxşarlar

Milad Bayramı ərəfəsində bitən 1812-ci il müharibəsi niyə bu qədər qeyd edilir?

Milad Bayramı ərəfəsində bitən 1812-ci il müharibəsi niyə bu qədər qeyd edilir?

18 Fevral 2021

Milad Bayramı ərəfəsində Amerikanın iki yüz illik yubileyi - 1812-ci il müharibəsinə son qoyan Gent Müqaviləsinin imzalanmasının 200-cü ild&ou… ƏTRAFLI

İspan jurnalist İkinci Qarabağ müharibəsində gördüklərindən danışdı (Tərcümə)

İspan jurnalist İkinci Qarabağ müharibəsində gördüklərindən danışdı (Tərcümə)

15 Fevral 2021

İkinci Qarabağ müharibəsi sona çatsa da, nəticələri barədə hələ uzun müddət söz açılacaq. Hadisələrin şahidləri də baş verənl… ƏTRAFLI

Müasir dövrdə kitab və cəmiyyət: Niyə kitab oxumuruq?

Müasir dövrdə kitab və cəmiyyət: Niyə kitab oxumuruq?

09 Fevral 2021

Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının az o… ƏTRAFLI