logo
AZ

Ekspert rəyləri

Tıxac - dünyanı cənginə alan problem

Dünyada tıxacdan ən çox əziyyət çəkən şəhərlər:

 

Hollandiya naviqasiya texnologiyası şirkəti olan "TomTom" 56 ölkənin 403 şəhərində nəqliyyat sıxlığı  səviyyələri haqqında son statistika- Trafik İndeksi nəticələrini açıqladı.

 

Belə ki, son on ildə nəqliyyat sıxlığı qlobal miqyasda artmaqda davam edir və indeks hesabatında olan şəhərlərin təxminən 75% - i 2017 və 2018-ci illər arasında artan və ya sabit qalan bu sıxlığın səviyyəsini göstərir. Keçən il əhalisi səyahətlərinin təxminən 65%-ni  tıxac şəraitində keçirən Mumbay dünyada sıxlıqdan ən çox əziyyət çəkən şəhər kimi siyahıya düşüb.

 

Daha sonra 63% göstərici ilə Kolumbiya paytaxtı Boqota siyahıda  ikinci, 57% ilə Peru  paytaxtı Lima isə  üçüncü yerdədir.  58%  nəqliyyat sıxlığı ilə mübarizə aparan Hindistan  paytaxtı  Yeni Delhi  dördüncü yerdə qərarlaşmışdır. Moskva  isə  nəqliyyat sıxlığı baxımından  digər Avropa şəhərlərini geridə qoyur və rus sürücülər getdikləri yolun təxminən 56%-ni tıxacda keçirməli olurlar. 

 

Aşağıdakı göstərilmiş  ən çox tıxac yaranan 15 şəhərdən başqa, "TomTom"-a əsasən, ABŞ-ın ən sıx şəhərlərinə 41% ilə Los-Anceles rəhbərlik  edir,  sonra müvafiq olaraq 36% ilə  Nyu-York  və  34% ilə isə San-Fransisko bir-birilərini izləyir.

 

Tıxacın müsbət cəhətlərindən biri güclü və  qlobal iqtisadiyyatın göstəricisidir. Lakin, bu ətraf mühitə dəhşətli dərəcədə təsir edir və həmçinin  əhalinin  vaxtını boş yerə  xərclənməsinə səbəb olur. "TomTom"-un vitse-prezidenti Ralf Peter Şeyfer bildirir ki, şirkət insanların tıxaclardan və ətraf mühit çirklənməsindən azad olması üçün  “elektrikli, sürətli və avtonom nəqliyyat vasitələrinin olduğu gələcək” üçün çox çalışır. Onun fikrincə, bu gələcəyi reallaşdırmağın bir yolu var o da birlikdə səy göstərməkdir, çünki yol idarələrindən  hökumətlərə,  avtomobil istehsalçılarından avtomobil sürücülərinə qədər hər bir kəsin rolu böyükdür.

 

Ən böyük tıxac yaranan  şəhərlər:

 

Mumbay- Hindistan 65%                                                           Banqkok- Tayland 53%

Boqota- Kolumbiya 63%                                                            Mexiko- Meksika 52%

Lima- Peru 58%                                                                           Resifi- Braziliya 49%

Yeni Dehli- Hindistan 58%                                                        Buxarest- Ruminiya 48%

Moskva- Rusiya 56%                                                                  Sankt-Peterburq- Rusiya 47%

İstanbul- Türkiyə 53%

Yakarta- İndoneziya 53%


 

       Hazırladı:

Afaq Məmmədova

 

PAYLAŞ

Oxşarlar

Azərbaycanda dil, din və mədəni identikliyin qorunmasının  siyasi-hüquqi əsasları

Azərbaycanda dil, din və mədəni identikliyin qorunmasının siyasi-hüquqi əsasları

12 Aprel 2021

Vətəndaş inteqrasiyası prosesi beynəlxalq təcrübəyə və etnik azlıqların idarə olunmasının beynəlxalq standartlarını müəyyənləşdirən siyasi-h&… ƏTRAFLI

Azərbaycanın təbii qaz ehtiyatı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər

Azərbaycanın təbii qaz ehtiyatı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər

01 Aprel 2021

Gələcəkdə təbii qazın istifadəsi qaçınılmazdır.  Avropanı narahat edən ən böyük problemlərdən biri enerji təhlükəsizliyi və Avro… ƏTRAFLI

AZƏRBAYCANDA TOLERANTLIQ: TARİX VƏ MÜASİRLİK

AZƏRBAYCANDA TOLERANTLIQ: TARİX VƏ MÜASİRLİK

18 Mart 2021

Müasir dövrdə beynəlxalq aləmdə baş verən xoşagəlməz hadisələr dünyada sabitliyi qorumaq üçün ilk növbədə insanlar arasınd… ƏTRAFLI