Ekspert rəyləri

Siz bu yazını oxuyarkən ən azı 7 uşaq vəfat edəcək

Dünyamız inkişaf edir, sosial şəbəkələr vasitəsilə dünyanın hər bir yeri artıq uzaqlıq kəsb etmir, xəbərlər də artıq anında cibimizdəki telefonun ekranında qonağımız olmaqdadır.

 

Amma görmədiyimiz, eşitmədiyimiz şeylər də olur, məsələn bizim xəbərimiz olmasa da, hər saat 228 uşaq aclıq, ishal, qızdırma kimi xəstəliklərdən həyatını itirir.

 

Dünyanın gözü önündə gələcəyimiz bircə-bircə ölür, itir.

 

 

Medalyonun görünməyən üzü...

 

Dünyamız baxmayaraq ki, sürətlə inkişaf edir, amma min illərdir həll edə bilmədiyi aclıq probleminə də məğlub olmaqdadır.

 

BMT-nin açıqlamasına görə bir ildə təxminən 2 milyon uşaq aclıqdan ölür.

 

 

Statistikaya görə isə təxminən, 1 milyard insan acdır. Ən pisi odur  ki, görülən tədbirlər təsirsiz qalır.

 

1990- cı ildə dünyadakı ac əhalinin sayı 845 milyon idisə, indi bu rəqəm bir milyard nəfərə çatır.

 

Yəni hər yeddi adamdan biri acdır.

 

Dünyada hamıya çatacaq qədər qida var, amma…

 

Yaxşı, bəs bunun səbəbi nədir? İlk səbəb kimi istehsal edilən qidanın hamıya çatmaması ola bilər.

 

Amma səbəb bu deyil. Yəni, problem torpaqda, təbiətdə deyil, insanlardadır.

 

Tomas Hobs demişkən, insan insanın qurdudur, müharibələr və ərzağın düzgün bölüşdürülməməsi dünyanın bir tərəfini ac qoyur.

 

STM.az BMT-nin 2019-cu ilə aid aclıq hesabatını təqdim edir:

 

https://admin.concern.net/sites/default/files/documents/2019-10/2019%20Global%20Hunger%20Index.pdf

 

Əziz Əlibəyli

PAYLAŞ

Oxşarlar

Siyasət sosiologiyası : ölkəmizdə tarixi inkişafı

Siyasət sosiologiyası : ölkəmizdə tarixi inkişafı

24 May 2020

Теория модерна принадлежит ряду наук, ее разработка  - эпистемологически сложна, и вместе с … ƏTRAFLI

Dünyanın koronavirusdan sonra aqibəti necə olacaq? Dörd mümkün ehtimal... (TƏRCÜMƏ)

Dünyanın koronavirusdan sonra aqibəti necə olacaq? Dörd mümkün ehtimal... (TƏRCÜMƏ)

12 May 2020

Bundan altı ay, bir il və hətta on il sonra nə baş verəcək? Dostlarımızın, yaxınlarımız gələcəyi necə olacaq? İş barəsində hələki çətinlik &cc… ƏTRAFLI

Şuşa xəyanətin qurbanı oldu - Deputatın yazısı

Şuşa xəyanətin qurbanı oldu - Deputatın yazısı

08 May 2020

Bu gün Şuşasızlığın 28 ilini yad edirik. Azərbaycanın incisi, Qarabağın mirvarisi 28 ildir yad əllərdə, düşmən tapdağındadır. Hər ilin bu g&u… ƏTRAFLI