Ekspert rəyləri

Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi eyni dərəcədə dərk edərək onların aradan qaldırılması uğrunda birgə səy göstərməsi, beynəlxalq qlobal idarəçilik təşkil edilməsi, “hərtərəfli beynəlxalq təhlükəsizlik sistemi yaradılması” ilə mümkündü. Müasir dövrdə qlobal problemləri aşağıdakı kimi qrublaşdırmaq olar:

 

·        Beynəlxalq, bəşəri, təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: müharibə və sülh problemləri, hərbiləşmə, iqtisadi fəlakətlər: aclıq, işsizlik, mənzilsizlik, əhali təbəqələri arasında gəlir fərqlərinin kəskin sürətdə artması, siyasi idarəçilik və tənzimləmə zid-diyyətləri və s.;

 

·        Beynəlxalq təbii təhlükə doğuran qlobal problemlər: təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsində törədilmiş bəşəri problemlər: yer altı və yer-üstü sərvətlərin, dəniz və okenaların sərvətlərinin tükənməsi təhlükəsi, təbii yaşayış vasitələrinin: torpaq, su, hava, meşə, atmosfer və s. çirkləndirilib yararsız hala salın-ması, enerji mənbələrinin tükənmək təhlükəsi vəs;

 

·        əhali artımı və mənəvi tənəzzüllə bağlı meydana çıxan demoqrafik- mənəvi qlobal problemlər: əhalinin sürətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi, insanların ərzaq və zənaye malları ilə təmin olunmasındakı böhranlı vəziyyət, “demoqrafik partlayış”, elmi-texniki tərəqqinin doğurduğu neqativ sosial-mənəvi nəticələr, bəşəriyyətin gələcəyi üçün yaranmış ümidsizlik və mənəvi tənəzzül və s.

 

Hazırda bəşəriyyət bütün yer kürəsini sarsan pandemiya ilə üzləşib. Müasir dövrdə peyda olan COVID-19 pandemiyası bəşəriyyəti elə qlobal sosial problemlər qarşısında qoymuşdur ki, onun həllinin gecikdirilməsi bütövlükdə bəşəriyyətin təhlükə altına alınması, dünya sivilizasiyasının naliyyətlərinin məhv olması deməkdir. Pandemiya göstərdi ki, müasir dünya mürəkkəbdir, bir-birilə mübarizə aparan meyillərlə aşılanmış, zidiyyətlərlə doludur. Yer kürəsi uzun zamandı bu cür siyasi, sosial və fiziki yük ağırlığına məruz qalmamışdı. İnsan heç vaxt təbiətdən bu qədər bac almamış, onu çıxılmaz fəlakətlərə dücar etməmiş və özü yaratdığı vasitələr qarşısında bu qədər aciz qalmamışdı (Telman Xəlilov, Maya Zeynalova,  Qlobal Ekoloji Problemləri, Bakı 2014, s, 9-17).

 

Dövlətlər arasındakı siyasi mübarizələr, insanın təbiət və cəmiyyətdən daha çox mənfəət götürmək hərisliyi olduqca kəskin və mürəkkəb iqtisadi, sosial-mənəvi, siyasi, hərbi və s. problemlər doğurmuşdur. Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu, dünya istilik nüvə müharibəsi təhlükəsinin qarşısını almaq və sülh şəraitinin təmin edilməsi; insanların həyat səviyyəsinin yüksəldilməsi və gəlir fərqlərinin silinməsi, yer kürəsində işsizlik, aclıq, savadsızlıq və s. təhlükənin aradan qaldırılması,  əhalinin sürətlə artması, onların tələbatının ödənilməsi, “demoqrafik partlayışın” tənzim ediməsi, ətraf mühitin, havanın, suyun, atmosferin çirkləndirilməsinin qarşısının alınması, bəşəriyyətin ərzaq və sənaye məhsullarına, enerji mənbələrinə artan tələbatının ödənilməsi və s. kimi qlobal problemlərə COVID-19 pandemiyası da əlavə olundu. Həmin problemlər dövlətlərin və qlobal şirkətlərin siyasi maraqları və insanın təbiətdən tamahkarlıqla istifadə etməsinin, təbiətin geoloji və bioloji qanunauyğunluqlarına məhəl qoyulmamasının (Çində insanların vəhşi heyvanlar, həşəratlarla qidalanması) ictimai inkişafda kortəbiilik və təsərrüfat quruculuğunda pozğunluq və anarxiyanın olması, hərbiləşdirmənin və s. nəticəsidir.

 

 

Pandemiya kimi qlobal problemlər və onların həlli bütün dövlət və vətəndaşın birgə səyini tələb edir. Ümumbəşəri, qlobal problemləri bir dövlətin və ya dövlətlər qrupunun qüvvəsi ilə həll etmək qeyri mümkündür. Burada ümumdünya miqyasıəməkdaşlıq, qarşılıqlı fəaliyyət zəruridir. (http://www.science.gov.az/news/open/12727)Yaşadığımız dövrün tələbi bundan ibarətdir. Hazırda bəşəriyyət üçün qlobal təhlükə yaranmışdır ki, heç bir dövlət, heç bir millət ondan kənarda qala bilməz. Bu qlobal təhlükə bəşəriyyətin qlobal vəhdətini, qlobal siyasət yürütməsini, tələb edir

 

Hər bir dövlətin ali məqsədi əhalinin daim artan maddi və mənəvi tələbatını daha tam ödəməkdən ibarətdir. Lakin cəmiyyət miqyasında əhalinin maddi və mənəvi tələbatının ödənilməsi nisbilik təşkil edir, mütləq təminatın ödənilməsi mümkün olmur. Çünki əhalinin daim artması, müharibələr, sosial-iqtisadi böhranlar, işsizlik, aclıq, xəstəliklər və i.ax. əhalinin təlabatının ödənilməsi ilə əlaqədar olaraq cəmiyyətin qarşısında mürəkkəb problemlər qoyur. Həmin problemlər bəzən hətta “demoqrafik” partlayış səviyyəsinə yüksəlir. Hazırda dünya əhalisinin sayı 5,5 milyardı ötüb keçmişdir. Həmin əhalinin yaşayış vasitələrinə tələbatının ödənilməsi çox ciddi problemlər, “demoqrafik partlayış” təhlükəsi doğurur. Həmin problemlər bunlardır:

 

·        Əhalinin sürətlə artmasının tənzimlənməsi, əhalinin daha çox sənayeləşməsi və böyük şəhərlərdə mərkəzləşməsi, urbanizasiya prosesi;

·        əhalinin sürətlə artması ilə əlaqədar olaraq onun maddi və mənəvi sərvətlərə olan təlabatının ödənilməsinin cətinlikləri;

·        elmi-texniki tərəqqi tərəqqi və qloballaşmanın doğurduğu sosial-mənəvi nəticələrin insanlarda düşgünlük inamsızlıq əhval-ruhiyyəsi yaratması;

·        yeni-yeni maddi ehtiyatlar, ərzaq və enerji mənbələri axtarmaq zəruruiliyi; işsizlik, sağlamlıq, təhsil-tərbiyə, psixoloji pessimizm ziddiyyətləri, bütövlükdə mənəvi tənəzzül hallarının ara-dan qaldırılması məsələləri;

·        spid, xərcəng, ürək-damar, şəkər və digər xəstəliklərin əhalinin yaşayış tərzinə təsri.

 

Dünyada əhali sürətlə artır, onların yaşayış vasitələri, maddi nemətlərlə təmin edilməsi məsələləri getdikcə daha çox kəskinliklə qarşıya çıxır. Başlıca qlobal problemlərdən biri də insanın fiziki və mənəvi sağlamlığının təmin edilməsidir. Hədsiz kimyavi maddələrin, kübrələrin, dərmanların istifadəsi, ağır informasiya axını, urbanizasiya prosesi, texnikləşmiş şəhər həyatının həyacanları və s. insan sağlamlığına, psixikasına mənfi təsir edir. Meydana çıxan COVID-19 pandemiyası bir nevi dövlətlərin və sistemlərin imtahanıdır.

 

Müasir dünyada pandemiyanın yaratdığı fəsadalr getdikcə artmaqda. Siyasi, iqtisadi və sosial sahələrdə tənəzül yaraddan pandemiya bir çox dövlətlərdə fəsadlar törətməsi gözlənilən hal hesab olunur.

                                                                                                       

 

                   Əfqan Vəliyev

Sosial Tədqiqatlar Mərkəzinin Baş Məsləhətçisi

PAYLAŞ

Oxşarlar

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

17 İyul 2020

Dünyadakı hadisələrin öz sabit axarı ilə hərəkət etdiyi, pandemiya və karantinin olmadığı bir dönəmdə İsveçdən olan Qreta Tünberq … ƏTRAFLI

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

10 İyul 2020

ABŞ-da sərt karantin və polis zorakılığına  qarşı olan etirazlar insanları seçim qarşısında qoyub - pul yoxsa həyat.  Qurbanların əksəriyy… ƏTRAFLI

“Avropa İttifaqı Haqqında Təsəvvürlər. Azərbaycanda ictimai rəy sorğusu”adlanan, Aİ-nın Şərq Tərəfdaşlığı (EaP) layihəsinin altı   ölkəsində  keçirilən  son sorğunun nəticələri

“Avropa İttifaqı Haqqında Təsəvvürlər. Azərbaycanda ictimai rəy sorğusu”adlanan, Aİ-nın Şərq Tərəfdaşlığı (EaP) layihəsinin altı ölkəsində keçirilən son sorğunun nəticələri

04 İyul 2020

AB-nin Şərq Tərəfdaşlığı (EaP) layihəsinin altı   ölkəsində “Avropa İttifaqı Haqqında Təsəvvürlər. Azərbaycanda ictimai rəy sor… ƏTRAFLI