Ekspert rəyləri

Mirzə Cəlil, yoxsa Əli bəy? – İlham Tumasın yeni yazısı

Dər­ya­lar özün­də çirk­li şey­lər sax­la­ma­dı­ğı ki­mi ta­rix də heç bir sax­ta­kar­lı­ğı, ya­la­nı, bəzə­mə­ni qə­bul eləmir. Bun­la­rı sax­la­maq, giz­lət­mək olar, ancaq mü­əy­yən za­man müd­də­ti­nə. Dövr ke­çər, il­lər, qə­ri­nə­lər ötər, hər şey tam açıqlığı ilə aş­kar olar.

Bi­zim So­vet döv­rü­nə bir əsas­lı ira­dı­mız da o olub ki, ta­rix­şü­nas­lı­ğı­mız olub-ke­çən­lə­rə yal­nız bir priz­ma­dan bax­ma­ğa va­dar edi­lib. Yəni, o illərdə in­san­la­rın əməl­lə­ri­nə yal­nız So­vet ideo­lo­gi­ya­sı ba­xı­mın­dan qiy­mət ve­rə bi­lər­din. Gu­ya on­ların zər­rə qə­dər də ol­sa, əyər-əs­kik­lə­ri ol­ma­yıb, heç vaxt səhv et­mə­yib­lər, ha­mı­sı Al­la­hın ba­cı­sı uşaq­la­rıy­mış, ətək­lə­rin­də na­maz qıl­maq olar­mış. An­caq So­vet­lər Bir­li­yi­nin qu­rul­ma­sın­da önəm­li rol oy­na­mış in­qi­lab­çı­­dan, Azər­bay­ca­nın müs­tə­qil­li­yi yo­lun­da kü­lüng çal­mış hər bir ziyalıya, fə­dai­yə qə­dər bü­tün qism in­san­la­rı­mı­za aid olan ta­ri­xi fakt­lar, olay­lar nöqtəsi­nə, ver­gü­lü­nə qə­dər öy­rə­nil­mə­li, təd­qiq olun­ma­lı­dır.

 

İllər əvvəl tələbəlik vaxtlarımda gör­kəm­li tür­ko­loq, pro­fes­sor To­fiq Ha­cı­yev­lə söh­bət­lə­rin bi­rin­də ondan soruşdum  ki, nə­yə gö­rə, mə­sə­lən, rus ədə­biy­ya­tın­da Puş­ki­ni dar­ma­da­ğın edən, be­lə da­hi­ni “şa­ir­liyə pa­ro­di­ya” ad­lan­dı­ran Pi­sa­rev tən­qi­di var, an­caq biz­lər­də, tu­taq ki, öz döv­rü­nə gö­rə, Mir­zə Cə­lil yo­lu­nu tən­qid edən bir cə­rə­yan yox­dur? To­fiq mü­əl­li­min “niyə yox­dur, Mir­zə Cə­li­lə qar­şı çı­xan Əli­bəy Hü­seyn­za­də mək­tə­bi olub” ca­va­bın­dan son­ra, “oxu­ma­mı­şam” de­dim.

 

Hə, həqiqətən, o vaxtlar Əlibəy Hüseynzadəni oxumamış­dım və buna görə xey­li xə­ca­lət çək­dim. İn­di Əli­bəy Hü­seyn­za­də is­mi­nin han­sı ali mə­qam­lar­da ol­du­ğu ba­rə­də, elə də çox da­nış­ma­ğa eh­ti­yac yox­dur. Bö­yük fikir ata­sı, yo­rul­maz fə­dai və türk­çü bir ki­şi! An­caq bu mə­qam qar­şı­sın­da rəh­mət­lik Mir­zə Cə­lil bö­yük­lü­yü­nə, Mir­zə Cə­lil fə­dai­li­yi­nə, da­hi­li­yi­nə bir­cə qa­rış köl­gə dü­şür­mü? Ca­vab bəl­li! On­la­rın hər iki­si Azər­bay­can dün­ya­sı­nın, Azər­bay­ca­nın fi­kir, ide­ya aləminin nə­həng­lə­rin­dən ola­raq qa­lır­lar. Yal­nız Azər­bay­ca­na de­yil, bü­tün türk dünyası­na, bə­şə­riy­yə­tə nur sa­çan əvə­ze­dil­məz si­ma­lar­dır­lar. Za­tən bir-bir­lə­ri­ni qırsalar be­lə!

 

Yaxud Yu­sif Və­zir Çə­mən­zə­min­li­nin “Mü­sa­vat­çı­ya ca­vab” adlı açıq mək­tu­bunu götürək. Yusif Vəzir bu­ra­da Mü­sa­va­ta, onun müx­tə­lif rəh­bər­lə­ri­nə, hət­ta Mə­həm­məd Əmin bə­yə ən sərt ifa­də­lər ün­van­layıb. Nə edək, han­sı­nı si­lək? Mə­həm­məd Əmin bəyi, yox­sa Yu­sif Və­zi­ri? Təbii ki, heç bi­ri­ni sil­mə­li de­yi­lik, hər iki­si­ni se­və­rək­dən öyrən­mə­li, yax­şı-ya­ma­nı ilə bir yer­də ya­şat­ma­lı­yıq. Ancaq on­la­rın yan­lış­lıq­la­rı­nı bir daha tək­rar­la­mamaq şər­ti­lə… Çünki söh­bət ki­min haq­lı, ya­xud haq­sız ol­ma­sın­dan deyil, ta­ri­xin ib­rət dərs­lə­rin­dən ge­dir.

PAYLAŞ

Oxşarlar

 ABŞ tarixində hər zaman xatırlanacaq hadisələrin təhlili

ABŞ tarixində hər zaman xatırlanacaq hadisələrin təhlili

11 Yanvar 2021

Mətbuatdan aldığımız məlumatlara görə hazırkı Prezident Donald Trampın çoxminlik tərəfdarları Kapitoliy yaxınlığında etiraz aksiyası keç… ƏTRAFLI

“Süni intellekt bədii mətnlərə də baş vuracaqsa  “orta səviyyəli bədii stilizasiyadan” o yana keçməyəcək...”

“Süni intellekt bədii mətnlərə də baş vuracaqsa “orta səviyyəli bədii stilizasiyadan” o yana keçməyəcək...”

05 Yanvar 2021

  STM-in baş məsləhətçisi Tural İsmayılov şair Səlim Babullaoğlu ilə söhbətləşib. Həmin söhbəti təqdim edirik:   Tural … ƏTRAFLI

Qismət Rüstəmovla Mario Varqas söhbəti (Müsahibə)

Qismət Rüstəmovla Mario Varqas söhbəti (Müsahibə)

18 Dekabr 2020

Müsahibimiz yazar Qismət Rüstəmovdur. Qismət: “Lyosanı ona görə oxumaq lazımdır ki, gerçəkləyin birqatlı, birüzlü olmadı… ƏTRAFLI