Ekspert rəyləri

Koronavirus şəraitində dövlət cəmiyyət münasibətləri. KİV-lər və sosial şəbəkələrin prosesdə rolu

Giriş: Koronavirus dünyanı təhdid edən qlobal problem kimi

Birinci dünya müharibəsi bitərkən başlayan İspan qripindən 50 milyon insan öldü. Siyasət bundan dərs almadığı üçün bu hadisədən 23 il sonra İkinci dünya müharibəsi başladı. Görünən odur ki, İspan qripi sonrası dövlətlər elm, səhiyyə sahəsindəki tədqiqatlarəndan daha çox silah sənayisinin inkişafına və güclənməsinə şərait yaradıblar.

 

2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində baş qaldıran koronavirus beş ay müddətində bütün dünyaya yayılaraq insanlığın kabusuna çevrilmişdir. Çin karantin rejimindən çıxdığını elan etsə də dünyanın diğər güclü dövlətləri Amerika, İtaliya, İspaniya, İngiltərə, Fransa, Hollandiya, Belçika, Türkiyə, Rusya, İran və demək olar ki bütün dövlətlər böyük itkilər verərək vaksini hələ tapılmayan koronavirusla mübarizə aparır. Koronavirus infeksiyasının dünyada geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etdiyi şəraitdə dünya dövlətləri insanların sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün çox ciddi qoruyucu tədbirlər həyata keçirməyə başladı. Sərhədlər bağlandı, gediş-gəlişlər minimallaşdırıldı, cəmiyyətlərdə təmaslara məhdudiyyətlər gətirildi, insanlar evlərinə qapandı. Bir tərəfdən insanlar olub bitənləri və nələrin başverdiyini, onları hansı günlərin gözlədiyini anlamağa çalışarkən, diğər tərəfdən dövlətlər vətəndaşları üçün səmərəli tədbirlər planları hazırlayıb həyata keçirməyə başladı. Hal hazıkı dövürdə dünyada demək olarki bütün dövlətlər resursalarını koronavirusla mübarizəyə səfərbər edərək cəmiyyətlərinin sağlamlığını ve tehlükesizliyini imkanları daxilində qorumaqla məşguldur.

 

Koronavirus şəraitində Azərbaycanda dövlət və cəmiyyət münasibətləri:

 

ÜST tərəfindən koronavirus infeksiyasının qlobal panemiya elan olunması Azərbaycanda da təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb. Azərbaycan ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, xalqının sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişlendirib. Çünki, əhalinin həyat şəraitinin, onların sağlamlıq və təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal virusun təsirindən müdafiəsi Azərbaycan dövləti və hökuməti üçün ən prioritet məsələdir (qafqazinfo.az/news/detail). Səhiyyəsi, iqtisadiyyatı, idarəçiliyi ilə Azərbaycan vətəndaşlarının bu və diğər təhlükələrdən etibarlı müdafiəsini təmin edəcək gücə sahib dövlətdir. Karantin və qlobal virusun yaratdığı şəraitə baxmayaraq dövlətin aparat və orqanları sistemli olaraq fəaliyyətini davam etdirərək dövlətin qüdrətini və gücünü nümayiş etdirməkdə. Koronavirus səbəbi ilə Azərbaycanda tətbiq olunan qaydalar vətəndaşın sağlamılığına və təhlükəsizliyinə xidmət edir. Belə bir şəraitdə hər bir ölkə vətəndaşı sosial məsuliyyətini dərk edərək karantin qaydalarına əməl etməklə cəmiyyətin birliyinə və sağlamlığına töhfə vermə bilər.

 

Koronavirus dövründə sosial şəbəkələrin və KİV-lərin cəmiyyətə təsiri qlobal problem kimi.

 

Sosial şəbəkələrin cəmiyyətə təsir prosesi internetin inkişaf etdiyi bütün dünya ölkələrində gedir. Tədqiqatlar göstərir ki, internet cəmiyyətdə individualizm dəyərlərinin inkişafına şərait yaradır. Kollektiv dəyərlər virtual məkanda sosial şəbəkələrdə formalaşır. İnternetin və sosial şəbəkələrin insanların həyətında mühim yer aldığı bir zamanda karantin şəratində yaşayan insanların iformasiya mənbəyi internet və sosial şəbəkələrdir. (www.dunya.com) Belə olan şəraitdə orada koronavirusla bağlı yayılan informasiyalar karantin şəratində yaşayan insanların əhval-ruhiyyəsinə və psixologiyasına təsir etməkdə. Bütün bunları nəzərə alaraq aşağıdakılar töfsiyə edilir:

  • cəmiyyət dövlətin verdiyi rəsmi məlumatlar xaricidə diğər rəsmi olmayan məlumtlara inanmamalı və etbar eməməli

 

  • sosial şəbəkə istifadəçiləri, KİV-lər, adminlər koronavirusla bağlı tətbiq olunan qayda və qanunların həm də cəmiyyətin informasiya təhlükəsizliyi məsələsi oluğunu dərk etməli;

 

  • hər bir sosial şəbəkə istifadəçiləri, KİV-lər, adminlər və media qurumları, vətəndaşlar tərəfindən koronavirusla bağlı tətbiq olunan qaydalara riayət olunmasını mailk olduğu potensila uyğun təbilğ etməli;

 

  • cəmiyyəti maarifləndirməli panika, ajiotaj yaranmasına yol verməməli;

 

  • cəmiyyətdə informasiya kirliliyinə və narahatçılığa səbəb olacaq şaiyə xarakterli məlumatlar yaymaqdan çəkinilməli;  
  • televiziya, sosial şəbəkələr, KİV- lər vasitəsilə məktəblər, idarə və müəssələrdə internet və sosial şəbəkələrdən düzgün istifadə edilməsi ilə bağlı maarifləndirici təbliğatların aparılması;

 

  • televiziyada ailə dəyərlərini əks etdirən bədii, sənədli filmlərin, teatır tamaşalarının nümayiş etdirilməsi.

 

Mövcud şərait və virusun sürətlə yayılma dinamikası və nəticələri göstərirki izolyasiya və dövlətlərin bir birinə dəstəyi olmasa koronavirus kainatımz üçün daha böyük və ciddi fəsadlara səbəb olacaq. Bu eyni zamanda dünya dövlətlərinin siyasi, sosial və iqtisadi strategiyalarının dəyişməsinə və yenidən formalaşmasına da zəmin yaradacaq. Bütün bunarı nəzərə alaraq aşağıdakı mühakiməni yerütmək olar;

 

Koronavirus sonrası dünyada nələr dəyişəcək

 

  • vətəndaşı-cəmiyyəti qorumağa üstünlük verən ölkələr daha da güclənəcək  inkişaf edəcək;
  • milli birlik və tolerantlıq nümayiş etdirən ölkələr nümunə təşkil eədəcək;
  • dövlətlər siyasi və iqtisadi yol xərəitəsini dəyişdirəcək;
  • virusun elmi izahını və çarəsini elmdə axtaranlar çarəni yenə də elmin açdığı qapıda tapacaq;
  • dövlətlər silahdan daha çox səhiyyə, texnalogiya və elmi tədqiqat sahələrinə büdcə ayıracaq;
  • siyasət elmə dəstək verməli, ama elmin işinə qarışaraq dünyayı fəlakətə sürükləməməli düçüncəsinə daha çox üstünlük veriləcək(Almanya nümunəsi);
  • BMT-nin qətnamələri icra eilməsədə ÜST-nın qətnamələrinə əməl ediləcək;
  • ailə institutlarının strategiyasının gücləndirilməsinə üstünlük veriləcək;
  • vətəndaş qiqiyena, təmizlik və yazılı qanunlara daha çox riayət edəcək, kölgə iqtisadiyyatlar azalacaq;

 

Koronavirus sonrası dünyada nələr dəyişməyəcək

 

  • dinlə elm bir birinin alternativi olmağa davam edəcək;
  • virusun tanrıdan gəldiyini inanalar üçün çarəni də tanrı göndərəcək düşüncəsi davan edəcək;
  • koronavirus pandemiyası bitsə belə müharibə və münaqişələr qaldığı yerdən davam edəcək;
  • siyasətin elmə qarışdığı və təsir etdiyi ölkələr fəlakətlərə səbəb olmağa davam edəcək və hər hansı fəlakətlə üz üzə qaldığı zaman isə özünü itirəcək, əli ayağına dolaşacaq kimi və kimdən nümunə götürüm hissinə qapılacaq (Amerika nümunəsi);
  • cəmiyyət, ailə insitutlarının güclənməsinə əhəmiyyət verməyənlər daha çox narazılıq və böhranlarla qarşılaşacaq

 

Unutmayaq ki, koronavirus alacağınız tədbirlərdən daha güclü deyildir.

 

 

Əfqan Vəliyev

PAYLAŞ

Oxşarlar

 Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

29 İyul 2020

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi ey… ƏTRAFLI

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

17 İyul 2020

Dünyadakı hadisələrin öz sabit axarı ilə hərəkət etdiyi, pandemiya və karantinin olmadığı bir dönəmdə İsveçdən olan Qreta Tünberq … ƏTRAFLI

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

10 İyul 2020

ABŞ-da sərt karantin və polis zorakılığına  qarşı olan etirazlar insanları seçim qarşısında qoyub - pul yoxsa həyat.  Qurbanların əksəriyy… ƏTRAFLI