logo
AZ

Ekspert rəyləri

Ermənistanda misli görünməmiş oğurluq

Ermənistanın təslimçi kapitulyasiyasından sonra ölkədə böyük bir ictimai narazılıq eyforiyası hökm sürür. Artıq insanlar iqtidardan oğurluğa və büdcə talançılığına qarşı ciddi addımlar gözləyirlər. Sarkisyan xuntasının talançılığından sona bu dəfə Nikol Paşinyan və ailə üzvlərinin büdcə qəsbi özünün ən yüksək nöqtəsinə çatıb. 

 

"Baş nazirliyi müddətində Paşinyan bir dənə də olsun məntiqli antikorrupsiya islahatı həyata keçirə bilməyib”.

Ermənistan baş naziri Nikol Paşinyanın və rəhbərlik etdiyi hökumətin korrupsiyaya qarşı mübarizəsi sonu bitməyən və əsas antaqonistlərin hər yeni mövsümdə dəyişdiyi siyasi serialı xatırladır. Rusiyanın "Vestnik Kafkaza” nəşrində dərc olunan məqalə bu sözlərlə başlayır.

 

Erməni müəllif yazır ki, Ermənistanda sistemli korrupsiyanın olduğunu baş nazir özü də təsdiqləyir. Stabil olaraq hər altı aydan bir hökumətin geniş tərkibli iclasında hüquq-mühafizə orqanlarını sərt tənqid edir, antikorrupsiya işlərinin gedişindən narazılığını ifadə edir. Baş nazir dayanmadan yeni-yeni strategiyaları anons etməkdə davam edir, rüşvətxorluğa qarşı kompromissiz mübarizədən, yeni institusional strukturlardan danışır. Ermənistanda korrupsiya özünü daha çox polis, təhsil sahəsində, dövlət satınlamaları və tenderlərin təşkilində göstərir.

 

Baş nazirin qənaətincə, hüquq-mühafizə orqanları əməkdaşlarının bu cür fəaliyyəti səbəbindən, korrupsionerləri bir qismi ölkəni tərk etməyə, digərləri isə sübutları məhv etməyə müvəffəq olur. Təhsil sahəsində rüşvət erməni cəmiyyətində "yumşaq korrupsiya” hesab edilir. O ki qaldı dövlət satınalmaları və tenderlərin təşkilinə, bu, erməni iqtisadiyyatının xroniki problemini – bütün sferalar üçün xarakterik olan defisiti üzə çıxarır. Ermənistanda resurs və vasitə çatmır. Ölkənin investisiya cəlbediciliyi yüksək səviyyədə korrupsiyalaşma səbəbindən əvvəlkitək aşağıdır. Dövlət büdcəsi hesabına varlanmaq istəyənlər sırasında biznesmenlər birinci sırada dururlar. 

 

Paşinyan öz siyasətində sosial mühiti nəzərə almır. O əmindir ki, erməni rüşvətxorluğunun təbiəti şəffafdır və korrupsionerlərin şəxsi keyfiyyətləri ilə bağlıdır. Paşinyanın aləmində korrupsiya ilə mübarizə həbslər və iri cinayət işləridir- bunların ardınca isə kadr dəyişiklikləri həyata keçirilir. Bu səbəbdən də ictimaiyyət daha çox Paşinyanın inqilabına şəxslərin dəyişməsi kontekstində baxır. Nəticədə korrupsiyaya qarşı real mübarizədə Paşinyan onu öz proteksiyası altına alır, nümayişkənarə şəkildə ona sərf etməyən şəxsləri uzaqlaşdırır, ətrafında yalnız ona loyal şəxsləri saxlayır. Özünün baş nazirliyi müddətində Paşinyan bir dənə də olsun ağıllı antikorrupsiya islahatı həyata keçirə bilməyib. Əvəzində Ermənistanda daha çox siaysətçilərin və yüksık çinli hüquq-ühafizə orqanları əməkdaşlarının satqınlığı barədə ittihamlar səslənməyə başlayıb. Paşinyan heç bir zaman dəqiqləşdirmə aparmaq istəmir ki, siyasi "kontrcasuslar” onu, onun inqilabının ideyalarını və yaxud onun görmək istədiyi Ermənistanı satır.

 

Ermənistanın "Politekonomia” tədqiqat institutunun rəhbəri Andranik Tevanyanın ifadə etdiyi kimi, Nikol Paşinyan erməni cəmiyyətini son hüceyrəyə qədər parçalamağa müvəffəq olub. Ekspertin qənaətincə, indi də Nikol cəmiyyətdə ikitirəlik yaratmağa çalışır. Və indi də insanların rusyönümlülər və rusyönümlü olmayanların bölünməsinə başlayıb. Onun qənaətincə, bunların qiymətini dövlətin itirilməsi şəklində ödəyə bilərlər. Daxili siyasi mübarizəni xarici oriyentasiyalar sahəsinə aparmaq ölkəmiz üçün hədsiz dərəcədə təhlükəlidir”, - deyə ekspert qeyd edib.

 

 

Erməni mediası yazır ki, qanunsuz mənşəli əmlakın müsadirə edilməsi prosesi çərçivəsində 206 nəfərə məxsus əmlakla bağlı istintaq başlayıb. Prokurorluq bu barədə məlumat verərək əlavə edib ki, prosesi ən qısa müddətdə təşkil etmək və onların maneəsiz həyata keçirilməsini təmin etmək üçün baş prokurorun verdiyi təlimata əsasən 2020-ci ilin avqust ayında cinayət işləri bir-birindən ayrılıb.

 

3 sentyabr 2020-ci il tarixindən məsul bölmənin illeqal gəlirləri yoxlaması nəticəsində onlardan 206-na aid əmlakla bağlı araşdırmalara başlanılması barədə qərar qəbul edilib.

 

İndi Ermənistan ictimai fikri bir məsələni müzakirə edir: Nikolun oğurluqlarına da sıra çatacaqmı?

 

Tural İsmayılov

PAYLAŞ

Oxşarlar

Azərbaycanda dil, din və mədəni identikliyin qorunmasının  siyasi-hüquqi əsasları

Azərbaycanda dil, din və mədəni identikliyin qorunmasının siyasi-hüquqi əsasları

12 Aprel 2021

Vətəndaş inteqrasiyası prosesi beynəlxalq təcrübəyə və etnik azlıqların idarə olunmasının beynəlxalq standartlarını müəyyənləşdirən siyasi-h&… ƏTRAFLI

Azərbaycanın təbii qaz ehtiyatı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər

Azərbaycanın təbii qaz ehtiyatı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər

01 Aprel 2021

Gələcəkdə təbii qazın istifadəsi qaçınılmazdır.  Avropanı narahat edən ən böyük problemlərdən biri enerji təhlükəsizliyi və Avro… ƏTRAFLI

AZƏRBAYCANDA TOLERANTLIQ: TARİX VƏ MÜASİRLİK

AZƏRBAYCANDA TOLERANTLIQ: TARİX VƏ MÜASİRLİK

18 Mart 2021

Müasir dövrdə beynəlxalq aləmdə baş verən xoşagəlməz hadisələr dünyada sabitliyi qorumaq üçün ilk növbədə insanlar arasınd… ƏTRAFLI