Ekspert rəyləri

Böyük yeddilik ölkələri koronavirusu dayandıra bilərmi? - TƏRCÜMƏ

Böhranı həll etmək üçün böyük yeddilik ölkələri heç bir öhdəlik götürməyiblər.

 

Dünyanın aparıcı ölkələri koronavirusla mübarizəyə qoşulublar. Son günlərdə sosial məsafə ilə bağlı artan tələblər, mərkəzi bankın kütləvi müdaxiləsi və  böyük maliyyə planları müşahidə edilir. Lakin, bununla belə pandemiyaya qalib gəlmək məqsədilə çoxşaxəli əməkdaşlıq planları aparılmır. Gələn həftə keçirilməsi plalaşdırılan G-20 iclası mövcud vəziyyəti düzəltmək üçün yaxşı bir fürsət ola bilər.

 

G-7 və G-20 kimi çoxtərəfli qruplar nədənsə bu aktual mövzu haqda  danışmaqdan bir qədər yayınırlar. Böhranın həll yolunu tapmaq məqsədilə G-7 liderləri koronavirus pandemiyası ilə bağlı yaranan sualları cavablandırmaq üçün təcili iclasda bir araya gəlib. Böhranı həll etmək üçün əvvəlcədən “lazımi tədbirlər” vədi verilsə də liderlər bunu yerinə yetirməklə bağlı öhdəlik götürməyiblər. Lakin, bu belə olmamalı idi. 11 sentyabr hadisələrindən sonra böyük səkkizlik (G-8) ölkələri nəqliyyat təhlükəsizliyindən fövqəladə hallar zamanı qabaqlayıcı tədbirlərə qədər xüsusi öhdəliklər götürmüşdü İclasdakı məsələlər təyyaraələrdəki kokpit qapıları, sərnişinlər haqqında məlumatlar, beynəlxalq havalimanlarında vahid konteyner təhlükəsizliyi və portativ hava səthinə yayılan raketlərin ixracatı haqqında idi. G-8, eyni zamanda, milyonlarla insanın həyatını xilas edən QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondu işə salmaqla AİDS pandemiyasına qarşı mübarizədə ön sıralarda idi. G-20, qlobal maliyyə böhranından sonra əsas rol oynayıb, belə ki, 2009-cu ildə 5 trilyon dollarlıq paketi verərək yeni maliyyə tənzimləmələrini təklif edib.  

 

Əlbəttə ki, zaman dəyişir və qlobal ÜDM-in 90 faizini təşkil edən G-20, indi Qərb demokratiyalarını Çin və Rusiya kimi rəqibləri ilə bir araya gətirir. Hətta son illərdə böyük yeddilik ölkələrinin sammiləri sayısız çəkişmələr və Trampın son rəsmi imzalanmamış bildirişi ilə yadda qalıb.

 

Fransa prezidenti Emanuel Makronun dediyi kimi, biz hal-hazırda qlobal bir pandemiya ilə müharibədəyik. Beləliklə, G-20 liderləri üçün başqa bir xoşagəlməz bir bəyanat vermək sağlamlıq və iqtisadiyyat üçün risklər vacib deyil. “Müharibə dövrü”nə uyğun gündəlik qəbul edilməlidir və G-7 daha sıx əməkdaşlıq etməli və dəqiq qərarlar almalıdır. 

 

Bu virusla mübarizə üçün yeni vədlər verilməlidir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı, pandemiyaya hazırlıq və ona qarşı mübarizə xərclərini ödəmək üçün əlavə 675 milyon dollar tələb etdi. Cümə səhərinə qədər, lazımi vəsaitin 25%-dən az hissəsini almışdı. G-20 qalan hissəsini təmin etməyi öhdəsinə götürməlidir. G-20, inkişaf etməkdə olan ölkələrdə virusla mübarizə üçün əlavə maliyyələşdirmə də etməlidir.

       

G-7 beynəlxalq sərhədlərdə ekran iştirakçılarına protokollar da daxil olmaqla mövcud səyahət tənzimləmə qaydalarını uyğunlaşdırmalı və G-20 üzvlərini mümkün qədər kordinasiya etməlidir. Hər iki qrup liderləri həm maliyyə həm də pul siyasəti  baxımından iqtisadi cavabları kordinasiya etməlidir.

     

G-7 ölkələri koronavirus peyvəndi üzərində aparılan tədqiqat işlərini təkrarlamamaqla əlaqələndirməyə razı olmalıdırlar və vaksinin kifayət qədər miqdarda istehsal olunacağını və geniş şəkildə çatdırılmasını təmin etmək üçün zəmin hazırlamalıdırlar. Buraya qlobal peyvənd alyansının kasıb ölkələrə çıxışını təmin etmək üçün GAVI üçün girov fondları daxil ola bilər. Həm G-7, həm də G-20 səviyyələrindəki liderlər gələcək görüşlər keçirilməyincə növbəti görüşlərini buraxmamalı, əksinə icrası xüsusi öhdəliklərə və hədəflərə uyğun olaraq izləyəcəkdir.

 

 Koronavirusla sosial məsafə mövzusu bir daha gündəmə gəldi. Eləcə də ölkələr düşmənləri ilə aralarında məsafə saxlamaq məcburiyyətində qaldılar. Gələn həftədən isə virtual sammitlərə start veriləcək.

 

Afaq Məmmədova

PAYLAŞ

Oxşarlar

 Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

29 İyul 2020

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi ey… ƏTRAFLI

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

17 İyul 2020

Dünyadakı hadisələrin öz sabit axarı ilə hərəkət etdiyi, pandemiya və karantinin olmadığı bir dönəmdə İsveçdən olan Qreta Tünberq … ƏTRAFLI

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

10 İyul 2020

ABŞ-da sərt karantin və polis zorakılığına  qarşı olan etirazlar insanları seçim qarşısında qoyub - pul yoxsa həyat.  Qurbanların əksəriyy… ƏTRAFLI