Ekspert rəyləri

“Avropa İttifaqı Haqqında Təsəvvürlər. Azərbaycanda ictimai rəy sorğusu”adlanan, Aİ-nın Şərq Tərəfdaşlığı (EaP) layihəsinin altı ölkəsində keçirilən son sorğunun nəticələri

AB-nin Şərq Tərəfdaşlığı (EaP) layihəsinin altı   ölkəsində “Avropa İttifaqı Haqqında Təsəvvürlər. Azərbaycanda ictimai rəy sorğusu”adlanan   son  sorğunun nəticələri açıqlanıb. İllik sorğu Azərbaycan, Belarus, Gürcüstan,Ermənistan, Moldova və Ukraynada 2020-ci ilin fevral-mart ayları ərzində 6000 nəfərlə (hər ölkədə 1000 nəfər) üz-üzə müsahibə yolu ilə keçirilib. Aİ-nin Şərq Qonşuluğu layihəsi   2016-cı ildən başlayaraq,hər il Aİ-nin altı Şərq Tərəfdaşlığı ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir. Layihəni Avropa İttifaqı Maliyyələşdirir.(https://www.euneighbours.eu/sites/default/files/publications/2020-06/EUNEIGHBOURS_east_AS2020report_AZERBAIJAN_0.pdf)

 

 

Sorgunun nəticələri ilə bağlı məlumatda deyilir ki, illik sorğuların məqsədi Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Aİ haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır. Cari-sonuncu sorğu 2020-ci ilin fevral və mart ayları arasında (COVID-19 böhranından əvvəl) keçirilib və hər ölkədən 1000 nəfər respondentlə üz-üzə müsahibələrə əsaslanır. 

 

2020-ci ildə keçirilən rəy sorğusuna əsasən:

  • Azərbaycan vətəndaşlarının 44%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı il ilə müqayisədə 17% artıbır. Əhalinin cəmi 9%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.
  • Azərbaycanlıların 30%-i Aİ-nin öz ölkəsinə maliyyə dəstəyindən xəbərdardır, 76%-i bu dəstəyin səmərəli olduğunu düşünür.
  • Avropa İttifaqı haqqında məlumatlı olan Azərbaycanlıların 69%-i Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür.
  • Aİ ən çox etibar edilən xarici qurumdur və respondentlər arasında ona etibar edənlər 41% təşkil edir (göstərici 2018-ci illə müqayisədə 13% yüksəlib). Bundan fərqli olaraq,Avrasiya İqtisadi Birliyinə  respondentlərin cəmi 26%-i etibar edir.

 Azərbaycanlıların Aİ ilə bağli olan dəyərləri  sırasında   75 % respondent “İnsan hüquqlarının” əsas dəyərlər sırasında 1-ci yerdə durmasıni bildirib.

 

 

 

 Aİ haqqında müsbət, neytral və ya mənfi təsəvvürə maliksiniz?-sualına cavablar:

 

Sorgu 4 əsas istiqamət ətrafında təşkil olunur:1.AB hadqa xalqların ümumi təsəvvürləri; 2.Aİ haqda informasiyanın əsas mənbələri;3.Ölkənin qiymətləndirməsi və gələcək gözləntilər;4. AB-nə münasibətdə   müsbət və neytral mövqedə olan vətəndaşların səciyyələndirilməsi.

 

Əvvəla qeyd edək ki, 6 ölkə arasında Avropaya ən “yaxın”hesab edilən Ukrayna və Gürcüstanda vətəndaşların rəylərinin ən son 5-6-cı yerlərdə durması, Azərbaycanın isə 2-ci yerdə sıralanması maraqlı olduğu qədər də paradoksaldır.

Aİ haqda müsbət,mənfi yaxud neytral mövqelərə maliksizmi?-sualına cavablarda vəziyyət:

 

 

AB-nin ölkənizə maliyyə dəstəyi səmərəli olubmu?

 

 

Azərbaycan üzrə sorğunun təhlil

 

Sorguda təbii olaraq bizi ən çox maraqlandıran bölmə 3-cü: Ölkə qiymətləndirməsi,vətəndaşların ölkənin və özlərinin gələcəyinə necə baxmaları haqda rəylərdir. Sorğunun Azərbaycan dilində təqdim edilən 3 səhifəlik icmal bülletenində-3.4.1. Azərbaycanda hazırkı vəziyyətə baxış bölmə əksini tapmayıb.(https://www.euneighbours.eu/az/east/stay-informed/publications/ry-sorgusu-2020-azrbaycan)

 

Qeyd edək ki, Aİ-nın sorğusunda vətəndaşlarımızın öz hökümətinə etibar səviyyəsinin 82 faiz-yəni 6 ölkə arasında ən yüksək olması müxalif cəbhəni narahat edib və bununla bağlı açıqlamalar verilib. 

 

Azərbaycanlıların ölkənin siyasi qurumlarına etibarı

 

Azərbaycanlıların Avripa İttifaqına etibarlılıq səviyyəsi ümumilikdə Avropanın Şərq Tərəfdaşlığı(AŞT) ölkələrindəki  ümumi səviyyəsindən xeyli yüksək olaraq qalıb.

 

Əsasən hökumətə etibar-82% və siyasi partiyalara -48% inam demək olar keçən sorğularda olduğu kimi qalıb,cüzi-3 faiz azalma olub.Bundan bir qədər fərqli olaraq,regional və yerli icra strukrurlarına inam-61% olmaqla keçən dəfədən  6% a azalıb.     Parlamentə inam 57% faiz təşkil edib. İnamın Ən çox  və əhəmiyyətli dərəcədə-13% azaldığı siyasi insttutut  Parlamentdir.   Bu nəticə, ehtimal ki, 2020-ci ilin Fevral seçkilərinin nəticələri ilə əlaqədar olub,xalqın gözləntilərinə əks olaraq, ciddi siyasi dəyişiklik yaranmaması ilə izah edilə bilər. Vətəndaşların dini liderlərə   inam hissi təxminən 60% olub, 2019-cu ildəki 58%-dən əsaslı dəyişiklik olmayıb.

 

 

“3.4. Azərbaycanın indiki vəziyyəti və gələcək gözləntiləri” Azərbaycanlıların öz siyasi qurumlarına inamı - EAP səviyyəsindən xeyli yüksək olsa da, 2019-cu ildən bu yana nisbətən azalmışdır.2020-ci ilin fevral seçkilərinin nəticələrinə görə, xalqın gözləntiləri ilə dəyişikliklər arasında fərq əsas götüürlüb.

 

Azərbaycanlıların təxminən yarısı- 49%-i demokratiyanın səviyyəsindən "razıyam", əksəriyyəti-35 %-zi “kifayət qədər razıyam”cavab verib.( Bu göstəricilər toplam-85 % razılıq ifadə edir-red.)Narazılıq səviyyəsi xüsusilə böyük şəhərlərin sakinləri 61% və ölkənin şimal-şərqində (64%) yaşayanlar   arasında yüksəkdir.

 

2019 illə müqayisədə daha çox vətəndaşlar “Qarabağ münaqişəsi” (30%, 2019-cu illə müqayisədə 6%-artım) ilə əlaqədar narahatlıq keçirir! Qarabağ münaqişəsinin ən böyük və yerinə yetirilməmiş narahatlıqlardan biri olaraq qaldığı vurğulayır.

 

Narahatlıq dərəcəsinə görə, Qarabağ münaqişəsindən sonrakı yeri 'korrupsiya' tutur- 23%; Bu göstərici ötən-2019- sorgudan 5% artıqdır. Rəyi soruşulan vətəndaşların  yarısının-49%  rəyinə görə, ölkədəki ən mühüm problem, “korrupsiya” olaraq qalır.Demokratik quruculuqla bağlı onu da qeyd etmək lazımdır ki, vətəndaşların "azad və ədalətli seçkilərin" keçiriləcəyinə "qəti əmin"olanlar-18%, " 23% 'müəyyən dərəcədə  razı"olanlar -23 %-dir ki, burada  2019-cu ildən bəri 22 faiz azalma var.

 

 

Professor Tahirə Allahyarova

PAYLAŞ

Oxşarlar

 Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

29 İyul 2020

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi ey… ƏTRAFLI

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

17 İyul 2020

Dünyadakı hadisələrin öz sabit axarı ilə hərəkət etdiyi, pandemiya və karantinin olmadığı bir dönəmdə İsveçdən olan Qreta Tünberq … ƏTRAFLI

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

10 İyul 2020

ABŞ-da sərt karantin və polis zorakılığına  qarşı olan etirazlar insanları seçim qarşısında qoyub - pul yoxsa həyat.  Qurbanların əksəriyy… ƏTRAFLI