Azərbaycanın xarici ticarətinin vəziyyəti (Qrafik 1.) son 20 il üzrə aşağıdakı kimi xarakterizə oluna bilər:
2005-2024-cü illər ərzində ixracın vəziyyəti:
• 2005-2024-cü illər ərzində 2008-ci ildə ixrac ən pik səviyyədə olmuşdur (təqribən 48 mlrd. ABŞ dolları).
• 2009-2011-ci illərdə ixrac dinamik şəkildə artmışdır.
• 2012-2015-ci illərdə ixrac dinamik şəkildə azalmışdır.
• 2016-2019-cu illərdə ixrac dinamik şəkildə artmışdır.
• 2020-ci ildə pandemiya dövründə ixrac azalmışdır.
• 2021-2022-ci illərdə ixrac kəskin artmışdır.
• 2023-2024-ci illərdə ixrac kəskin azalmışdır.
2005-2024-cü illər ərzində idxalın vəziyyəti:
• 2005-2024-cü illər ərzində 2024-cü ildə idxal ən pik səviyyədə olmuşdur
(təqribən 21 mlrd. ABŞ dolları).
• 2005-2019-cu illərdə idxal dinamik şəkildə artmışdır.
• 2020-ci ildə pandemiya dövründə idxal azalmışdır.
• 2021-2024-cü illərdə idxal dinamik şəkildə artmışdır.
Azərbaycanın xarici ticarət dinamikası, min ABŞ dolları (2005-2024)
2020-2024-cü illər ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixrac dəyərinin ümumi ixracda xüsusi çəkisini nəzərdən keçirərkən, görürünür ki, bu göstərici 2020-ci ildə müvafiq olaraq 13% təşkil etmiş, 2021-2023-cü illərdə azalma müşahidə edilmiş və 2024-cü ildə isə 2020-ci ildəki səviyyəyə gəlib çatmışdır (Diaqram 1.).
Dövlət Gömrük Komitəsinin statisitik məlumatlarına əsasən, 2025-ci ilin yanvar-may ayları ərzində ümumi ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,23% azalaraq təqribən 11 mlrd. ABŞ dolları civarında olmuş, ümumi idxal isə 48,8% artaraq təqribən 10 mlrd. ABŞ dolları civarında olmuşdur.
2025-ci ilin yanvar-may ayları ərzində neft və neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,88% azalaraq təqribən 9,6 mlrd. ABŞ dolları civarında olmuş, qeyri-neft məhsulları isə 11,63% artaraq təqribən 1,4 mlrd. ABŞ dolları civarında olmuşdur.
2025-ci ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, pambıq lifi və neft-kimya məhsulları qeyri-neft məhsulları ixracının təqribən 60%-ni təşkil edir (Diaqram 2.).
2025-ci ilin yanvar-may ayları ərzində ən çox idxal edilən avadanlıq, nəqliyyat vasitələri və qida məhsulları ümumi idxalın təqribən 30%-dən çox hissəsini təşkil edir (Diaqram 3.).
2025-ci ilin yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas məhsulların ixrac dinamikası cədvəl 1.-də öz əksini tapmışdır.
2025-ci ilin yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas məhsulların idxal dinamikası cədvəl 2.-də öz əksini tapmışdır.
İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Böyük Britaniya və ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır.
Beləliklə, son illər üzrə Azərbaycanın xarici ticarət statistikası onu göstərir ki, qeyri-neft məhsullarının ixracı ilbəil yüksəlir. İxrac olunan məhsullar arasında əsasən meyvə-tərəvəz və neft-kimya məhsullarından gələn gəlir, idxal olunan məhsullar arasında isə əsasən avadanlıq və qida məhsullarına çəkilən xərc artmaqdadır.
İstifadə olunan mənbələr:
1. https://customs.gov.az/
2. http://www.stat.gov.az/
Elmir Mehdiyev
STM-in Sosial-iqtisadi təhlil departamentinin aparıcı məsləhətçisi