Go to top
skip to main content

Ermənistanda qadınların ağır durumu

25.07.2020

Yerevanda hamilə qadının etirafları hər kəsi heyrətə gətirib. Belə ki, o, “tək idim, bütün gün ağlayırdım, hətta əlimi  tutmağa bir kimsə yox idi” deyib. Xəstəxanada ona sərt davrandıqlarını, əri və ailəsi ilə görüşməyə qadağa qoyduqlarını, doğuş zamanı çətinlik çəkdiyini, həkimlərin onunla sanki robot kimi rəftar etdiklərini bildirib.  

 

Ümumdünya Səhiyyə Təşkilatın qeyd edir ki, razılıq və danışıqlar əsasında  digər valideynə mütləq icazə verilir. Həyat yoldaşı tərəfindən verilən psixoloji dəstək çox vacibdir və hətta ağrıkəsicidən az istifadə olunmasına da şərait yaradır. 

 

 

Ermənistanda mayın 4-dən aradan qaldırılan karantin rejimi nəticəsində yoluxanların sayı 2200-dən 20.000-ə çatıb. “OpenDemocracy” Yerevanın doqquz perinatal xəstəxanasından səkkizinin, doğum edən qadınların birinci dərəcəli qohumlarının doğumdan əvvəl və sonra xəstəxanaya baş çəkməyə icazə vermədiyini açıqlayıb. 

 

İyun ayının ortalarında Səhiyyə Nazirliyi də “OpenDemocracy”yə "virusun yayılmasının qarşısını almaq üçün nazirlik səhiyyə müəssisələrinə ziyarətləri müvəqqəti olaraq dayandırmağı təklif etdiyini bildirib. Əslində, digər  profilaktik tədbirlər görülsə də, həyat yoldaşlarına icazə verilmişdi- ancaq İrəvanda əlaqə saxladığımız xəstəxanalardan heç biri buna əməl etməyib.  

 

 “Həkimlər icazə verməsə yoldaşımla birlikdə özümüzü qandallayacağıq”

 

Yerevandakı xəstəxanada “OpenDemocracy” yə müsahibə verən qadınlardan bir neçəsi COVID-19-dan əvvəl də onlara qarşı hörmətsizlik edildiyini və daim təhlükə altında olduqlarını bildiriblər. Hətta onlardan biri həddindən artıq dözülməz ağrı içərisində ikən  həkimin sərt şəkildə qışqırdığını deyir.

 

Ermənistanda “Happy Delivery” ( "Xoş gələn") onlayn layihəsinin yaradıcısı, psixoloq Sona Burnazyan deyir ki, kasıb və təhsilsiz qadınlara daha çox hörmətsizlik edilir və onlar ikinci dərəcəli hesab edilirlər.

 

Nəzərinizə çatdıraq ki, bu yaxınlarda, həyat yoldaşının doğuşa buraxılmadığını bildirən qadın isə “əgər ona icazə verilməsə, biz özümüzü qandallayacağıq” adlı onlayn petisiya keçirib. 

 

Həyəcan təbili və hiss edilənlər

 

Bu ilin aprel ayının əvvəlində Yerevan xəstəxanalarının birində doğuş edən qadının sözlərinə görə, ona körpəni əmizdirməyə imkan vermədiklərini deyir. Nəticədə, yeni doğulmuş körpə üç gün ac qalıb. O xüsusilə qeyd edib ki, bu ÜST-ün göstərişlərinə tamamilə ziddir. 

 

Erməni mama-ginekoloq Ani Qasparyan pandemiya zamanı yaranan nizamsızlığın həkimlərin cədvəlini alt-üst ediyini, ancaq COVİD-19-dan əvvəl psixoloji yardım göstərmək, yeni analara və yeni doğulan uşaqlara lazımi qulluq edildiyini söyləyib.

 

Onun sözlərini isə digər bir mama-ginekoloq Syuzan Muradyan təkzib edib. Belə ki, Muradyan koronavirus əleyhinə görülən tədbirlərin qadınlarda yaratdığı böyük psixoloji fəsadlarının gözardı edildiyini deyib. Həmçinin, həmkarlarından və bəzi tibb işçilərindən hamilə qadınlara münasibətlərinin dəyişdirmələrini xahiş edib.

 

Afaq Məmmədova