Əlaqə

Sizin suallarınız

Təşkilatın missiyası ictimai münasibətlərin inkişaf dinamikasını sistemli və əhatəli təhlil etməklə yanaşı, bu sahədə tendensiyaları müəyənləşdirmək, dəyişiklikləri proqnozlaşdırmaqdır. Eyni zamanda, dəyişikliklərin cəmiyyətə təsirlərini araşdırmaq, müasir innovativ tətbiqlərlə ictimai fikri öyrənmək və tədqiq etmək, əldə edilən elmi-analitik təhlil resurslarını müvafiq dövlət qurumlarına təqdim etməkdir.

Dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar vasitəsilə rəy sorğuları keçirmək, ictimai fikri öyrənmək, təhlil etmək və təkliflər vermək, elmi araşdırmalar aparmaq və bu sahədə dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

 

İctimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək.

 

STM nizamnaməyə əsasən ictimai-siyasi, sosial, elmi-mədəni, iqtisadi proseslərin sosial aspektləri və digər istiqamətlərdə araşdırmalar aparır

 

Tədqiqatların nəticələri stm.az saytı, “Sosial Tədqiqatlar” jurnalı , “Azərbaycan Barometri” jurnalı və digər nəşrlərdə təqdim olunur

 

Bəli, bunun üçün keçirmək istədiyiniz tədqiqatın planını və STM-dən əldə ətmək istədiyiniz məlumatları stm.az saytı vasitəsi ilə göndərin. Müvafiq prosedurdan sonra məlumatların paylaşılması barədə qərar qəbul olunacaq.

 

Keçirdiyiniz tədqiqatlar “Sosial Tədqiqatlar” və “Azərbaycan Barometri” jurnallarında dərc oluna bilər

 

Nizamnaməyə əsasən STM dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə müqavilə əsasında ödənişli xidmətlər göstərir

 

Bəli, bunun üçün “İdeya Bankı” bölməsindən həyata keçirmək istədiyiniz tədqiqat planını göndərin