Elanlar

Təcrübə proqramı

 
Sosial Tədqiqatlar Mərkəzi (STM) növbəti Təcrübə Proqramını elan edir.
 
STM tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər STM-ə müraciət edə bilərlər: sosial elmlər: sosial iş, sosiologiya, sosial psixologiya, iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları.
 
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
 
֍ Məntiqi və analitik düşünmə qabiliyyəti;
 
֍ Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;
 
֍ Yaxşı səviyyədə kompüter bilikləri (Ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5)
 
֍ Ünsiyyət və təqdimat bacarığı. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.
 
Proqrama qoşulmaq istəyənlərdən 15/09/2019-cu il tarixinə kimi info@stm.az ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur. 
 
Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

 

 

PAYLAŞ
Müraciət edin

Oxşarlar

Çapay Sultanov adına mükafat

Çapay Sultanov adına mükafat

03 Sentyabr 2019

          Sosial Tədqiqatlar Mərkəzi sosial-iqtisadi, siyasi mövzuda ən yaxşı yaz… ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin Mərmərə Qrup Fondu arasında Əməkdaşlıq Protokolu imzalanacaq

Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin Mərmərə Qrup Fondu arasında Əməkdaşlıq Protokolu imzalanacaq

21 Avqust 2019

  29 avqust 2019-cu il tarixində Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin Mərmərə Qrup Fondu arasında Əməkdaşlıq Protokolunun imzala… ƏTRAFLI

Sosial tədqiqatlar mərkəzində seminar keçiriləcək

Sosial tədqiqatlar mərkəzində seminar keçiriləcək

01 Avqust 2019

8 avqust 2019-cu il tarixində tanınmış ürək cərrahı, millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri… ƏTRAFLI