Yuxarıya
skip to main content

Ermənistan vətəndaşlarının əksəriyyəti sülh fikrini dəstəkləmir

15.09.2022

Aparılan son sorğular onu göstərir ki, Ermənistan cəmiyyəti hələ də 44 günlük müharibədən sonra heç də revanşist hissləri bir kənara qoymayıb. Belə ki, yeni ictimai rəy sorğuları bir daha sübut edir ki, Ermənistan əhalisinin böyük çoxluğu öz hökumətlərinin Türkiyə ilə həyata keçirdiyi sülh gündəmini dəstəkləmir.

Bu barədə ölkənin “Hraparak” nəşri məqalə dərc edib.

Belə ki, “Ermənistan ilə Türkiyə münasibətlərinin nizamlanmasına münasibətiniz necədir?” sualına Ermənistan əhalisinin əksəriyyəti (təxminən 60%) mənfi rəy bildirib və bu addımı səhv adlandırıb.

“Yalnız 7% mütləq müsbət fikirdədir, bu da öz növbəsində bütün dövlət və hökumət resursları ilə aparılan ardıcıl kampaniyanın nəticəsidir.

Həmçinin yazını dərc edən nəşr sonda qeyd edib ki, erməni cəmiyyəti vəziyyəti əsas problemləri kimi qiymətləndirir.

“Cəmiyyətimiz mövcud problemləri bilir, amma müqavimət göstərmək üçün lazımi impulslar almır”, - deyə nəşr bildirib.