Yuxarıya
skip to main content

Avropada sağçı partiyaların yüksəlişi davam edir – Sorğu, Araşdırma

29.08.2022

Sağçı anti-immiqrant İsveç Demokratlar Partiyası bildirib ki, onlar ədliyyə sisteminin gücləndirilməsinə 25 milyard İsveç kronu (2,3 milyard dollar) xərcləmək və ölkənin mədəniyyətini mənimsəməyən immiqrantlar üçün qrantları geri götürmək istəyir.

Partiyanın lideri Yimmi Akesson bunu "klassik assimilyasiya siyasəti" adlandırıbassimilyasiya olmamaqda qərarlı insanların yaşadığı ərazilərdə xüsusi "İsveç mərkəzlərinin" tikintisini nəzərdə tutduğunu deyib.

"Orada siz İsveçin yaşayış tərzini və İsveç irsini, rahatlıqla əldə edə biləcəksiniz" deyə Akesson bildirib.

Akesson bu sözləri partiyanın siyasi qalası olan Ange bələdiyyəsini ziyarət edərkən mediaya danışıb.

Bir vaxtlar neo-nasist əlaqələri səbəbindən siyasətdən kənarlaşdırılan İsveç Demokratları hazırda İsveçin üçüncü ən böyük partiyasıdır. Onlar gələn ay keçiriləcək seçkilər ərəfəsində rəy sorğularında yüksək göstəricilərə sahibdir və indi ölkənin ikinci ən böyük partiyası olmaq istiqamətində irəliləyirlər.

Son sorğulara əsasən, onlar ölkənin ənənəvi sağçı Moderat Partiyasından ikinci yeri alaraq hazırda hakim Sosial Demokratlar partiyası və baş nazir Maqdalena Anderssonun əsas rəqibinə çevriliblər.

İsveç Radiosuna verdiyi müsahibədə Akesson, partiyasının səsvermədə üst pillədə qərarlaşacağı təqdirdə baş nazir olmaq istəyib-istəməyəcəyini söyləməkdən imtina edib.

“Düşünmürəm ki, oturub hökumətin hazırda necə görünməsi ilə bağlı qırmızı xətlər çəkməməliyəm. Biz buna seçkilərdən sonra qərar verməliyik. Məndən asılı olsaydı, əlbəttə istəyərdim, amma bunu tək başıma edə bilmərəm" deyə Akesson qeyd edib.

Bu ilki seçki kampaniyasında İsveçin bütün siyasi partiyaları İsveç Demokratları üçün əsas məsələlər olan immiqrasiya, cinayət və inteqrasiya ilə bağlı daha sərt addımların atılacağına söz verib.

Xatırladaq ki, Sentyabrın 11-də İsveçdə konstitusiya seçkiləri keçiriləcək.

Keçmişdə adı ifrat sağçı, faşist və neo-nasizmlə hallanan şəxs və partiyaların həmçinin siyasi cərəyanların yüksəlişi təkcə İsveçdə yox digər Avropa ölkələrində də görülməkdədir. Norveç, İtaliya, Hollandiya kimi ölkələrdə də onlar güclənir. Ekspertlər bunun səbəbini əsasən immiqrant axınları ilə əlaqələndirir.

Paşa Bayramov