Yuxarıya
skip to main content

Həyat standartlarını çətin olaraq qiymətləndirən amerikalıların sayı artıb - Sorğu

26.08.2022

Həyatlarını əziyyətli sayılacaq qədər pis qiymətləndirən amerikalıların sayı ən yüksək həddə çatıb.

“Gallup” beynəlxalq tədqiqatlar mərkəzinin 2008-ci ildən keçirdiyi “Həyat Qiymətləndirmə İndeksi”nin  yeni nəticələri bunu deməyə imkan verir. Belə ki, həyatını əziyyətli sayılacaq qədər pis qiymətləndirən amerikalıların göstəricisi iyul ayında 5.6 % təşkil edib. Bu, əvvəlki göstəriciləri üstələyir.

Sorğu 50 ştat və Kolumbiya dairəsini əhatə edib. İştirakçılar indiki və gələcək həyatlarını 10 ballıq şkala ilə qiymətləndirirlər. Həm cari, həm də gələcək həyatlarını “4” və ya daha aşağı qiymətləndirənlər əziyyət çəkənlər kimi təsnif edilir. Cari həyatlarını “7” və ya daha yüksək, növbəti beş ildə gözlənilən ömürlərini “8” və ya daha yüksək balla qiymətləndirənlər “inkişaf edənlər” kimi təsnif edilir.

“İnkişaf edən” insanların göstəricisi 2021-ci ilin iyunun 59,2 %-lik  rekord həddə çatandan sonra davamlı olaraq aşağı düşüb.    Ən aşağı inkişaf səviyyəsi ( 46.4%) iki dəfə qeydə alınıb: birincisi, 2008-ci ilin noyabrında Böyük böhran dövründə, ikincisi, 2020-ci ilin aprel ayının sonunda ABŞ-da COVID-19-un yayılması ilə bağlı iqtisadi durğunluq dövründə.

Ümumi həyat reytinqin ilə yanaşı, “Gallup” amerikalıların bu yaxınlarda günlük həyatlarında stress və narahatlıq daxil olmaqla xüsusi emosiyalar yaşayıb-yaşamadıqlarını da izləyir. Stress yaşayan amerikalıların göstəricisi 2021-ci ilin iyul ayında  43% olubsa, bu ilin eyni ayında 48%-ə yüksəlib. Narahatlıq yaşayanlar da bir il əvvəl müqayisədə çoxalıb (38%-dən 48%-ə) .

 

“Gallup” tədqiqatçıları qeyd edirlər ki, iqtisadi şərtlər pisləşən göstəricilərə əsas töhfə verən amildir. İnflyasiya son 40 ilin ən yüksək səviyyəsinə yaxın olaraq qalır və amerikalıların bu gün açıq sualda ən çox istinad etdiyi problemdir. İnflyasiyanın praktiki nəticələri də əhəmiyyətlidir, təxminən 98 milyon amerikalı xərclərin artması nəticəsində səhiyyə və ya gündəlik məişət xərclərini azaldır.

Şəfanə İbrahimov