Yuxarıya
skip to main content

ABŞ qoşunlarının Əfqanıstandan çıxması ilə bağlı ictimai rəy

19.08.2022

2021-ci ilin avqustunda ABŞ son qoşunlarını Əfqanıstandan çıxararaq, təxminən 20 ildən sonra oradakı hərbi mövcudluğunu dayandırdı. ABŞ-ın Əfqanıstandan çıxması Talibanın ölkəyə nəzarəti bərpa etməsi ilə nəticələndi və əfqanların çoxu ölkəni tərk etdiyi üçün qaçqın böhranı yaratdı. Ötən ay Əl-Qaidə lideri Ayman əl-Zəvahiri Əfqanıstanın paytaxtı Kabildə aşkarlandı və ABŞ-ın endirdiyi dron zərbəsi nəticəsində öldürüldü.    Bu baxımdan terrorçuların Əfqanıstandan təhlükəsiz sığınacaq kimi istifadə edə biləcəyi ilə bağlı qorxular da artıb.

Pew Araşdırma Mərkəzi ABŞ-ın Əfqanıstanı tərk etməsindən bir il sonra ABŞ-da və digər ölkələrdə insanların qoşunların təxliyəsi və onun nəticələri, eləcə də müharibə ilə bağlı daha geniş münasibətinə nəzər salıb. Nəticələr Mərkəzin əvvəllər keçirdiyi soruğulara əsaslanır.

 

2021-ci ilin avqustunda keçirilən sorğuda  amerikalıların 54%-i ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması qərarını doğru hesab edib. Onların 42%-i isə qərarın yanlış olduğunu ifadə edib.  Eyni sorğuda amerikalıların 69%-i ABŞ-ın Əfqanıstanda məqsədlərinə çatmaqda uğursuz olduğunu, 27 %-i uğur qazandığını bildirib.

 

Amerikalılar hələ ABŞ qoşunlarının çıxarılmasından əvvəl Əfqanıstandakı müharibəyə şübhə ilə yanaşırdılar. 2019-cu ilin yazında keçirilən sorğuda ölkədə yetkinlərin 59%-i ABŞ-a faydaları ilə müqayisədə xərcləri nəzərə alsaq, Əfqanıstandakı müharibənin döyüşməyə dəyməz olduğunu, 36%-i isə dəydiyini söyləyib.

 

Həm qoşunların çıxarılması zamanı, həm də ondan sonra amerikalıların böyük əksəriyyəti Bayden administrasiyasının Əfqanıstandakı vəziyyətlə bağlı rəftarına mənfi münasibət bildirib.

Ötən ilin sentyabrında) ABŞ-ın ölkədən minlərlə əfqanı təxliyə etməsindən sonra aparılan sorğuya əsasən,  amerikalıların əksəriyyəti (56%-i) onların ABŞ-a qəbul edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Təxminən on nəfərdən dördü (42%-i) buna qarşı çıxıb.

Qaçqınların qəbuluyla bağlı əksəriyyətin dəstəyinə baxmayaraq, amerikalılar hökumətin Əfqanıstandan ABŞ-a gələnlər üçün adekvat təhlükəsizlik yoxlamaları keçirib-keçirmədiyi ilə bağlı fikir ayrılığında olublar. Təxminən on amerikalıdan dördü (43%-i) hökumətin adekvat təhlükəsizlik yoxlamaları apardığına çox və ya bir qədər əmin olduqlarını, 55%-i isə çox və ya heç əmin olmadığını bildirib. Demokratlar respublikaçılardan daha çox bu yoxlamalarına inam ifadə ediblər.

2022-ci ilin yazında 18 ölkədə aparılan sorğuda insanlar ABŞ-ın bütün qoşunlarını Əfqanıstandan çıxarılması qərarını doğru sayıb, bir çoxları isə  geri çəkilmənin özünün yaxşı idarə olunmadığını söyləyib. Sorğuda iştirak edən ölkələr üzrə respondetlərin 52% qoşunların çıxarılmasının düzgün seçim olduğunu, 39% isə yanlış olduğunu söyləyib.

Əfqanıstandan çıxışın necə idarə olunması ilə bağlı isə çoxluq mənfi fikirdədir. Bütün ölkələr üzrə respondentlərin 56%-i prosesin yaxşı idarə olunmadığını, 33%-i isə əksini söyləyib.

Əksər amerikalılar 2021-ci ilin avqustunda deyiblər ki, Talibanın Əfqanıstana nəzarəti ABŞ-ın təhlükəsizliyinə təhdiddir. Onların təxminən yarısı (46%-i) Taliban nəzarətini ABŞ üçün böyük təhlükə, 44%-i isə  kiçik təhlükə kimi gördüyünü bildirib. Respublikaçılar (61%-i) demokratlardan (33%-i) daha çox Talibanın nəzarətində olan Əfqanıstana əsas təhlükəsizlik təhdidi kimi baxırlar.

2022-ci ilin yanvarında keçirilən sorğuda amerikalıların 55%-i bildirib ki, terrordan müdafiə prezident və Konqres üçün bu il əsas prioritet olmalıdır. Haqqında soruşulan 18 məsələ arasında terrordan müdafiə əsas prioritetlər sırasında yer alıb. Sorğu ABŞ ordusunun iyul ayında Kabildə Əl-Qaidə lideri Ayman əz-Zəvahiriyə dronla zərbə endirməsindən əvvəl keçirilib.

Şəfanə İbrahimova