Yuxarıya
skip to main content

Sağçı italyan lideri Meloni sorğularda populyarlıq qazanıb - Sorğu

16.08.2022

Xristianlıq və vətənpərvərliyi birləşdirən bir mesajları ilə seçilən kompaniyası ilə Giorgia Meloni İtaliyada hər gün daha çox populyarlıq qazanmaqdadır. Ekspertlərin fikrincə Meloni gələn ay İtaliyanın ilk qadın baş naziri və İkinci Dünya Müharibəsindən sonra ilk sağçı lideri kimi dünya gündəmində xüsusi yer tutacaq.

Onun “İtaliya Qardaşları” partiyasının neofaşist kökləri olmasına baxmayaraq, Meloni seçicilərin bu cür müzakirələrdən yorulduğunu söyləyərək, partiyasının mirası ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışıb.

Yenə də belə bir mirasın belə asanlıqla sarsıla bilməyəcəyinə dair narahatedici əlamətlər var: onun partiyasının simvolu müharibənin bitməsindən qısa müddət sonra yaradılmış neofaşist partiyadan götürülmüş üçrəngli alovun təsvirini ehtiva edir.

Sentyabrın 25-də keçiriləcək seçkilərdə İtaliya Qardaşları qalib gələcəyi təqdirdə 45 yaşlı Meloni baş nazir olacaq və bu, İtaliyanın faşist diktatoru Benito Mussolininin 1922-ci ilin oktyabrında hakimiyyətə gəlməsindən təxminən 100 il sonra gerçəkləşmiş olacaq.

2019-cu ildə Meloni qürurla diktatorun nəvəsi Caio Giulio Cesare Mussolini-ni Avropa Parlamentinə namizədlərindən biri kimi təqdim edib, 3

 əsasən İtaliyanın anti-faşist Müqaviməti haqqında danışmaq üçün sinif otaqlarına baş çəkdiyi son onilliklər ərzində o, bir çox tələbənin bu tarixdən xəbərsiz olduğunun fərqinə varıb.

Meloni, onun kimi qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin tərəfdarı olan Matteo Salvininin rəhbərlik etdiyi sağçı Liqa partiyası ilə müttəfiqdir. Onun digər seçki müttəfiqi keçmiş baş nazir Silvio Berluskoninin sağ mərkəzçi Forza Italia partiyasıdır.

Keçən il onun partiyası Avropa Mərkəzi Bankının keçmiş rəhbəri, Baş nazir Mario Draqinin rəhbərlik etdiyi İtaliyanın milli pandemiya birlik koalisiyasına qoşulmaqdan imtina edən yeganə böyük partiya idi. Draqi hökuməti keçən ay istefa verdi və Salvini Berluskoni və Cüzeppe Konte tərəfindən qəfil tərk edildi.

Rəy sorğularında insanlar Meloninin xüsusi yanaşma ilə seçildiyini və güzəştə getməməsini müsbət dəyərləndirib. Preqliasko bildirib ki, xalq onu "aydın fikirləri olan bir lider” kimi qəbul edir.

Rusiya prezidenti Vladimir Putinin açıq pərəstişkarları olan Salvini və Berluskoni yalnız cılız dəstək versə də, Meloninin partiyası Draqinin Ukraynaya silah göndərmək addımlarını qətiyyətlə dəstəkləyib. Meloni həm də NATO ittifaqını müdafiə edir. Lakin o, tez-tez Avropa İttifaqının qaydalarını İtaliyanın suverenliyinin pozulması kimi qiymətləndirir.

Əgər Meloni-nin sağçı qüvvələri İtaliyanın növbəti hökumətində üstünlük təşkil edərsə, Aİ-də “demokratik geri çəkilmə” qorxusu içərisində Macarıstan və Polşadakı sağçı hökumətlərə “dərin mühafizəkar gündəmlərinə” görə verəcəyi dəstəklə bağlı narahatlıq yaranması gözləniləndir.

Öz növbəsində, Meloni deyir ki, o, "hər hansı antidemokratik sürüklənməyə şiddətlə qarşı çıxacaq".

Meloni “Brüsseldəki bürokratları” və “iqlim fundamentalizmini” də zamanında tənqid edib. Meloni, hazırda Avropa liberalları tərəfindən "ən çox qınanılan" ifadənin "qadın və analıq" olmasına da sərt reaksiya verib.

Abortun qanuni olduğu İtaliyada hələlik bu barədə hər hansı gərginlik yoxdur. Meloni həmçinin doğumlardakı nisbətin hər keçən gün azalmasını da şiddətlə tənqid edib. Onun sözlərinə görə gələcəkdə bu hal İtaliya üçün pis nəticələr doğuracaq.

2019-cu ildə Romada sağçı tərəfdarların mitinqində Meloni staccato tempi ilə aşağıdakı ifadələri səsləndirmişdi:

“Mən Giorgiayam! Mən qadınam. Mən anayam. Mən italiyalıyam və mən xristianam. Sən isə bunu məndən ala bilməzsən!”

Yəgin ki məhz bu ifadələr İtaliyanın gələcək baş nazirinin hansı tərz siyasətçi olduğunu aydın göstərə bilir.

 

Paşa Bayramov