Yuxarıya
skip to main content

Tarixi Zəfərin empirik hökmü: Qarabağın regional nizamda konfiqurativ iqtidarı genişlənir

12.08.2022

Qafqazda geosiyasi konfiqurasiyanın proqressiv gedişatı: Regional həmrəylikdən ideoloji hökmranlığa doğru

Regional idarəçilik rolunun fövqündə Azərbaycanın yürütdüyü siyasətin geosiyasi xarakteristikasının bölgəyə vəd etdiyi yeni siyasi, sosial, iqtisadi təməl fonunda mövcud produktiv dinamikanın passiv tempə translasiyasına dair müxtəlif məkanlardan cəhdlər müşahidə edilməkdədir. Sülhün dayanıqlılığına qarşı - siyasi münaqişəni protektiv kontr-əks təşkilatlanma dinamik balansın əleyhinə gedişatın elementləridir və birbaşa regional konfiqurativ modellə ziddiyyət təşkil edir. Baza prinsiplərinin sxematik təsviri və konseptual qoyuluşu geostrateji interaktiv paradiqmaya əsaslanan nəhəng strategiyanın qlobal xarakteri və proqressiv ruhu, preventiv mahiyyəti ilə uyğunluq təşkil etməyən qeyri-autentik geosiyasi davranışlar, siyasi məsuliyyətsizlik və fəaliyyətsizlik məhz belə bir əsaslandırmaya imkan verir.

Stokastik siyasəti inkar edən, regional konsolidativ idarəetmə mexanizmini dəstəkləyən və təhlükəsizlik normativləri ilə makroprudensial əsaslı regional quruculuğun genişlənən sərhədlərinin izolyasiyasına müxtəlif xarici məkanlardan ardıcıl təşəbbüslər - sülhə qəsd planları hələlik təhlükəli miqyas almasa da, konstruktiv dialoqun siyasi zəminini dəyişə və ya yubada biləcək “kollektivlənmə mərhələsi”ndədir. Bu, konstruktiv daxili siyasi prinsipləri olmayan və regional konfiqurativ modelə qeyri-adekvat diplomatik “təmsilçilik” zərurətini aşılayan ideyalar boşluğunun “məntiqi” təzahürü, produktif təsiretmə mexanizminə malik olmayan beynəlxalq təsisatlarının yetərsizliyinin hüquqi isbatıdır. Ən əsası isə yeni regional həmrəylik quruculuğunun perspektivlərinə məhəl qoymayan və artıq siyasi motivləri reputativ bərpa ilə məhdudlaşmayan müharibədə ənənəvi “sülh” siyasətinə alternativ olaraq indi də real sülhə qarşı müharibə nizamı “müstəsnalığının” aqrobasiyasıdır.

Geosiyasi “sülh” çətiri altında qlobal maraqlara yüksək “normativ” bağlılıq beynəlxalq təhlükəsizliyə təhdid arenasının makrosiyasi xəritəsini genişləndirdikcə müharibə dövlətlərarası münaqişəli məsələlərin həlli təminatının siyasi ekvivalenti və ya münaqişələrin tənzimlənməsi metodlarının tətbiqində geosiyasi perspektivlərin reduksionizmininin nəticəsi kimi çıxış etməkdə davam edəcək. Dünyadakı müxtəlif münaqişlərə münasibətdə 44 gündə empirik nəzəri kökləri ilə dünya hərb nəzəriyyəsində idarəedici, struktural tənzimləyici və funksional sistemli işlək bir mexanizmin siyasi qanunauyğunluqlarının normativ üstünlüyü və geosiyasi proyeksiyası fonunda bu cür imitasion katalizlərin qeyri-implikativliyi şübhə doğurur. 

Qafqazda sülh düzəninin təhlükəsizlik, sabitlik və hüquqi normalarına bu cür radikal absentizm onu dəstəkləyənlərə parlaq siyasi gələcək və geosiyasi perspektiv vəd etmədiyi kimi kövrək qlobal sistemə qeyri-additiv siyasi xarakteri zərurətindən indi də sülh meydanında növbəti geosiyasi ədalət zəminini tezləşdirir. Bunun səbəbi bütün transformasiyalara epistemoloji nüfuz gücü ilə regional sülh quruculuğunun qlobal nizama fundamental təsir gücü ilə yanaşı, yeni konfiqurasiyada ən uğurlu sülh modelinin alternativi olmayan əsaslılığındadır. Bu, qeyri-müəyyənliyə imkan tanımayan - strateji və məntiq ideyalar dəhlizi, dayanıqlı sülh xətti, ardıcıl və  dəqiq hədəfləri, konvergent və divergent geosiyasi idrakı ilə Azərbaycanın regional birliyə sülh yürüşü - qlobal siyasətin başlıca amilidir.

Bəşəri sinergetik təzahürü ilə qlobal formasiyalara interaktiv nüfuzu, aksioloji və epistemoloji zəmin və perspektivləri ilə kommunikativ maraqların ən üst səviyyədə yüksəlişi fonunda Qafqazın regional kimliyi təkamül xəttində siyasi, iqtisadi ideoloji hökmranlığını uğurla mərtələbələndirməkdədir. Konfiqurativ modelin dayanıqlılığında sülhün siyasi monizmi geosiyasi fəlsəfəsinə zidd hər cür implikativliyi inkar xüsusiyyəti ilə regional intuitiv idarəetmənin dövlət ruhu ilə ekstensiv və intensiv dualizmini dəstəklədiyindən yeni dövrdə dövlətlərarası münasibətlərin regional assosiasiyası ilə yanaşı, onun siyasi, sosial, iqtisadi, mədəni, eləcə də ideoloji zonasının gələcək sərhədlərinin intuitiv vizyonuna imkan tanıyır.

Sülh müharibəsinin qurucu siyasi monizmi: Azərbaycanın konyunktiv nizam üzərində beynəlxalq hakimiyyəti

Planetar nüfuz yüksəlişi ilə bölgənin rəqabətqabiliyyətli qütbü Azərbaycanın sülh mübarizəsinin geostrukturu və qlobal formasiyalara siyasi, iqtisadi, statist nüfuzunun konkret konfiqurasiyası regional nizam üzərində Qafqazın fövqəlinin beynəlxalq hakimiyyətinin empirik ifadəsi kimi dəyərləndirilə bilər. Geosiyasi dinamikanın mühüm sosial elementi kimi meydana çıxan sülh müharibəsi indiyə qədər müxtəlif qlobal mərkəzlərdən təqdim edilən destruktiv alternativinin əksinə siyasi, iqtisadi, mədəni, ideoloji quruculuğa əsaslanır və qeyri-implikativ preventivdir.

Geoiqtisadi kommunikativliyə makroistinadın şərtləndirdiyi obyektiv imperativlər sülh və həmrəyliyin ixracının təkcə siyasi və ideoloji müstəvidə aprior təşviqinə deyil, epistemoloji zəmininə əsaslanır. İnteqrativ funksionallığı və üniversal innatimzi ilə regional konsolidativ inteqrasiyada siyasi, iqtisadi, eləcə də sosial determinizmi əsas götürən strategiya regional münasibətlər sisteminin institusional əsaslılığına və konyunktiv xarakterinin inkişafına yol açır, onun geostrukturunu dizyunktiv xarici dəyişikliklərdən müdafiə proteksionizmini dəstəkləyir.   

Yeni regional münasibətlər sisteminin sabit və dayanıqlı xarakterindən irəli gələrək sülh prosesini yubatmaqla böhranı stimullaşdırmaq hərəkatına qarşı özünütənzimləmə üstünlüyünün intuitiv və sosioidrakı zəruri alternativlərin komparativist rolunu və ekzistensiyasını şərləndirir.

Geosiyasi inkişafın məntiqi və sosial elementi kimi inteqral areala malik bu qurucu mexanizm beynəlxalq sistemin mövcudsuzluq ekzistensiyasına qarşı supramilli mühit formalaşdırmaqla, yeni nizamda regionun mərkəzi aktorunun və ən dayanıqlı qüvvəsinin (Azərbaycanın) regionda siyasi, iqtisadi, mədəni və ideoloji “beynəlxalq hakimiyyət”inin empirik nəzəri əsaslarını müəyyən edir.

Başqa sözlə, bu həm də bir növ anarxik xarakteri ilə beynəlxalq münasibətlərdə davam edən ali hakimiyyətsizlik mövcudiyyətinə bir növ alternativ yeni siyasi aktor elementləri və davranışlarıdır.

İdeoloji-siyasi fəlsəfəsi regional quruculuğa əsaslanan və bölgədə strateji tarazlığa yönəlik sülh “inqilab”ının siyasi, iqtisadi və mədəni imperializmi öz milli təməl ideologiyasında dövlətlərin haqq siyasətinin preroqativliyinə əsaslanır.

Bütün - tarixi, siyasi, sosial-iqtisadi, ideoloji müstəvilərdə uduzmuş erməni stratejisinin məğlubiyyətində saxta “təməl”lərə geridönüş zəif siyasətlərin regional nizamın özü ilə bərabər gətirdiyi istənilən çətin situasiyalarda geosiyasi davranışların sosializasiyasına qarşı siyasi delegitimizasiya cəhdlərinin uğursuzluğunun simptomlarıdır.

Bu kontekstdə beynəlxalq və ideoloji müstəvidə Azərbaycanın diplomatik addımlarının geosiyasi arealının və normativ üstünlüyünün təminində aşağıdakı iki siyasi kontekst prinsipial əhəmiyyətlidir:

Ermənistanda real tarixi dövlətinin uğursuz keçmişi ilə rəsmiləşdirməyən və onun autentik mahiyyətinə yad münasibətin doğuracağı fəlakətlərin miqyasını düzgün təhlil edən ictimai-siyasi fikir daşıyıcılarının Azərbaycanın yaratdığı geosiyasi reallıqlara translasiyası;

Bütövlükdə, bu ölkədə destruktiv qüvvələrin sülhə təcavüz cəhdlərini əsaslandıran cəzasızlığa qarşı beynəlxalq hüquq qarşısında yeni tələblərin qaldırılması;

Sülh mərkəzli geoməkanın Qafqazda təməli regional dövlətlərlə atılsa da, digər dünya dövlətləri ilə birgə vəd etdiyi koalitiv və diplomatik xarakterinə görə universaldır. Regional münasibətlərin transmilli mərhələsinin siyasi virtuozu adekvat təsir sferası ilə istənilən konfiqurativ asılılıqdan uzaq normativ üstünlüyünü qoruyur, həm də əlaqələrin geostrateji məzmununa yeni siyasi ölçülər gətirir.

Regional maraqlar konsepsiyası: Dayanıqlı sülhün geosiyasi imperativləri

Azərbaycanın uğurlu xarici strategiyasında geosiyasətin interaktiv makro arealının koqnitiv xəritəsi hadisələrin bu günü və gələcək optimal inkişaf perspektivlərinin eksplikativliyinə və intuitiv zəminə imkan tanıyır.

İnşa edilən yeni regional reallıqda dövlətlərin geoiqtisadi kommunikativliyinin beynəlxalq sistemdə hərbi rəqabətlə komparativist üstünlüyü birincinin münaqişələrin tənzimlənməsində alternativ mexanizm halına gəlməsinin dinamik gedişata dair daha qazanclı roluna dair hipotetik instinktlərə əsas verir.

Məhz bu geoiqtisadi kommunikativliyin təkcə bölgədə deyil, eləcə də qlobal arenaya  istiqamətlənən və davamlı iqtisadi inkişafı hədəfləyən multipolyar imkanları dövlətlərin siyasi, iqtisadi, mədəni, ideoloji ekspansiyasının dəyərini minimuma endirir.

Regional maraqlar sistemi dövlətlərarası münasibətlərin xarakteri ilə bərabər, onun konseptiv məzmununda rol oynayacaq sosial, siyasi-iqtisadi, mədəni faktorların şərtləndirdiyi reallıqları, eləcə də mövcud geosiyasi dinamikada gələcək sosial-iqtisadi, siyasi, mədəni subyektlərarası münasibətləri də nəzərdən keçirir.

Bu konfiqurasiyanın sosial rennessansı – sülh müharibəsi quruculuğa meyilli endogeni səbəbindən regionun geosiyasi nüfuz dairəsinin inteqrasiyasını şərtləndirdikcə əks alternativlərə də əsas tanımır - ədalətli sülhün hakim olduğu geosiyasət kultuna demokratik çalar verməklə onun təməlinin inşaçılığına dəvət edir.

Sülhün dayanıqlı imperativlərini şərtləndirən geosiyasi xəttində iki konseptiv baza yeni regional idarəçiliyin fundamental ideoloji-siyasi və iqtisadi əsaslarının formalaşdırılması və konkret konfiqurasiyası baxımından vacibdir:

Türk dövlətlərinin yeni nizamda regional sülh koalisiyasının siyasi-ideoloji təməl yüksəlişi diplomatiyanın mühüm bir məqsədidir;

Türk birliyi faktorunun coğrafi, sosial-iqtisadi, hərbi, mədəni, ideoloji-siyasi olaraq geosiyasi  konfiqurasiyası sülhün yeni, qurucu, pozitiv modelinin autentik mahiyyəti və empirik hökmü olaraq qeyri-implikativ zəruridir;

Qlobal məkandan translasiya edilən ənənəvi formasından fərqli olaraq yeni sülh diplomatiyasının siyasi kinetikası müharibəni siyasət vasitəsi olaraq görmür və qurucu ruhuna sadiqdir. Bu mənada regional sülh quruculuğunun qlobal formasiyalara nüfuz gücü həm də qeyri-implikativ daimiliyi, mədəni, milli-mənəvi struktural müxtəlifliyindədir.

Bir sözlə, Azərbaycanın sülh müharibəsinin geosiyasi fəlsəfəsində əsaslandığı quruculuq siyasətinin universallığı xüsusi olaraq həm də onunla bağlıdır ki, Qarabağ regionda formalaşmaqda olan yeni formasiyada siyasi mərkəz rolunun fövqündən əlavə, həm də azad səması, zəngin maddi-mənəvi irsi, tarixi siyasi ruhu və qayıdışı ilə də beynəlxalq siyasətdə konfiqurativ iqtidarını genişləndirir.

Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi məzunudur. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.