Yuxarıya
skip to main content

Amerikalıların yarısı ABŞ-ın dünyada təsirinin zəiflədiyini düşünür/ SORĞU

29.06.2022

Amerikalıların əksəriyyətli Çini ABŞ-a “tərəfdaş” yox, “rəqib” və ya “düşmən” kimi görürlər. “Pew” Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ-da əksər yetkin insanlar ölkələrinin geosiyasi təsir uğrunda rəqabətdə qalib gəldiyini düşünmürlər.

Amerikalıların təxminən yarısı (47%) ABŞ-ın dünyadakı təsirinin son illərdə getdikcə zəiflədiyini deyir. Yalnız hər beş nəfərdən biri ABŞ-ın təsirinin gücləndiyini, 32%-i isə təxminən eyni qaldığını deyir.

Bu, Çinlə bağlı baxışlarla tamamilə ziddiyyət təşkil edir: ABŞ-da böyüklərin üçdə ikisi Çinin təsirinin son illərdə daha da gücləndiyini deyir. Təxminən hər beş amerikalıdan biri Çinin qlobal təsirinin sabit qaldığını, on nəfərdən biri isə Çinin təsirinin zəiflədiyini deyir.

Bu iki gücün beynəlxalq arenada təsirinə baxışlar həm partiyaçılıq, həm ideologiya ilə sıx bağlıdır. Respublikaçılar və onlara meyilli müstəqillər, Demokratlar və Demokratlara meyilli müstəqillər ABŞ-ın dünyada təsirinin zəiflədiyini daha çox düşünürlər.

Özünü mühafizəkar adlandıran Respublikaçılar mötədil və ya liberal Respublikaçılardan əhəmiyyətli dərəcədə daha çox bu cür düşünürlər (70; 47%), Liberal demokratlar isə ABŞ-ın dünyada təsirinin zəiflədiyini söyləməyə mühafizəkar və ya mötədil demokratlardan daha çox meyillidirlər (43%;32%).

Respublikaçılar Demokratlara nisbətən Çinin beynəlxalq təsirinin son illərdə daha da gücləndiyini düşünürlər (72%-ə; 63%). Əvvəlki araşdırmalar göstərir ki, Respublikaçılar Demokratlardan daha çox Çinin gücünü və nüfuzunu ABŞ üçün əsas təhlükə hesab edirlər.

Sorğuda həmçinin amerikalılardan bir sıra digər ölkələrin, eləcə də bir neçə əsas beynəlxalq qurumun qlobal təsiri barədə sual verilib.

Ukraynada davam edən müharibə fonunda Rusiyanın dünyada təsirinə dair fikirlər sıx bölünür, təxminən bərabər sayda respondent Rusiyanın təsirinin getdikcə gücləndiyini (38%) və zəiflədiyini (37%) deyir. Yalnız təxminən hər beş amerikalıdan biri Rusiyanın təsirinin dəyişməz qaldığını deyir.

NATO, Avropa İttifaqı və BMT-nin təsiri ilə bağlı amerikalılar arasında konsensus yoxdur. Onların daha çoxu NATO-nun qlobal səhnəyə təsirinin gücləndiyini hesab edir (34%-i), 39%-i bu təsirin sabit qaldığını, dörddə biri isə azaldığını düşünür.  Liberal Demokratların daha çoxu NATO-nun təsirinin gücləndiyini söyləyirlər (42%), mühafizəkar Respublikaçıların çoxu isə əksini söyləyir (33%-i).

ABŞ-da təxminən hər beş nəfərdən biri (22%) Aİ-nin beynəlxalq təsirinin gücləndiyini, təxminən üçdə biri isə zəiflədiyini deyir. Çoxluq (43%) Aİ-nin təsirinin sabit qaldığını düşünür.

Amerikalılar BMT-nin qlobal təsiri ilə bağlı daha neqativ yanaşırlar, təxminən on nəfərdən dördü təşkilatın təsirinin son illərdə zəiflədiyini deyir. Amerikalıların yalnız 16%-i BMT-nin dünyada təsirinin getdikcə gücləndiyini deyir.

Amerikalılar əsasən dünyada Fransa, Hindistan, Almaniya və Böyük Britaniyanın təsirində sabitlik görürlər, on nəfərdən altısı və ya daha çoxu bu ölkələrin təsirinin son illərdə təxminən eyni qaldığını deyir.

Yüksək bilik səviyyəsinə malik olanların Çin, Hindistan və Almaniyanın son illərdə beynəlxalq nüfuzunun artdığını söyləmək ehtimalı digərlərindən əhəmiyyətli dərəcədə çoxdur. Yüksək beynəlxalq biliyə malik olanların 82%-i Çinin təsirinin getdikcə gücləndiyini düşünür, aşağı biliklilərin isə yalnız 45%-i belə hesab edir.

Beynəlxalq bilgisi yüksək olan amerikalıların yarısından çoxu hesab edir ki, (54%-i) ABŞ-ın dünyada nüfuzu getdikcə zəifləyir, bilgisi az olanların isə 35%-i bu qənaətdədir.